Bakı, 3 sentyabr.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan Respublikası vətəndaşı gömrük yoxlamasına cəlb olunub. Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib. Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilikdə çəkisi 654.90 karatdır.
Faktla bağlı araşdırma aparılır.