• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gələcəyin mühəndisləri Qarabağda yetişir

Cəmiyyət

4-05-2026, 14:53

Azərbaycan Dövlət İnformasiya Agentliyi
REGİONLAR
ELM VƏ TƏHSİL
REPORTAJ
Gələcəyin mühəndisləri Qarabağda yetişir.
04.05.2026.
Xankəndi, 4 May.

Qarabağ Universitetində mühəndis kadrların hazırlanmasında müasir dünya standartlarının tətbiqinə xüsusi önəm verilir. Mühəndislik fakültəsində tədris prosesi yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmır, eyni zamanda, beynəlxalq əməkdaşlıq imkanları, innovativ tədqiqatların təşviqi və tələbələrin praktik bacarıqlarının inkişafı üzərində qurulub. Fakültədə həyata keçirilən tədris modeli tələbələrin real mühəndislik mühitinə uyğun vərdişlər qazanmasına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə inteqrasiya olunmasına xidmət edir.
Fakültənin dekanı Hüseyn Mirzəyev bildirib ki, hazırda Mühəndislik fakültəsində 7 ixtisas üzrə 314 tələbə təhsil alır. Növbəti tədris ilində mexanika mühəndisliyi, kimya mühəndisliyi və ekologiya mühəndisliyi ixtisasları üzrə tələbə qəbulunun aparılması da nəzərdə tutulur. Mühəndislik fakültəsində, həmçinin İstanbul Texniki Universiteti ilə 5 ixtisas üzrə ikili diplom proqramına başlanılacaq.

Dekan qeyd edib ki, mühəndislik üzrə təhsil proqramları dünyanın aparıcı universitetlərinin kurikulumlarına uyğun hazırlanıb və tədris prosesində beynəlxalq təcrübədən geniş istifadə olunur.

“Biz tələbələrə bacarıqlar mənimsədirik. Belə ki, dərslər mühazirələrlə kifayətlənmir, daha çox məşğələ və praktikyönümlü keçirilir. Təcrübə digər universitetlərin mühəndislik ixtisaslarından fərqli olaraq bir neçə mərhələdə təşkil olunur ki, bu da tələbələrin nəzəri biliklərini praktika ilə möhkəmləndirməsinə imkan yaradır. Bundan başqa, tələbələr dərsdən sonra tələbə klublarında praktiki layihələr üzərində işləyirlər. Onlar beynəlxalq proqramlaşdırma və robototexnika yarışmalarında uğurla iştirak edirlər”, - deyə Hüseyn Mirzəyev vurğulayıb.

Mühəndislik fakültəsi bölgədəki sənaye müəssisələri və şirkətlərlə əməkdaşlığı genişləndirir, tələbələr təhsil müddətində real layihələrdə iştirak edirlər. Xüsusilə regionda aparılan bərpa və quruculuq işləri mühəndislik ixtisasları üzrə tələbələrin praktiki fəaliyyəti üçün geniş imkanlar yaradıb. Onlar bölgədəki quruculuq işlərində layihəçi kimi iştirak edirlər.

Dekan qeyd edib ki, fakültədə tədqiqat və innovasiya əsaslı tədrisə üstünlük verilir: "Məqsədimiz Qarabağı ölkəmizin mühəndislik mərkəzinə çevirməkdir. Tələbələrimiz Türkiyədən dəvət olunmuş müəllimlə birlikdə Azərbaycanın yeni əməliyyat sistemi olan “AzerOS”un hazırlanması üzərində çalışırlar. azeros.org saytına daxil olmaqla komandanın gördüyü işlərlə tanış olmaq mümkündür. Mühəndislik fakültəsinin hər il keçiriləcək "Gələcəyin mühəndisi" Elmi-Texniki Tələbə Konfransının daimi fəaliyyət göstərən saytı da var - eof.az”.

Onu da öyrənirik ki, gənclər Qarabağ Universitetini seçməklə dövlət sifarişi ilə təhsil almaq, universitetin yeni tədris və maddi texniki bazasından istifadə etmək şansı qazanırlar. Tələbələr mənzil şəraiti olan yataqxana ilə, tədris metodiki vəsaitlərlə təmin olunurlar. Ən əsası tələbələr burada təkcə auditoriya saatlarında dərs keçmirlər, öz müəllimləri ilə, mentorlarla birlikdə layihələrin, yarışmalarda iştirak etmək üçün modellərin hazırlanmasında iştirak edirlər. Mühəndislik fakültəsinin yeni tədris binası da inşa olunur. Abituriyentlər Qarabağ Universitetini seçməklə yeni tədris binasında təhsil almaq imkanı da qazanacaqlar. Yeni tədris binasında laboratoriyalar olacaq, texnopark qurulacaq. Bir sözlə, gənclər Mühəndislik fakültəsini seçməklə həm yüksəkixtisaslı kadr kimi yetişəcək, Qarabağın qurucularına çevriləcəklər.

Tələbələr universitetin tədris və elmi-tədqiqat prosesinin əsas dayaqlarından olan kitabxanadan da istifadə edir, “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalanırlar.

Mühəndislik fakültəsinin Logistika və nəqliyyat mühəndisliyi ixtisası üzrə tələbəsi Şahanə Əli ilə elə kitabxanada həmsöhbət olduq. O, universitetdə yaradılan şəraitin gənc mütəxəssislər üçün geniş imkanlar açdığını bildirib: “Qarabağ Universitetinə qəbul olduqdan sonra gördüm ki, həqiqətən seçimimdə yanılmamışam. Burada təhsil yüksək səviyyədədir. Müəllimlərimiz bizi gələcək iş həyatına hazırlayırlar. İngilis dili, kompüter biliklərimizi inkişaf etdiririk. Məqsədim magistr təhsilimi də burada və ya xaricdə davam etdirərək, peşəkar mütəxəssis kimi yetişməkdir".

Digər tələbə Nahid Səlimli Qarabağ Universitetində təhsil almağın qürurverici hiss olduğunu deyib: “Bakıdanam. Baxmayaraq ki, universitetlərin çoxu Bakıda yerləşir, mən Qarabağ Universitetini seçdim. Bu universitetin tələbəsi olmaq çox qürurvericidir. Universitetin müasir auditoriyaları, kitabxanası, laboratoriyaları, idman zalı var. Müəllimlərimiz xaricdə təhsil alıb, dərslərimiz yüksək səviyyədə keçir. Məqsədim mütəxəssis kimi yetişmək və Qarabağımızın quruculuğunda iştirak etməkdir. Abituriyentlərə deyirəm ki, həqiqətən mütəxəssis kimi yetişmək istəyirlərsə, Qarabağ Universitetini seçsinlər”.

Beləliklə, Qarabağ Universitetinin Mühəndislik fakültəsi təkcə yüksəkixtisaslı kadr hazırlığı ilə kifayətlənmir, həm də regionun dirçəlişinə töhfə verən mərkəz kimi formalaşır. Müasir infrastruktur, beynəlxalq əməkdaşlıq və gənclərin quruculuq prosesinə birbaşa inteqrasiyası bu ali təhsil ocağının məzunlarının regionun inkişafında və ölkənin mühəndislik potensialının güclənməsində mühüm rol oynayacağından xəbər verir.

Paylaş:
Digər xəbərlər

Siyasət

23-12-2025, 17:19

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Cəmiyyət

23-09-2024, 09:05

Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

Cəmiyyət

24-08-2024, 18:18

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb: ilk tədris ilində 87 tələbə təhsil alacaq

Cəmiyyət

7-08-2024, 12:08

BDU-nun Fizika fakültəsində üç ixtisas üzrə tələbə qəbulu aparılır

Siyasət

23-12-2025, 17:22

Dövlətimizin başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:25
    Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq
  • Сегодня, 11:22
    Ağdam rayonunda mina partlayışı baş verib
  • Сегодня, 11:19
    Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?
  • Сегодня, 11:14
    Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür
  • Вчера, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • Вчера, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • Вчера, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • Вчера, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • 4-09-2026, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 4-09-2026, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • 4-09-2026, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 4-09-2026, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • 4-09-2026, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə