• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sumqayıt hadisələri “böyük Ermənistan” xülyası çərçivəsində törədilən təxribat idi - ŞƏRH

Siyasət

28-02-2024, 17:02

1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş bütün hadisələr erməni separatçılarının düşünülmüş planının və bacarıqla həyata keçirdikləri əməliyyatın nəticəsi idi. Nəzərə alaq ki, baş vermiş bu təxribatın izləri hələ 1987-ci ildən hiss edilməyə başlanmışdı. O zaman ermənilər tərəfindən müəyyən təxribat planlarının hazırlandığı ilə bağlı bizə məlumatlar daxil olurdu. Hələ 1970-ci illərdə yaxınlarımızdan eşidirdik ki, “Krunk” cəmiyyətinə ermənilər tərəfindən müxtəlif ianələr toplanılır. Bir müddət keçdikdən sonra hamıya məlum oldu ki, ermənilərin canfəşanlıq göstərmələrinin səbəbi “böyük Ermənistan” xülyası imiş. Onlar bu xəyallarını reallaşdırmaq üçün müxtəlif planlar hazırlayırdılar. Sonrakı dövrlərdə də məlum oldu ki, Dağlıq Qarabağı Azərbaycandan qopardıb Ermənistana birləşdirmək istəyirlər. Həmin illərdə ermənilər Azərbaycan neftinin guya rentabelli olmaması ilə bağlı Kremllə danışıqlar aparırdılar. Bununla da əllərinə düşən müxtəlif vasitələrlə gələcək təxribatlar üçün əsaslar yaradırdılar.
Bu fikirləri açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
O qeyd edib: “1980-ci illərdə ictimaiyyət geniş informasiyaya sahib deyildi. Sadəcə, separatçı ermənilərin hansısa cəmiyyətlər vasitəsilə Azərbaycanın müstəqilliyinə yönəlik müəyyən təxribatlar hazırladıqları barədə məlumatlar eşidirdik. Bundan əlavə, şəhərdə tanıdığımız ermənilərin bəziləri də özlərini şübhəli aparırdılar. Sumqayıt hadisələri bütövlükdə Azərbaycanın gələcəyi üçün təhlükə yaradılmasına, ölkənin beynəlxalq aləmdə nüfuzdan salınmasına hesablanmış bir təxribat idi”.
QHT sədri təxribatın SSRİ rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi, erməni lobbisi və Erməni Milli Assambleyası tərəfindən hazırlanaraq həyata keçirildiyini bildirib. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub. Ancaq Eduard Qriqoryan, sadəcə, icraçı olub. Onu təxribat üçün hazırlayıb, prosesə yönəldərək lazımi vasitələrlə təmin ediblər.
R. Zeyni1988-ci ildə Qərbi Azərbaycanda yurd-yuvalarından qovulmuş azərbaycanlıların böyük bir hissəsinin Sumqayıtda yerləşdirildiyini xatırladaraq vurğulayıb: “Sumqayıtda kriminal vəziyyət çox gərgin idi. Keçmiş məhkumların xeyli hissəsi şəhərdə məskunlaşmışdı. Bununla da hadisələrdən əvvəl və proses zamanı şəhəri gərginlikdə saxlamaq istəyirdilər. Həmin illər Sumqayıtın sənaye potensialı çox güclü idi, belə ki, şəhər 70-dən çox xarici ölkəyə müxtəlif sənaye məhsulları ixrac edirdi. Ermənilər ixracla məşğul olan şəhərin adını informasiya müharibəsində zədələmək istəyirdilər və Sumqayıt vasitəsilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq niyyəti güdürdülər. Hadisələr o vaxta təsadüf edirdi ki, artıq Dağlıq Qarabağda separatçılar qondarma rejimin nümayəndələri ilə gizli danışıqlar apararaq planlar hazırlayırdılar. Belə ki, 1988-ci ilin fevralın 21-də həm İrəvanda, həm də Xankəndidə Dağlıq Qarabağ Muxtar vilayətinin Vilayət Partiya Komitəsi, Kremldən İrəvana qədər bütün aidiyyəti qurumlar hamısı işə düşmüşdü”.
Bir neçə il əvvəl Baş Prokurorluqda Sumqayıt hadisələrinin istintaqının bərpa edildiyini xatırladan R.Zeyni bildirib ki, istintaq müddətində bütün aidiyyəti qurumlar, hüquq-mühafizə orqanları öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər və hadisələrin iştirakçıları istintaqa cəlb edildi. Sumqayıt hadisələri törədilən zaman Azərbaycanın ovaxtkı rəhbərliyi çevik davranıb milli maraqları düşünərək SSRİ rəhbərliyindən qorxmadan peşəkarlıq nümayiş etdirsəydi, o dövrdə də Sumqayıt hadisələrinin araşdırılması ilə bağlı istintaq komissiyası yaradıla bilərdi. Beləliklə, hadisələrə operativ, çevik reaksiyalar vermək mümkün olardı. Təəssüflər ki, o zaman istintaqı SSRİ prokurorluğunun nümayəndələri aparırdılar. Həmin şəxslər də istintaq materiallarının əksəriyyətini özləri ilə götürüb Moskvaya getdilər. Respublikanın ozamankı rəhbərliyi heç bir müqavimət göstərə bilmədi. Beləliklə, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə törətdikləri bu təxribat birbaşa Azərbaycan xalqının adına yazıldı. Bu gün də hadisələrin üzərindən 36 il keçməsinə baxmayaraq, yenə də sumqayıtlılara və azərbaycanlılara heç bir aidiyyəti olmayan bu qara ləkəni üstümüzdən təmizləyə bilmirik. Ancaq istintaq materialları ilə yaxından tanış olan və onun mahiyyətini bilən hüquq-mühafizə orqanlarının əməkdaşları hadisələrin əsl məqsədinə bələddirlər.
1991-1992-ci illərdə Sumqayıt ŞƏHƏR Xalq Deputatları Sovetinin deputatı kimi dəfələrlə çıxışlarımda bu hadisələrlə bağlı İstintaq Tədqiqat Komissiyasının yaradılmasını təklif etmişdim. 1992-ci il sentyabrın 29-da Xalq Deputatları Soveti sessiyasının qərarına əsasən Sumqayıt hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı Deputat İstintaq Komissiyası yaradıldı. Biz həmin komissiyada xeyli işlər gördük və daha sonra sənədləri müvafiq olaraq Milli Məclisə təqdim etdik.
QHT sədri vurğulayıb ki, hər il Sumqayıt hadisələrinin ildönümü ərəfəsində bu təxribat barədə məlumatlar mediada geniş işıqlandırılır. Bundan əlavə, qeyri-hökumət təşkilatları tərəfindən də bir sıra tədbirlər həyata keçirilir.
“Biz Sumqayıt hadisələrinin əsl mahiyyətini, bunun “böyük Ermənistan” xülyası çərçivəsində həyata keçirilən təxribat olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bütün dünya bilməlidir ki, ermənilər “böyük Ermənistan” qurmaq xəyalı ilə öz soydaşlarını qətlə yetiriblər. Bildiyiniz kimi, o zaman əsasən “Krunk” cəmiyyətinə üzvlük haqqı verməkdən imtina edən ermənilər qətlə yetirilib. Xatırladım ki, təxribatlar nəticəsində Sumqayıtda fövqəladə vəziyyət elan olundu və şəhərə ordu yeridildi. Şəhərə ordu yeridilməsinin nəticəsi olaraq üç gün davam edən iğtişaşlar nəticəsində 32 nəfər qətlə yetirildi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Yüzlərlə şəhər sakini isə bu prosesdən ziyan çəkdi. Dörd mindən çox insan inzibati cəzaya məruz qaldı. Hadisələr zamanı öz hisslərini boğa bilməyən 96 gənc cinayət məsuliyyətinə cəlb edildi və onlara müxtəlif cəzalar verildi. Əhməd Əhmədov adlı şəxs də heç bir əsas olmadan güllələnməyə məhkum edildi”, - deyə R.Zeyni diqqətə çatdırıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

28-02-2024, 16:59

Sumqayıt hadisələri - SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı məqsədyönlü şəkildə hazırladıqları məkrli plan

Cəmiyyət

14-02-2024, 00:04

Şərti sərhəddəki vəziyyətin gərginləşdirilməsində Ermənistanın havadarlarının da müstəsna “əməyi” var - Hərbi ekspert

Hadisə

18-10-2023, 13:38

"Xaçatryanın dəstəsi uşağın üstünə qaynar su töküb, yandırdı" - Zərərçəkmiş

Siyasət

12-01-2024, 10:37

Fransada Natəvanın heykəlinə qarşı vandalizm mədəniyyətin siyasi alətə çevrildiyini əks etdirir - RƏY

Siyasət

23-02-2024, 11:22

İcma sədri: Son bir ildə Qərbi Azərbaycana qayıdış ideyasını beynəlxalq müstəviyə çıxara bildik - MÜSAHİBƏ

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:10
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
Вчера, 16:08
Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
4-05-2026, 14:50
Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
4-05-2026, 11:15
Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Вчера, 18:09
    Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək
  • Вчера, 18:06
    Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib
  • Вчера, 16:14
    İstiqlal şairi Əhməd Cavad
  • Вчера, 16:10
    Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
  • Вчера, 16:08
    Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
  • Вчера, 16:06
    Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK
  • Вчера, 15:26
    Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
  • Вчера, 15:24
    Azərbaycan diasporu ilə bağlı təhqiqat aparan müstəntiq işdən çıxarılıb
  • Вчера, 15:22
    Fuad Nurullayev: Ulu Öndərin siyasi irsi Azərbaycanda birlik və tolerantlığı təmin edib
  • Вчера, 15:19
    Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
  • Вчера, 15:16
    "EFES - 2026” təliminə hazırlıq məşqləri davam edir
  • Вчера, 15:14
    Azərbaycan - İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeli
  • Вчера, 15:07
    Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
  • 4-05-2026, 14:53
    Gələcəyin mühəndisləri Qarabağda yetişir
  • 4-05-2026, 14:50
    Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
  • 4-05-2026, 14:48
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakıda klassik musiqi konserti təşkil olunub
  • 4-05-2026, 14:46
    Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur
  • 4-05-2026, 14:44
    Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər
  • 4-05-2026, 14:41
    Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
  • 4-05-2026, 14:40
    Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq
  • 4-05-2026, 11:23
    Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
  • 4-05-2026, 11:20
    ® “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • 4-05-2026, 11:18
    Türkiyənin şəhərsalma mütəxəssisi: WUF13 dayanıqlı urbanizasiyaya dəstək vasitəsidir
  • 4-05-2026, 11:15
    Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 4-05-2026, 11:13
    Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
  • 3-05-2026, 11:08
    İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
  • 3-05-2026, 11:06
    Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq
  • 3-05-2026, 11:04
    Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb
  • 2-05-2026, 15:38
    Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib
  • 2-05-2026, 15:35
    "EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir
  • 2-05-2026, 15:33
    “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 2-05-2026, 15:32
    Diplomatik korpusun nümayəndələri Laçında
  • 2-05-2026, 11:38
    Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
  • 2-05-2026, 11:36
    AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır
  • 2-05-2026, 11:34
    Aeroport şosesində yol qəzası baş verib, hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə