• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi

Siyasət

15-02-2024, 19:02

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Prezident İlham Əliyev and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi - ŞƏRH
15.02.2024 [14:39]
Budəfəki prezident seçkiləri ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycanın üçrəngli Bayrağının qürurla və əzəmətlə dalğalandığı bütün ərazilərində keçirildi. Azərbaycan bu tarixi seçkilərlə yeni və təbii ki, qarşıda milli hədəflər üçün sonsuz üfüqlər açan tarixi bir mərhələyə daxil oldu. Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, suverenliyimizin bərpasına yönəlmiş, əcdadlarımızın vəsiyyətini, xalqımızın arzularını ifadə edən tarixi bir missiya uğurla başa çatdırıldı və fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi ilə tarixi dövlətçilik ənənələrimiz, milli dəyərlərimiz, döyüş və Zəfər ruhumuz, qurub-yaratmaq potensialımızdan ibarət yeni bir mərhələyə qədəm qoyuldu.
Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli səsləndirib.
Siyasi ekspert vurğulayıb ki, iki yüz ilin yükünün, ümidlərinin toparlandığı 20 illik zaman kəsiyində öz tarixi missiyasının birinci mərhələsini uğurla başa vuran Prezident İlham Əliyev Zəfərimizin memarı və qalib ölkəmizin rəhbəri kimi Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin səsini, etimadını, dünya azərbaycanlılarının və Türk dünyasının sevgisini qazanmış Lider, müstəmləkəçiliyin zülmü altında əzilən milyonların haqq səsinin carçısı olaraq and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi, milli birliyimizin, həmrəyliyimizin bu hədəflərə çatmaq üçün əsas amil olduğunu vurğuladı.
“Prezident İlham Əliyevin tarixi nitqində yer alan fikirlərdən bir daha bəlli oldu ki, dövlətimizin başçısının hər zaman olduğu kimi, regionda və dünyada cərəyan edən geosiyasi proseslərinin inkişafı ilə bağlı tamamilə aydın, dəmir məntiqə söykənən qənaətləri var və o, Azərbaycanın təhlükəsizliyini, sabit inkişafını təmin edə biləcək perspektiv istiqamətləri, milli hədəflərə varmaq üçün seçilən yolda bizi xalq və dövlət olaraq gözləyən çağırışların spektrini ən incə detallarına kimi müəyyənləşdirib, nəyi necə və nə vaxt edəcəyini çox yaxşı bilir. Bu xüsusda, Prezident İlham Əliyevin nitqində diqqət çəkmək istədiyim məqamlardan biri dövlətimizin başçısının Türk dünyasının gələcəyi və ölkəmizin bu tarixi prosesdəki missiyası ilə bağlı səsləndirdiyi fikirlərdir”, - deyə E.Mirzəbəyli qeyd edib.
Onun sözlərinə görə, bizim bir xalq və dövlət olaraq, ən böyük üstünlüyümüz yalançı vədlərin, gəlişi gözəl, bər-bəzəkli çağırışların, imperialist və müstəmləkəçi iddiaların pərdələnməsinə xidmət edən ilğım geosiyasi nəzəriyyələrin, paxırı qalaylanmış “növbətçi “təbəssüm”lərin girovuna çevrilməməyimizdir. Dünyada baş verən proseslərlə bağlı aydın təsəvvürlərimizin formalaşmasının, dövlətimizin, xalqımızın ilğım perspektivlərə güvənməməsinin, bətnində milli identikliyimizi, müqavimətimizi sıradan çıxarmaq niyyəti daşıyan saxta vədlərə inanmamağımızın təməlində isə istisnasız olaraq Prezident İlham Əliyevin doğrunu yalandan, haqqı nahaqdan, işığı qaranlıqdan zərgər dəqiqliyi ilə seçmək məharəti, milli iradəni ifadə etmək bacarığı, zəkası və xarakteri dayanır.
Bu məqamda real mənzərənin daha aydın şəkildə göz önünə sərgilənməsi üçün Azərbaycan Prezidentinin nitqindən iqtibas gətirmək zəruridir. Sitat: “Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır”.
Bəli, biz kimsəyə baş əyməmişik, əyməyəcəyik də... Arzulanmadığımız məkanlara isə, saxta vədlərin girovuna çevrilənlərdən fərqli olaraq, nə vaxtımız var, nə də istəyimiz. Heç mənsub olduğumuz mədəniyyət və bizi ayaqda saxlayan milli-mənəvi dəyərlər də buna imkan vermir.
Elçin Mirzəbəyli bildirib ki, biz özgə qapılarından mədət gözləyən toplum olmaqdan, assimilyasiyaya, istibdada, məxməri müstəmləkəçiliyə xidmət edən vədlərin parıltılı tələlərindən çoxdan qurtulmuşuq. Bizim ailəmiz Türk dünyasıdır. Biz aid olduğumuz yerdə, doğmalarımızın arasındayıq və aid olduğumuz yerin də təəssübünü çəkir, inkişafına çalışırıq. Biz ləyaqətimizi, milli qürurumuzu çoxsaylı məhrumiyyətlər, çətinliklər bahasına dirçəltməmişik ki, onu özgə qapılarının dekorativ bəzəyinə çevirək. Bu baxımdan, ailəmiz də, hədəfimiz də, liderimiz də bəllidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı birliyin və gücün rəmzidir, qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin zəngin təbii ehtiyatları, insan resursları, Avrasiyada ən önəmli, qlobal geostrateji əhəmiyyət daşıyan bir ərazidə yerləşmələri TDT-nin beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlardan birinə çevrilməsinə imkan verir. Bu prosesin sürətlə irəliyə doğru aparılması üçün isə gərəkli olan möhkəm, tarixin dərin qatlarında kök salan təməl, milli iradə və bu iradəni gerçəkləşdirə biləcək potensial var.
Siyasi ekspert dövlətimizin başçısının nitqində yer alan digər mühüm məqama diqqət çəkərək deyib: “Azərbaycan Prezidentinin nitqində digər vacib məqam Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır. Prezidentin qeyd etdiyi kimi, bu məsələdə heç bir narahatlığımız yoxdur. Azərbaycan öz məqsədlərinə nail olub. Bütövlükdə isə Cənubi Qafqaz ətrafında baş verən proseslər, yırtılmış, yerlə bir olmuş, əzik-üzük maskaların hikkəli və ikrah doğuran sərsəmləmələrinin fonunda görəsən hansı normallaşmadan danışmaq olar. Nəyi və kimi normallaşdırırıq? Normallaşmaya qalarsa, buna, ilk növbədə, Ermənistanın, eləcə də hələ də sağlam məntiqlə düşünməyi bacarmayan, saxta, əsassız iddialara söykənən ideoloji zəhərlə taqətdən düşmüş ultramillətçi erməniliyin ehtiyacı var. Normallaşma ikitərəfli, yaxud çoxtərəfli bir anlayışdır. Bu səbəbdən, ilk növbədə, Ermənistan və onun müxtəlif qütblərdən “burunlarını” Cənubi Qafqaza uzadan təhrikçiləri normallaşmalıdır. Onlar sağlam düşünməyi, reallığı dərk etməyi bacarmalı, həqiqəti qəbul etməlidirlər. Əks təqdirdə, bizim heç bir normallaşmaya ehtiyacımız yoxdur. Gedin, öz aranızda hansı müstəvidə, çərçivədə, ölçüdə, nə bilim nədə istəyirsiniz “normallaşın”. “Gedin, işinizlə məşğul olun!”.

Paylaş:
Digər xəbərlər

Siyasət

14-02-2024, 23:59

Prezident seçkilərinin ilk dəfə bütün ölkə ərazisini əhatə etməsi böyük tarixi əhəmiyyət daşıyır

Siyasət

16-01-2024, 14:04

Ukraynalı ekspert: Azərbaycanda növbədənkənar prezident seçkiləri yeni reallığın nəticəsidir

Siyasət

15-12-2023, 16:07

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir RƏY

Siyasət

24-12-2023, 00:52

Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb

Siyasət

12-12-2023, 19:43

Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti - TƏHLİL

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:10
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
Вчера, 16:08
Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
4-05-2026, 14:50
Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
4-05-2026, 11:15
Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Сегодня, 13:07
    Əlahiddə Ümumqoşun Orduda hazırlıq kursunu bitirənlərə sertifikatlar təqdim olunub
  • Сегодня, 13:05
    Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • Вчера, 18:09
    Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək
  • Вчера, 18:06
    Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib
  • Вчера, 16:14
    İstiqlal şairi Əhməd Cavad
  • Вчера, 16:10
    Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
  • Вчера, 16:08
    Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
  • Вчера, 16:06
    Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK
  • Вчера, 15:26
    Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
  • Вчера, 15:24
    Azərbaycan diasporu ilə bağlı təhqiqat aparan müstəntiq işdən çıxarılıb
  • Вчера, 15:22
    Fuad Nurullayev: Ulu Öndərin siyasi irsi Azərbaycanda birlik və tolerantlığı təmin edib
  • Вчера, 15:19
    Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
  • Вчера, 15:16
    "EFES - 2026” təliminə hazırlıq məşqləri davam edir
  • Вчера, 15:14
    Azərbaycan - İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeli
  • Вчера, 15:07
    Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
  • 4-05-2026, 14:53
    Gələcəyin mühəndisləri Qarabağda yetişir
  • 4-05-2026, 14:50
    Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
  • 4-05-2026, 14:48
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakıda klassik musiqi konserti təşkil olunub
  • 4-05-2026, 14:46
    Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur
  • 4-05-2026, 14:44
    Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər
  • 4-05-2026, 14:41
    Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
  • 4-05-2026, 14:40
    Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq
  • 4-05-2026, 11:23
    Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
  • 4-05-2026, 11:20
    ® “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • 4-05-2026, 11:18
    Türkiyənin şəhərsalma mütəxəssisi: WUF13 dayanıqlı urbanizasiyaya dəstək vasitəsidir
  • 4-05-2026, 11:15
    Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 4-05-2026, 11:13
    Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
  • 3-05-2026, 11:08
    İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
  • 3-05-2026, 11:06
    Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq
  • 3-05-2026, 11:04
    Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb
  • 2-05-2026, 15:38
    Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib
  • 2-05-2026, 15:35
    "EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir
  • 2-05-2026, 15:33
    “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 2-05-2026, 15:32
    Diplomatik korpusun nümayəndələri Laçında
  • 2-05-2026, 11:38
    Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə