• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın xarici siyasətdə atacağı addımlar ölkəmizə qarşı sərgilənən mövqeyə simmetrik olacaq RƏY

Siyasət

21-02-2024, 11:28

Azərbaycan Prezidenti andiçmə mərasimindəki nitqində ölkənin xarici siyasət kursunun istiqamətlərini ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı nitqində başqa yerlərdə ailə axtarmağın mümkünsüzlüyünə toxunaraq məhz bu nöqteyi-nəzərdən heç yerdə gözlənilmədiyimizi vurğuladı. Prezident əvvəlki illərdə gözdən pərdə asmaq üçün ölkəmizə müəyyən vədlərin verildiyini, indi isə maskaların yırtıldığını və açıq-aşkar ayırıcı xətlərin mövcud olduğunu qeyd etdi. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra bəzi Qərb təşkilatları tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyası geniş vüsət almağa başladı. Qarabağ probleminin həlli istiqamətində uzun illər xüsusilə ATƏT-in Minsk qrupu tərəfindən ölkəmizə müəyyən vədlər verilirdi. Amma bu vədlər gözdən pərdə asmaq məqsədinə xidmət edirdi. Azərbaycan bütün bunları görüb hərb meydanında öz sözünü deyərək torpaqlarının işğalına son qoydu. 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etdi. Təbii ki bu qalibiyyətimizi bəzi Qərb təşkilatları həzm edə bilmədilər və hazırda bu həzmsizlik prosesi davam etməkdədir. Ona görə də Azərbaycan bundan sonra müstəqil ölkə kimi bir sıra qurumların əvvəlki vədlərinə inanıb hansı tərəfəsə inteqrasiya etmək məsələsinin arxasınca düşməyəcək.
Bu fikirləri politoloq Sahil İsgəndərov deyib.
O qeyd edib ki, Azərbaycan səbirlə bütün qonşuları ilə şaxələndirilmiş, balanslaşdırılmış siyasət yürüdür. Biz bütün ölkələr və təşkilatlarla bərabərhüquqlu şəkildə əlaqələr yaratmağın tərəfdarıyıq. Azərbaycan hazırda hansısa Qərb ölkələri və təşkilatları ilə əməkdaşlığın tamamilə dondurulmasını nəzərdən keçirmir. Sadəcə olaraq gələcəkdə Azərbaycan Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığa daha çox üstünlük verəcək. Azərbaycanın atacağı bütün addımlar və xarici siyasət kursu bizə qarşı sərgilənən mövqeyə simmetrik olacaq. Kim özünü necə aparacaqsa, bizim tərəfimizdən də adekvat reaksiya görəcəkdir. Bizi Qərb təşkilatları öz ailələrinin tamhüquqlu üzvü kimi gözləmirlər. Görünür, onlar bəzi postsovet ölkələrinin həmin təşkilatlara boyun əyməsinin eyforiyasına qapılıblar. Düşünürlər ki, Azərbaycan da məhz özünü belə aparacaq. Əslində son 30 ilin hadisələri göstərdi ki, Qərb təşkilatlarının demokratik dəyərlərdən anlayışı yoxdur. Demokratiya anlayışı məqsədlərinə çatmaq üçün yaxşı bir alətdir. Azərbaycanın qətiyyətli mövqeyi, öz dövlət maraqlarını sonadək müdafiə etməsi Qərb qurumlarını əsaslı şəkildə qıcıqlandırır. Onların ailənin kiçik üzvü qismində bizi görmək istəmələri cəhdi yanlışdır. Biz yalnız hansısa bir ailənin ancaq tamhüquqlu üzvü ola bilərik.
“Azərbaycanın xarici siyasət kursunda bundan sonra vacib qurum Türk Dövlətləri Təşkilatıdır (TDT). Dövlət başçısı da çıxışında bu təşkilatın Azərbaycan üçün önəmini və qurumun inkişafı üçün konkret fəaliyyət istiqamətləri ortaya qoydu. Hesab edirəm ki, bu qurumun daha da inkişaf etməsi üçün həm Azərbaycan, həm də təşkilatın digər üzvləri tərəfindən konkret işlər görülməlidir. TDT-nin İttifaq səviyyəsinə gətirilib çıxarılmasına nail olmaq lazımdır. Çünki TDT Avrasiya məkanında çox önəmli aktora çevrilib. Bu məkan böyük bir coğrafiyadır, hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc və artan əhalidir. Bu kontekstdən yanaşdıqda Avropa təşkilatları çoxdan qocalıb. Türk dünyası isə geosiyasi baxımdan dünyanın ən önəmli məkanlarından birinə çevrilməkdədir. Avrasiya coğrafi məkanında məhz bu təşkilat öz sözünü deməlidir”, - deyə S.İsgəndərov vurğulayıb.
Avrasiya məkanı üzərində gedən mübarizənin bütün dövrlərdə aktual olduğunu xatırladan politoloq əlavə edib: “Hazırda Rusiya-Qərb qarşıdurmasında əsas amil Avrasiya məkanında hegemonluq uğrunda gedən mübarizəyə əsaslanır. Avrasiya məkanı iqtisadi potensial baxımından böyük bir coğrafiya olmaqla yanaşı, təbii sərvətlərinin zənginliyi ilə dünyada qabaqcıl yerlərdən birini tutur. Çünki əsrlər boyu Avrasiya regionunun resursları uğrunda bir sıra dövlətlər arasında mübarizə gedib”.

Paylaş:
Digər xəbərlər

Siyasət

14-02-2024, 20:15

Azərbaycan Prezidenti: Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq

Siyasət

31-01-2024, 07:04

Politoloq: Azərbaycanı itirmək Qərb üçün yaxşı heç nə vəd etmir

Siyasət

15-02-2024, 19:02

Prezident İlham Əliyev and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi

Siyasət

16-02-2024, 10:47

Qalib xalqın qalib Lideri ilə Azərbaycan yeni hədəflərə doğru daha inamla irəliləyəcək –

Siyasət

20-02-2024, 19:30

Azərbaycan Münxendə siyasi cəhətdən şəffaf, məntiqi baxımdan ardıcıl mövqe sərgilədi ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:10
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
Вчера, 16:08
Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
4-05-2026, 14:50
Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
4-05-2026, 11:15
Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Вчера, 18:09
    Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək
  • Вчера, 18:06
    Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib
  • Вчера, 16:14
    İstiqlal şairi Əhməd Cavad
  • Вчера, 16:10
    Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
  • Вчера, 16:08
    Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
  • Вчера, 16:06
    Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK
  • Вчера, 15:26
    Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
  • Вчера, 15:24
    Azərbaycan diasporu ilə bağlı təhqiqat aparan müstəntiq işdən çıxarılıb
  • Вчера, 15:22
    Fuad Nurullayev: Ulu Öndərin siyasi irsi Azərbaycanda birlik və tolerantlığı təmin edib
  • Вчера, 15:19
    Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
  • Вчера, 15:16
    "EFES - 2026” təliminə hazırlıq məşqləri davam edir
  • Вчера, 15:14
    Azərbaycan - İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeli
  • Вчера, 15:07
    Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
  • 4-05-2026, 14:53
    Gələcəyin mühəndisləri Qarabağda yetişir
  • 4-05-2026, 14:50
    Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
  • 4-05-2026, 14:48
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakıda klassik musiqi konserti təşkil olunub
  • 4-05-2026, 14:46
    Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur
  • 4-05-2026, 14:44
    Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər
  • 4-05-2026, 14:41
    Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
  • 4-05-2026, 14:40
    Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq
  • 4-05-2026, 11:23
    Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
  • 4-05-2026, 11:20
    ® “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • 4-05-2026, 11:18
    Türkiyənin şəhərsalma mütəxəssisi: WUF13 dayanıqlı urbanizasiyaya dəstək vasitəsidir
  • 4-05-2026, 11:15
    Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 4-05-2026, 11:13
    Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
  • 3-05-2026, 11:08
    İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
  • 3-05-2026, 11:06
    Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq
  • 3-05-2026, 11:04
    Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb
  • 2-05-2026, 15:38
    Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib
  • 2-05-2026, 15:35
    "EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir
  • 2-05-2026, 15:33
    “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 2-05-2026, 15:32
    Diplomatik korpusun nümayəndələri Laçında
  • 2-05-2026, 11:38
    Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
  • 2-05-2026, 11:36
    AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır
  • 2-05-2026, 11:34
    Aeroport şosesində yol qəzası baş verib, hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə