Bakı, 29 aprel.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kiloqram 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kiloqram 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kiloqram 150 qram heroin, Gülzadə Əliyevadan 2 kiloqram 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kiloqram 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 17 kiloqrama yaxın artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.