• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ağdamın müqavimətini “beşinci kolon” qırdı - Çəmənli

Siyasət

19-11-2023, 13:20


Ağdamın müqavimətini “beşinci kolon” qırdı - Çəmənli
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazıçı, publisist, tarixi romanlar müəllifi Mustafa Çəmənlinin Kult.az-a müsahibəsi:
- Mustafa müəllim, yetmişi də geridə qoydunuz. Bu yaşın enerjisi ilə işləmək çətin deyil ki?..
- Desəm ki, yetmiş yaş da 40, 50 kimi elə-belə gəlib keçdi, yaşın fərqi yoxdu, yalan olar. Amma sizə deyim ki, zaman-zaman nəşriyyat sistemində işləyən, kitablar içində olan qələm adamı kimi, şükür Allaha, hələ işləmək qabiliyyətimi itirməmişəm. Elə adamlar var ki, onu yaşına görə təqaüdə yola salırlar, amma mən ömrü boyu qazandığım təcrübəni indi də istifadə edirəm. Təsəvvür edin, mən bu yaşımla öz yaradıcılığımdan başqa mədəniyyətimizə töhfə verəcək 22 kitab tərtib etmişəm. Dahi Nəsimi haqqında, Əbdürrəhim bəy Haqverdiyev barədə, Xurşidbanu Natəvanın yaradıcılığından bəhs edən, eləcə də şairənin rəsm əsərlərini toplayıb kitab halında nəşr etdirmişəm. Hərdən fikirləşirəm ki, işləməyim, eləcə evdə oturum, amma sonrasını təsəvvür eləyə bilmirəm. Evdə otura bilmərəm axı..
- Bilirəm ki, gəncliyinizdə Mingəçevirdə maşınqayırma zavodunda qəlibçi işləmisiniz. Yəqin özünü qəlibə salan adamları çox görmüsünüz. Qəliblə yaşamaq nə deməkdir?
- Cəmiyyətə özünü çəkən, özünü hamıdan üstün göstərmək istəyən təkəbbürlü adamları sevmirəm. Belə adamlar öz qəlibini yaradırlar, amma əslində fərd kimi özlərini aldadırlar. Bəzən mənə gördüyüm işə görə qiymət verirlər, əməyimi, zəhmətimi dəyərləndirirlər, amma mən hamısını qəlib içində tərif kimi qəbul edirəm deyə, utandığımdan həmin şəxslərin gözlərinə baxa bilmirəm. İstedadlı adamlar qəliblə yaşamamalıdır. Ola bilsin ki, sən valideynlərindən daha çox tanınmısan, səninlə bütün el-oba fəxr edir, amma nümayiş etdirdiyin sadəlik-filan hamısı sünidir, çünki qəlibindən qopa bilmirsən, bu da gizli qala bilməz. Onsuz da qəlib adamların kim olduğunu hamı ilk danışığından anlayır, tanıyır.
- Viranə qalmış, “Azərbaycanın Xirosima”sı Ağdamı qələbədən sonra ilk dəfə ziyarət edən bir qarabağlı deyirdi ki, Ağdamı azad və tezliklə abad görəcəyimi anlasam da, yenə ürəkdən sevinə bilmirdim. Qarabağa səfərinizdə doğma şəhəriniz Ağdamı, kəndiniz Çəmənlini görəndə siz hansı hisslər keçirdiniz?
- Bizim kəndimiz işğal olunmasa da, oradan Ağdama boylanmaq dəhşətli işgəncə idi. Bir dəfə ustad xanəndəmiz Arif Babayevlə Mahrızlıya gedirdik. Yolda Arif müəllimə uzaqdan görükən evimizi göstərib dedim ki, o, bizim ev olsa da, bu gün həmin yurd boş qalıb, evdə heç kim olmur. Arif müəllim sarsıldı, “Mustafa, gör sən nə qədər xoşbəxt adamsan ki, mənə evinin yerini göstərirsən, amma mən heç evimi də görmürəm” dedi. Müharibə dövründə hərbçilər bizim kəndə, Seyid Lazım Ağanın məzarına ziyarətə gələndə mən onlardan binoklu alıb məscidin minarəsinə çıxırdım, Ağdama baxırdım. Ağdam ilğım kimi görsənirdi. Bax onda başa düşdüm ki, vətəndən vətənə baxmaqdan dəhşətli şey yoxdur. Sonra elə oldu ki, İlahi qismət bizə möcüzə bəxş elədi, torpaqlarımız, eləcə də Ağdam işğaldan qurtuldu. Azərbaycan Prezidentinin Ağdam şəhərində ilk təməlqoyma mərasimində iştirak etmək mənə də nəsib oldu. Bakıdan gedən 20 nəfərlik nümayəndə heyətinə məni də daxil etmişdilər. Unudulmaz bir gün idi... Protokol qaydasına əməl etmək borcumuz idi, ancaq mən fürsət tapıb Ağdam məscidinin qarşısına yüyürüb orada şəkil çəkdirməyə macal tapdım. Gördüm, məscid görükür, necə dura bilərdim ki?..
Bir neçə detalı da deyim ki, düşmənin necə vəhşi olduğunu biləsininz. Mən uşaqlıqda babamla arabada Ətyeməzli kəndinə çatanda, kişi deyərdi ki, Ağdama çatmışıq. Mən nə həmin kəndi, nə kəndin yol-yolağasını, nə Sovet dövründə Ağdamda işlədiyim qəzetin redaksiyasını, nə də mədəniyyət evini tanıdım... Ermənilərdə həmişə özəlliyi ilə seçilən Ağdam qüruruna, Ağdam kultuna qarşı xüsusi nifrət vardı deyə, onlar hətta Ağdamda bitən ağaclara belə rəhm etməmişdilər, şəhərdəki qəbirlərimizi nə hala qoyduqlarını isə özünüz bilirsiniz. Birinci Qarabağ savaşında Ağdamda könüllülərin, Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Yaqub Rzayevin batalyonları yaradıldı. Onlar hamısı çiyin-çiyinə tək düşmənə qarşı vuruşmaq üçün yaradılmışdı. Bunu ilk dəfə sizə deyirəm, Ağdamda çaxnaşma salan, batalyonlar arasında söz-söhbət yaradan, Ağdamın müqavimətini qıran “beşinci kolon” oldu.
- “Beşinci kolon”?
- Bəli! Ağdama qəribə adamlar gəlirdilər, bir də görürdün, şəhərə xəbər yayılıb ki, kimsə cəbhə bölgəsində fişəng atıb ermənilərə işarə edir. Beləcə bu diversiya xarakterli xəbərlər hər yerə yayılırdı, Bakıda qarışıqlıq düşürdü, batalyon komandirlərinin fəaliyyəti müzakirə edilirdi, hamının qulağını doldururdular ki, ağdamlılar Ağdamı satacaq və beləcə düşmənlər niyyətinə çatdı. Birliyi pozub Ağdamın işğalına nail oldular. Heç kim Ağdamı satmamışdı, bizi parçalayan, təxribat yaradan həmin “beşinci kolon” idi. Ağdamın, ağdamlıların ünvanına nələr deyilmirdi...
- Birinci və İkinci Qarabağ müharibəsinin şahidi olmuş bir yazıçı kimi Mustafa Çəmənli həm də müasir dövrdə “Qarabağnamə” yaradır. Ziddiyyətli mənbələri araşdırıb tarixi ələmək, gerçəyi yalandan ayırmaq ağır yükdür. Tarixi roman janrında əsər yaratmaq üçün öncə nədən, haradan başlamaq lazımdır?
- Öncə əlavə edim ki, mən özümü tək müharibə şahidi yox, həm də müharibənin içində olan savaşçı hesab edirəm. Mənim ilk tarixi romanım “Xallı gürzə” olub. Bu əsəri yazmaqdan ötrü fars dilində yazılan “Qarabağnamə”lərə də göz gəzdirdim. Tarixi roman janrında bədii əsər yazmaq üçün mütləq mənə elə detallar lazım idi ki, onları süjetə çevirib əsərin qayəsini anlada bilim. Ümumiyyətlə, mən həmişə o fikirdə olmuşam ki, tarixi faktları təhrif etmək olmaz. Baxın, Pənahəli Xan Şuşanı, qalanı, Bayat qalasını, Şahbulağı tikib, bunu mən bilirəm, bu faktdır, amma Xanın ilk tikdirdiyi Bayat qalası olub axı. Şuşanın qurulmasına sonra başlanılıb. Ancaq bu qalaları necə və nəyə görə tikdirdiyi, nə düşündüyü barədə mənbələrdə bir fakt da yoxdur, deməli, sən artıq yazıçı təxəyyülünü işə salıb oxucuna öz versiyanı elə təqdim etməlisən ki, oxucu bunun tarixi ardıcıllıq olduğuna inansın. Mənim romanımda elə bir məqam var ki, onun bədii həllini tapmaqdan ötrü xeyli əziyyət çəkmişəm.
- Azərbaycan mədəniyyətinə töhfə verən şəxsiyyətlər barədə, eləcə də vətən uğrunda canını fəda edən qəhrəmanlarımızdan bəhs edən xeyli bədii və publisistik janrda yazılmış əsərləriniz var. Bəzi qələm adamlarının düşüncəsinə görə, publisistikanı ədəbiyyat janrına aid etmək absurddur, yəni belə əsərləri bədii mətn kimi qəbul etmək yanlış yanaşmadır. Mustafa Çəmənlinin bu sayaq iddialara münasibəti necədir?
- Çox yanlış yanaşmadır. Mən bir yazıçı və publisistika janrına tez-tez müraciət edən qələm adamı kimi güvənlə söyləyə bilərəm ki, publisistika janrı unudulan ədəbiyyat deyil və heç vaxt unudulmayacaq da. Həm də oxunaqlı ədəbiyyatdır. Mən Fred Asif haqqında sənədli roman yazmışam, materiallar o qədər çox idi ki, romanı bədii əsər kimi yazsaydım, faktların çoxu itib gedəcəkdi. Bu kitab çap olundu və roman kimi oxunub sevildi də. Mətn içində mətnə çevrildi. Şövkət Ələkbərova, Əbülfət Əliyev haqqında əsərlərim var ki, onların janrını heç özüm də müəyyənləşdirə bilməmişəm. Demək istəyirəm ki, bu janr çoxdan ədəbiyyat kateqoriyasına daxil edilib və həmişə də belə qəbul olunacaq.
- Qarabağ savaşı mövzusuna qayıdaq... Qarabağ müharibəsi, qələbə və məğlubiyyət haqqında yazılacaq ən gözəl əsərlərin həmin savaş tarixindən 15-20 il sonra yarana biləcəyini söyləyənlər var...
- Məncə, başlıca məqam kimin nə vaxt yazması yox, necə yazmasıdır. Ümumiyyətlə mənə elə gəlir ki, qarabağlı olan, o dəhşətləri öz gözləri görən yazıçılar bu mövzuda daha öndə gedə bilərlər. Vaxtında yazmalıyıq, vaxtında.
- Şuşa qələbəsi ilə bağlı, tarixi xronologiyaya istinadla, yəni real müharibə faktoru üzərində mistik, yaxud fantastik janrda əsər yaratmaqla uğurlu mətn ortaya çıxarmaq olar?
- Hər şey istedaddan asılıdır. Janr vacib amil deyil. Amma əsərin rəngində gərək milli xüsusiyyətlər də olsun. Bu mövzuda kiçik bir detalın üzərində elə əsər yaratmaq olar ki...
- Məğlubiyyət dövrünün faciələri ilə bağlı sanballı əsərlərimiz azdır. Tutaq ki, Xocalı soyqırımı barədə ədəbi hadisəyə çevrilə biləcək bir əsər yazmaqdan ötrü gecikməmişik ki?..
- Çox gecikmişik, amma hərdən də düşünürsən ki, belə bir dərdi hara sığışdırmaq olar? Çox çətindi, çox...
- Savaşda igid döyüşçünün həlak olması ilk baxışdan məğlubiyyətə bənzəsə də, bu fakt əslində qəhrəmanlıq nümunəsidir. Şəhidlər düşmənə yox, ölümə təslim olurlar. Fred Asif, Mübariz İbrahimov haqqında əsərləriniz çap olunub. Silsiləni davam etdirəcəksiniz?
- Mütləq gücüm çatan nəsə yazmaq istəyirəm. “Qayıdış”dan sonra daha çox yazmaq istəyirəm. Ümumiləşdirilmiş obraz yaratmaq istəyirəm. Yaşayarıq, görərik...
- Doğma kəndiniz Çəmənlidə sizdən ötrü müqəddəs sayılan, yaddaqalan elə bir məkan varmı ki, tək o yerin təsviri ilə bir əsər ərsəyə gətirmək mümkün olsun?

Paylaş:
Digər xəbərlər

Maraqlı

28-10-2023, 23:11

İnsan nə zamandan paltar geyinməyə başlayıb? - Sirri bitlər açdı

Maraqlı

5-10-2023, 23:16

3 ayağı və 2 cinsi orqanı ilə doğulub - Ailəsinin “bəxtsiz” adlandırdığı “kral”

Şou-biznes

25-10-2023, 21:47

Mətanət Əsədova: “Allah mənə övlad payı verdi, amma...”

Siyasət

28-10-2023, 20:06

Xaricdən ölkəyə gətirilən yetkinlik yaşına çatmayanların reabilitasiyası üzrə tədbirlər açıqlandı

Şou-biznes

2-10-2023, 18:38

“Lazımsızlar həyatımdan çıxdı, gözəl sevgi yaşayıram” - Renka sevgilisindən danışdı

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
5-05-2026, 16:10
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
5-05-2026, 16:08
Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
4-05-2026, 14:50
Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
4-05-2026, 11:15
Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Вчера, 19:55
    Paytaxtda ictimai iaşə obyektində istehlaka yararsız qida məhsulları aşkarlanıb
  • Вчера, 19:52
    Bakıda şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb
  • Вчера, 19:50
    Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı olub – YENİLƏNİB
  • Вчера, 19:47
    Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb - YENİLƏNİB
  • Вчера, 19:45
    Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir
  • Вчера, 12:12
    Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
  • Вчера, 12:09
    Nevropatoloq: Sosial şəbəkələr və davamlı mesaj yazmaq beyində dopamin sintezini artırır
  • Вчера, 12:05
    Azərbaycanın ali təhsil müəssisələri Avropa Universitetləri Sammitində stendlərini təqdim edirlər
  • Вчера, 12:01
    “EFES - 2026” çoxmillətli təlimi davam edir
  • Вчера, 11:47
    Azərbaycan nefti 109 dollara satılıb
  • Вчера, 11:27
    Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
  • Вчера, 11:23
    Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 6-05-2026, 18:58
    Azərbaycan və Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq daha da genişləndiriləcək
  • 6-05-2026, 18:51
    Süni intellekt tibdə yeni imkanlar yaradır
  • 6-05-2026, 13:19
    TKT imtahanına qeydiyyat aparılır
  • 6-05-2026, 13:15
    DSX-nin sərhədçiləri “Heydər zirvəsi”nə yürüş ediblər
  • 6-05-2026, 13:13
    Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək
  • 6-05-2026, 13:11
    Müəssisənin yeni mülkiyyətçisi hansı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam verə bilər?
  • 6-05-2026, 13:07
    Əlahiddə Ümumqoşun Orduda hazırlıq kursunu bitirənlərə sertifikatlar təqdim olunub
  • 6-05-2026, 13:05
    Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • 5-05-2026, 18:09
    Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək
  • 5-05-2026, 18:06
    Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib
  • 5-05-2026, 16:14
    İstiqlal şairi Əhməd Cavad
  • 5-05-2026, 16:10
    Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
  • 5-05-2026, 16:08
    Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
  • 5-05-2026, 16:06
    Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK
  • 5-05-2026, 15:26
    Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
  • 5-05-2026, 15:24
    Azərbaycan diasporu ilə bağlı təhqiqat aparan müstəntiq işdən çıxarılıb
  • 5-05-2026, 15:22
    Fuad Nurullayev: Ulu Öndərin siyasi irsi Azərbaycanda birlik və tolerantlığı təmin edib
  • 5-05-2026, 15:19
    Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
  • 5-05-2026, 15:16
    "EFES - 2026” təliminə hazırlıq məşqləri davam edir
  • 5-05-2026, 15:14
    Azərbaycan - İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeli
  • 5-05-2026, 15:07
    Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
  • 4-05-2026, 14:53
    Gələcəyin mühəndisləri Qarabağda yetişir
  • 4-05-2026, 14:50
    Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə