• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Münxendə siyasi cəhətdən şəffaf, məntiqi baxımdan ardıcıl mövqe sərgilədi ŞƏRH

Siyasət

20-02-2024, 19:30

Münxen Təhlükəsizlik Konfransı istər yüksək səviyyəli təmsilçilik baxımından, istərsə də müzakirəyə çıxarılan məsələlərin aktuallığı nöqteyi-nəzərindən əhəmiyyətli beynəlxalq platformalardan biri hesab olunur. Prezident İlham Əliyev ötən həftə bu mühüm platformanın yaratdığı imkanlardan istifadə edərək, ölkəmizin haqlı mövqeyini və beynəlxalq aktorlardan legitim gözləntilərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq və qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə görüşdə səsləndirdiyi fikirlər, ortaya qoyduğu birmənalı mövqe xüsusilə diqqət çəkir.
Bunu Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
“Dövlətimizin başçısı hər iki görüşdə qarşı tərəfin diqqətinə çatdırdı ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan mexanizmlərin, o cümlədən Minsk qrupunun, Yüksək Səviyyəli Planlaşdırma Komitəsinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi artıq gərəksiz bir struktura çevrilmiş qurumun ləğvi günün tələbidir. Prezident İlham Əliyev kifayət qədər açıq olan bu mövqeyi ilə opponentlərinə faktiki o mesajı verdi ki, 28 il boyunca vasitəçilik institutunun sığındığı siyasi mandatın gündəliyi 44 günlük Vətən müharibəsi nəticəsində öz aktuallığını itirib, Azərbaycan savaş meydanında Ermənistanın işğalına son qoymaqla Cənubi Qafqazda beynəlxalq hüquqa söykənən yeni siyasi reallıq yaradıb. Azərbaycanın imza atdığı gerçəkliklərdən biri də bu il ev sahibliyi edəcəyi COP29 kimi nüfuzlu beynəlxalq tədbirdir. Prezident İlham Əliyev ATƏT rəsmilərinin diqqətinə onu da çatdırdı ki, Azərbaycan məhz bu tədbir çərçivəsində ATƏT ilə əməkdaşlığa hazırdır və bu təmaslarda inklüziv konsepsiyanın tərəfdarıdır.
Azərbaycan Prezidenti fərqli yozumlara və aldadıcı ümidlərə fürsət tanımayan mövqeyi ilə bir daha nümayiş etdirdi ki, beynəlxalq platformalarda verdiyi bəyanatlar daxili auditoriya qarşısındakı açıqlamalarından heç nə ilə fərqlənmir, bir çox həmkarlarının ritorikasından siyasi şəffaflığı və məntiqi ardıcıllığı ilə seçilir. Elə bu səbəbdən, Azərbaycan Prezidentinin ATƏT rəsmiləri qarşısında verdiyi bəyanatlar cəmiyyətimiz üçün gözlənilməz olmadı. Prezident İlham Əliyev Bakıda andiçmə mərasimində ifadə etdiyi mövqeyini Münxen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə də olduğu kimi çatdırdı. Prezident İlham Əliyevin ATƏT rəsmilərinə çatdırdığı mövqe, onun andiçmə mərasimindəki bu fikirlərinin məntiqi davamı idi: “Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur... Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin ənənəsinə sadiq qalaraq, ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi də Azərbaycan Prezidentinin mövqe ardıcıllığının və siyasi iradə bütövlüyünün göstəricisidir. Prezident ilk rəsmi səfərini qardaş ölkəyə edəcəyini, əslində, andiçmə mərasimində özü bildirmişdi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Dövlətimizin başçısı fevralın 19-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən birgə mətbuat konfransında bu seçimin təsadüfi olmadığını xüsusi vurğuladı. Prezident İlham Əliyev növbəti açıqlaması ilə hər kəsə, o cümlədən bədxahlarımıza nümayiş etdirdi ki, Azərbaycan dövlət başçısının ilk rəsmi səfərlə bağlı oturuşmuş ənənəsinə sadiq qalması sıradan protokol hadisəsi deyil: “Qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.
“Dövlətimizin başçısı mətbuat konfransında Türk dünyası və bölgəmiz üçün mühüm əhəmiyyət daşıyan bir tədbirin də müjdəsini verərək bildirdi ki, iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Prezident İlham Əliyev həmin tədbirin ictimai-siyasi əhəmiyyətini bu cür ifadə etdi: “Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək... Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.
Şuşada keçiriləcək Zirvə görüşü Yeni dövrün yol xəritəsində Qarabağın və Şərqi Zəngəzurun, bütövlükdə müstəqil Azərbaycanın oynadığı rolun miqyasını, Türk xalqlarının sarsılmaz birliyini bir daha dünyaya nümayiş etdirəcək. Zaman ötdükcə heç kəsdə şübhə qalmayacaq ki, Türk Dövlətləri Təşkilatı artıq geosiyasi və geoiqtisadi proseslərdə aparıcı beynəlxalq aktorlardan birinə çevrilib”, - deyə Ülvi Quliyev vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

20-02-2024, 11:15

Münxendəki görüşlər Azərbaycanın yeni mərhələdə mövqeyinin qəbul edilməsi kimi qiymətlləndirilməlidir

Siyasət

17-02-2024, 15:19

Münxendəki görüşlərin qarşı tərəfin müraciəti ilə reallaşması Azərbaycanın “middle power” kimi özünü təsdiqləməsinin göstəricisidir

Siyasət

20-02-2024, 19:16

Politoloq: Azərbaycan Münxendə bir neçə diplomatik qələbə qazandı

Siyasət

20-02-2024, 19:28

QHT sədri: Qərbin Azərbaycanla bağlı əsassız fikirləri Münxendə bir daha alt-üst edildi

Siyasət

20-02-2024, 19:19

Siyasi şərhçi: Avropa Azərbaycana doğru yaxınlaşır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə