• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müəssisənin yeni mülkiyyətçisi hansı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam verə bilər?

Cəmiyyət

6-05-2026, 13:11

Bakı, 6 May.

Ali Məhkəmənin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, işin hallarına görə, iddiaçı uzun illər cavabdeh bankda çalışıb, sonuncu dəfə filial müdiri vəzifəsində işləyib. 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İddiaçının məhkəməyə müraciətindən sonra aşağı instansiya məhkəmələri əmək müqaviləsinə xitam verilməsi barədə əmri etibarsız sayıb, onun əvvəlki vəzifəsinə bərpası, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab olunması barədə qərar qəbul edib.

Sonradan bankın səhmdar strukturunda dəyişiklik baş verib. Bundan sonra işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə yenidən xitam verib. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək yenidən məhkəməyə müraciət edib və aşağı instansiya məhkəmələri iddianı təmin edib. Lakin Ali Məhkəmə apellyasiya instansiyasının nəticəsi ilə razılaşmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulan müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası yeni mülkiyyətçiyə müəssisənin idarəolunması və maliyyə resurslarının idarəedilməsi ilə bağlı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam vermək hüququ verir.

Ali Məhkəmə vurğulayıb ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi yalnız mülkiyyət formasının dəyişməsi ilə məhdudlaşmır. Səhmdar və ya təsisçi tərkibində elə dəyişiklik baş verə bilər ki, bu, faktiki olaraq yeni mülkiyyətçi iradəsinin formalaşmasına səbəb olsun.

Müəssisənin bir neçə mülkiyyətçisi olduqda onun əmlakı üzərində 51 faiz paya malik olan mülkiyyətçi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Hər hansı müəssisədə mülkiyyət paylarının bölgüsündə 51 faizə sahib mülkiyyətçi olmadıqda isə (məsələn: paylar 20, 30, 40 faiz şəklində bölünübsə), mülkiyyətçilərdən birinin dəyişməsi halında bu hüquq yaranmır.

İş üzrə müəyyən edilib ki, bankın əsas səhmdarının payı 51 faizdən artıq həcmdə dəyişib, həmçinin yeni səhmdar təsisçilər sırasına daxil olub. Kollegiyanın qənaətinə görə, bu hal bankın mülkiyyətçilərinin dəyişməsi kimi qiymətləndirilməlidir.

Bu əsaslarla Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iddianın rədd olunması barədə yeni qərar qəbul edib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

13-01-2026, 12:16

Ali Məhkəmə: Bankın müflis elan olunması ödəniş tapşırıqları üzrə öhdəliklərin icrasını aradan qaldırmır

Cəmiyyət

17-01-2026, 12:50

Əmək qanunvericiliyində yeniliklər-SİYAHI

Cəmiyyət

17-02-2025, 15:08

Ali Məhkəmə: Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

Cəmiyyət

2-05-2025, 12:52

Ali Məhkəmə ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrə dair qərar verib

Cəmiyyət

28-12-2024, 15:28

Nazirlik: İşçilərin minimum əməkhaqqı gələn il yanvarın 1-dən 400 manatdan az ola bilməz

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • Сегодня, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • Сегодня, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • Сегодня, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • Вчера, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Вчера, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • Вчера, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • Вчера, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • Вчера, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə