Bakı, 5 May.
Hərbi qulluqçularımızın iştirakı ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.