• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tarixin necə yüz illik gərdişini dəyişən Fateh - İlham Əliyev

Siyasət

25-12-2023, 09:08

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Tarixin necə yüz illik gərdişini dəyişən Fateh - İlham Əliyev
24.12.2023 [23:53]
Tarixin necə yüz illik gərdişini dəyişən Fateh - İlham Əliyev
Bakı, 24 dekabr
Bu gün Prezident İlham Əliyevin anadan olmasından 62 il ötür. Özünün doğum günü ərəfəsində Azərbaycan Prezidenti müstəqilliyimizin bərpasından sonra heç bir dövlət başçısının getmədiyi və gedə bilmədiyi yerlərdə oldu. Son 3 ayda oralarda baş verənlər təkcə Prezidentimizin ömrünün 62-ci səhifəsinə yox, bütövlükdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dəyişiklikdir. Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi hissəsində də suverenliyimizin tam təmin edilməsi ilə Prezident İlham Əliyev 20 il öncə verdiyi vədi artıqlaması ilə, həm də heç kəsin proqnozlaşdırmadığı bir şəkildə yerinə yetirdi.
Bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Deputat bildirib ki, Müzəffər Ali Baş Komandanı nahaq yerə Qarabağın fatehi adlandırmırlar. “Keçmişdə biz başqalarının torpağını ələ keçirən qoşunun sərkərdəsini fateh adlandırmışıq. Ancaq düşünəndə ki, tək haylar deyil, onları bizim torpaqlara yerləşdirənlərin Qarabağla, bütövlükdə Qafqazla bağlı hələ yüz illər öncəki planları nədən ibarət idi və həmən plan Rusiya imperiyasının, sonra da bolşeviklərin əli ilə addım-addım nə cür reallaşdırılırdı, region get-gedə necə başqalarınınkılaşdırılırdı görürsən ki, bəli, bu edilənlər məhz elə fatehlikdir. Özü də burada söhbət təkcə Qarabağın fəthindən getmir. Niyə təkcə Qarabağın fəthindən söhbət getmədiyinə aydınlıq gətirəcəyəm, amma öncə “Rusiya imperiyasının əli ilə reallaşdırılırdı” fikrinin arxasında nələr dayandığını diqqətinizə çatdırmaq istəyirəm”, - deyə S.Alıyev vurğulayıb.
Tarixə nəzər salan deputatın sözlərinə görə, Rusiya haylara bu regionda ən böyük dəstəyi o zaman verib ki, onun başında ya birinci Pyotr kimi qərbdəki bəlli çevrələrə bağlı, ya ikinci Yekaterina sayaq həmən çevrələrin öz təmsilçiləri, yaxud da onlardan tam asılı şəxslər durublar. Qorbaçovla Yeltsin məhz elələrindən idilər. Stalinin Axıska türkləri, vaynaxlarla birgə azərbaycanlıların da Qafqazdan Mərkəzi Asiyaya deportasiya edilmələri planı da elə məhz qərbdəkilərin, daha dəqiqi anqlosaksların yardımına ən çox ehtiyac duyduğu zaman meydana çıxmışdı. Nədənsə xristian məbədlərinə qarşı sərt bolşevik basqıları da o zaman dayandırılmış və onların bir neçəsində yenidən ibadətlərə izin verilmişdi. Üstəlik, bu sualın hələ də cavabı yoxdur ki, Çörçillə Ruzvelt yerli əhaliyə- tatarlara qarşı hitlercəsinə davranılaraq etnik təmziləmə aparılan Krımda bu dəhşətli olaydan heç yarım il keçməmiş Stalinlə bir araya gəlməyə nədən razılıq vermişdilər? Bəlkə ona görə ki, Krımın tatarlardan təmzilənməsi də dünyanın yenidən bölüşdürülməsi kimi “böyük üçlük” arasında öncədən, məsələn, Tehran konfransında razılaşdırılmış, ancaq bəlli səbəblərdən bu razılığın sənədlərdə əksini tapmaması qərara alınmlşdı?
“Beləliklə, fikrimcə, azəbaycanlıların Qafqazdan sürgün edilməsini nəzərdə tutan plan, bu alınmadıqda, soydaşlarımızn Qərbi Azərbaycandan deportasiyasında Mikoyanın rolu şişirdildiyi kimi, bizim regionun nə qədər mümkün qədər xristianlaşdırılması da təkcə Rusiyalıq məsələ olmayıb. Bu, Rusiyanı qabağa verməklə reallaşdırılmağa cəhd edilən bir plan idi və hələ sözü gedən dövlət imperiyaya çevrilməmişdən öncə onun hazırlığı görülmüşdü. Çünki yenə tarixə nəzər salsaq görərik ki, səlibçilər hələ hülakilər dönəmində Azərbaycan torpaqlarında möhkəmlənməyə çalışmış, səfəvilər isə avqustinlər, karmelitlər, kapusinlər, dominikanlar, yezuitlər kimi katolik ordenlərinə burada sərbəst hərəkət üçün istədikləri şəraiti yaratmışdılar. Birinci Şah Abbas taxta çıxanda onlar artıq Gəncə qarışıq bir çox yaşayış məskənlərimizdə meydan sulayırdılar”.
S.Alıyevin sözlərinə görə, unudulmamalıdır ki, Gülüstan və Türkmənçay anlaşmalarından sonra Azərbaycanda, elə həmən Gəncə ətrafında təkcə haylar deyil, molokanlar, duxoborlar və digərləri ilə yanaşı protestantlar da yerləşdirilməyə başlandı. 1818-ci ildən başlayaraq Almaniyanın Vürtemberq əyalətindən Göygöl, Şəmkir, Qazax, Tovuz və Ağstafa rayonlarına köç gətirilirdi. Yəni Gürcüstanla haylaşdırılmağa başladılan İrəvan xanlığına həmsərhəd yerlərdə satarover və protestant koloniyaları salınaraq böyük bir xristian zolağının özülü qoyuldu. Maraqlıdır ki, Almaniyadan köçürülən dindarlar Qafqaza “bəşəriyyətin beşiyinə”, yəni Yerusəlimə yaxın yer adı altında həvəsləndirilib gətirilirdilər. Bir sözlə, bu bir növ XI əsrdə başladılan prosesin davamıydı.
Bax, bu reallıqları nəzərə alıb da Prezident İlham Əliyevin tarixin necə yüz illik gərdişinə son qoymaqla çağdaş sərhədlərimiz çərçivəsində torpaqlarımız üzərində suverenliyimizi təmin etməsi ilə fatehlik zirvəsinə ucaldı. Elə qərbdəki bəlli çevrələrin bizim qələbəmizdən yumşaq desək, qıcıqlanmalarının arxasında da məhz onların səlibçi təfəkkürü durur.
“Proseslərin gedişi, ən sonuncu olay- COP 29-un məhz Ermənistanın da dəstəyi ilə Bakıda keçirilməsinə razılıq verilməsi də göstərir ki, Fateh liderimiz onlara da zəfərimizi həzm etdirəcək. Diqqətinizə çatdırım ki, məhz həmən çevrələr hayların Qarabağı tərk etmələrindən sonra onlara Azərbaycanı Serbiyaya, “Arsax”ı isə Kosovoya çevirəcəklərini bildirirdilər. Nəticə isə ortadadır. Elə həm də haylardan dəstək almaqla biz ölkəmizi təcriddə saxlamağı planlaşdıranları təcrid etmiş olduq və bu, Azərbaycan Prezidentinin böyük güclərin qarşı çıxmalarına rəğmən BMT qətnamələrini təkbaşına yerinə yetirməklə, beynəlxalq konyunkturanı sarsıtmasının, başqa sözlə desək, reallaşdırdığı geosiyasi inqilabın davamıdır. Cənab İlham Əliyev hakimiyyətə təzə gələndə elə ilk növbədə Azərbaycanı hədəf almaqla postsovet məkanında rəngli inqilab planı hazırlayan və bəzi yerlərdə reallaşdıranları təkcə Azərbaycanın deyil, maraq obyekti gözündə görülən bütün regionun subyektliyinə yol açan dəyişikliklə, yəni geosiyasi inqilabla fakt qarşısında qoydu. Fransa neokolonializminə qarşı ayağa qalxanların öz bayraqlarıyla yanaşı bizim üçrənglimizi də başları üzərinə qaldırmaları sizcə, həm də bu geosiyasi inqilabın başqa bir göstəricisi deyilmi?
Əminəm ki, ötən günlərdə Şıx Dursun kəndində gedib ziyarət etdiyi ən qoca ağaclardan biri, yaşı 2500 ilə çatan “Müqəddəs Çinar” da, yanındakı "Tenqri" bulağı da Tanrı sevimlisinin bu uğuruna bizim qədər sevinir. Açığı düşünmürəm ki, cənab Prezident “Tenqri”, “Turşsu” və “Saxsı” bulaqlarına təkcə o yerlərin böyük turizm potensialı olduğunu bildiyi və onun reallaşdırılması yönündə addımların elə yerindəcə müəyyənləşdirilməsi üçün baş çəkirdi. Onun həmən bulaqları qədim türklərin gündüzün gecə üzərində qələbə çalmasının şərəfinə Narduğan, yəni Günəşdoğan adlandırdıqları bayram günlərindəki ziyarətində mən bir rəmzilik də görürəm”, - deyə Sahib Alıyev diqqətə çatdırıb.
Deputat bildirib ki, Altayda, Tıvada, Xakasiyada və tayqa boyunca digər türk torpaqlarına gedənlər bilirlər ki, oralarda bulaqlar müqəddəs sayılır. Bəlkə ona görə ki, qədim türklər əslində suyu Tanrı ilə eyniləşdirirdilər. Hunlar boş yerə Tanrını Çənli adlandırmayıblar.
Yəqin, Narduğan bayramı günlərində Müzəffər Ali Baş Komandanımızın türklərin müqəddəs bildikləri bulaqlarımıza baş çəkməsi xeyirin şər üzərində zəfərinin sərgilənməsi idi. Qoy, xeyir şər üzərində həmişə zəfər çalsın. Şıx Dursundakı çinarımız bundan sonra da 2500 il ömür sürsün, Tanrı fatehimizi qorusun!

Paylaş:
Digər xəbərlər

Siyasət

24-12-2023, 00:52

Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb

Siyasət

15-12-2023, 16:07

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir RƏY

Siyasət

15-12-2023, 11:01

Əli Əhmədov: İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunmalıdır

Gündəm / Siyasət

18-10-2023, 14:12

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

Siyasət

12-12-2023, 09:45

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
5-05-2026, 16:10
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
5-05-2026, 16:08
Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
4-05-2026, 14:50
Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
4-05-2026, 11:15
Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Сегодня, 12:12
    Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
  • Сегодня, 12:09
    Nevropatoloq: Sosial şəbəkələr və davamlı mesaj yazmaq beyində dopamin sintezini artırır
  • Сегодня, 12:05
    Azərbaycanın ali təhsil müəssisələri Avropa Universitetləri Sammitində stendlərini təqdim edirlər
  • Сегодня, 12:01
    “EFES - 2026” çoxmillətli təlimi davam edir
  • Сегодня, 11:47
    Azərbaycan nefti 109 dollara satılıb
  • Сегодня, 11:27
    Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
  • Сегодня, 11:23
    Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • Вчера, 18:58
    Azərbaycan və Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq daha da genişləndiriləcək
  • Вчера, 18:51
    Süni intellekt tibdə yeni imkanlar yaradır
  • Вчера, 13:19
    TKT imtahanına qeydiyyat aparılır
  • Вчера, 13:15
    DSX-nin sərhədçiləri “Heydər zirvəsi”nə yürüş ediblər
  • Вчера, 13:13
    Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək
  • Вчера, 13:11
    Müəssisənin yeni mülkiyyətçisi hansı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam verə bilər?
  • Вчера, 13:07
    Əlahiddə Ümumqoşun Orduda hazırlıq kursunu bitirənlərə sertifikatlar təqdim olunub
  • Вчера, 13:05
    Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • 5-05-2026, 18:09
    Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək
  • 5-05-2026, 18:06
    Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib
  • 5-05-2026, 16:14
    İstiqlal şairi Əhməd Cavad
  • 5-05-2026, 16:10
    Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
  • 5-05-2026, 16:08
    Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
  • 5-05-2026, 16:06
    Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK
  • 5-05-2026, 15:26
    Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
  • 5-05-2026, 15:24
    Azərbaycan diasporu ilə bağlı təhqiqat aparan müstəntiq işdən çıxarılıb
  • 5-05-2026, 15:22
    Fuad Nurullayev: Ulu Öndərin siyasi irsi Azərbaycanda birlik və tolerantlığı təmin edib
  • 5-05-2026, 15:19
    Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
  • 5-05-2026, 15:16
    "EFES - 2026” təliminə hazırlıq məşqləri davam edir
  • 5-05-2026, 15:14
    Azərbaycan - İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeli
  • 5-05-2026, 15:07
    Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
  • 4-05-2026, 14:53
    Gələcəyin mühəndisləri Qarabağda yetişir
  • 4-05-2026, 14:50
    Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
  • 4-05-2026, 14:48
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakıda klassik musiqi konserti təşkil olunub
  • 4-05-2026, 14:46
    Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur
  • 4-05-2026, 14:44
    Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər
  • 4-05-2026, 14:41
    Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
  • 4-05-2026, 14:40
    Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə