Bakı, 2 May.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı İqtisadiyyat və Kimya fakültələri üçün dispetçer vakansiyası elan edib.
Bu barədə MDU-nun Bakı filialından məlumat verilib. Vakant olan vəzifə haqqında məlumatı təqdim edirik:
İş barədə məlumat
• Ali təhsil müəssisəsində mövcud tədris planları, normativlər və illik tədris yükü əsasında dərs cədvəllərinin hazırlanması və tənzimlənməsi;
• Fakültələr üzrə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaların müəyyənləşdirilməsi və cədvəllərdə nəzərə alınması;
• Tələbələrin davamiyyəti, semestr ərzində əldə etdiyi nəticələr və imtahan göstəriciləri barədə fakültə rəhbərliyinin məlumatlandırılması;
• Tədris-metodiki şöbəyə tələb olunan hesabat və məlumatların təqdim edilməsi.
İş qrafiki
• 6 günlük iş həftəsi
• Həftə içi: 09:00 – 17:00
• Şənbə günü: 09:00 – 15:00
İş yeri / Ünvan
• Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küç. 1
Moskva Dövlət Universitetinin Bakı filialının kampusu
Əməkhaqqı
• Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Namizədə tələblər
• Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
• MS Office proqramlarında sərbəst işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilməsi;
• Dəqiq, məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
• Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları.
Müraciət qaydası
Maraqlanan namizədlər Azərbaycan və ya rus dilində hazırlanmış şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə hr@msu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 31.05.2026.