• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Yeni Azərbaycanın prioritetlərini bəyan etdi

Siyasət

26-02-2024, 14:10

Bildiyimiz kimi, Yeni Azərbaycan ifadəsi müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən istifadə edilmiş və müstəqilliyin bərpasından sonra çağdaş, universal prinsiplərlə yanaşı, milli-mənəvi dəyərləri rəhbər tutaraq azərbaycançılıq, Azərbaycan millətçiliyi ideologiyası çərçivəsində dövlətçiliyin inşasını ehtiva edib. Bununla belə torpaqlarımızın bir hissəsinin işğal altında olması və Kürəkçaydan, Türkmənçaydan üzü bəri davam edən suverenlik əskikliyi Azərbaycan dövlətinə potensialına uyğun olaraq regional güc kimi refleks göstərməyə mane olurdu. Azərbaycan Silahlı Qüvvələrinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda tarixi Zəfər qazanması və ardınca 24 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınan ərazilərində suverenliyini tam bərpa etməsi XXI əsrin Yeni Azərbaycanının inşasını zəruri etmişdir. Bu məqsədlə institusional dəyişiklərin idarə edilməsi üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi zərurəti yaranmışdı.
Bu fikirləri Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev açıqlamasında deyib.
O.Vəliyev deyib ki, növbədənkənar prezident seçkilərini sadəcə yeni seçkilərin keçirilməsi kimi şərh etmək doğru deyil. Seçkilərin ilk dəfə Azərbaycanın bütün ərazilərində təşkil edilməsi və əsas namizəd İlham Əliyevin məhz Xankəndi şəhərində səs verməsi Azərbaycan dövlətinin suverenliyinin tam bərpasının nümayişi kimi qəbul edilməlidir. Prezident Əliyevin yerli mətbuata müsahibəsində də qeyd etdiyi kimi, bu prezident seçkiləri keçirilməli idi. Çünki prezident institutu dövlətin idarə edilməsində ən yüksək orqandır. Seçkilər müvəffəqiyyətlə baş tutdu və İlham Əliyev seçicilərin böyük əksəriyyətinin dəstəyini alaraq yenidən prezident seçildi. MSK-nın və müşahidəçilərin rəyləri seçicilərin müstəqillik dövründə görülməmiş fəallıq nümayiş etdirdiyini deməyə əsas verir. Bu da anlaşılandır, çünki artıq yeni və suveren Azərbaycan inşa olunmaqdadır və vətəndaşlar da 44 günlük Vətən müharibəsində olduğu kimi bu prosesin də subyekti olmağa can atırlar. Bu baxımdan Prezident İlham Əliyevin andiçmə mərasimi və həmin mərasimdən verəcəyi mesajlar həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən maraqla gözlənilirdi.
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində postmünaqişə dövründə inşa edilməkdə olan Yeni Azərbaycanın prioritetlərini dərk etmək imkanı verdiyini vurğulayan O.Vəliyev bildirib ki, dövlətimizin başçısı çıxışına bütün nailiyyətlərin əsas mənbəyi olan Azərbaycan xalqına təşəkkür etməklə başladı. Buna müvafiq olaraq prezident 2003-cü ildə verdiyi bütün vədlərinin yerinə yetirildiyini bildirdi. Prezident bu vədlər arasında prioritet məsələnin Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu da xüsusi vurğuladı.
Qeyd edilib ki, güclü dövlət və Türk dünyası ilə əlaqədar prezidentin andiçmə mərasimindəki nitqində əsas ifadələr arasında yer almışdır. Prezidentin Türk dünyası ilə bağlı danışarkən “bizim ailəmiz” ifadəsini istifadə etməsi xüsusilə diqqəti cəlb etdi. Güclü dövlət zəfər, suverenliklə assosiasiya olunur. Türk dünyası vurğusu isə Şuşa Bəyannaməsində də əksini tapan “Bir millət, iki dövlət” prinsipinə əsasən davam etdirilən tərəfdaşlığın növbəti ifadəsi idi. Buna paralel olaraq Prezident İlham Əliyev ilk rəsmi səfərini gerçəkləşdirdiyi Türkiyə Respublikası Prezidentinin sarayında Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədin imzalanma prosesində dərinləşdirərək davam etdirdiyi gənclərin ailədə və məktəbdə milli-mənəvi ruhda tərbiyə edilməsi məsələsi də çox önəmlidir. Çünki güclü Azərbaycanın və əldə edilən nailiyyətlərin qorunması, gələcək nəsillərə ötürülməsi məhz milli-mənəvi ruhda tərbiyə ediləcək gənclər sayəsində mümkün olacaq.
“Prezident İlham Əliyevin xalqın dəstəyini qazanaraq prezident seçilməsi Azərbaycanın gələcəyi üçün olduqca zəruri idi. Hazırda siyasət qlobal qeyri-müəyyənlik içindədir və başda Avropa ölkələri olmaqla dünya dövlətləri güclü lider və ordu böhranı yaşamaqdadır. Halbuki Azərbaycan xalqı Qarabağda məhz güclü, qətiyyətli lideri və ordusu sayəsində adını müzəffər millət kimi tarixə yazdı. Seçkilərin bu çərçivədə müvəffəqiyyətlə tamamlanması Azərbaycan xalqının və dövlətinin gələcəyi üçün sabitlik mesajı kimi qəbul edilə bilər. Çünki Prezident İlham Əliyev müharibədə qazanılan şanlı Zəfərin məntiqi sonluğu olan sülh müqaviləsinin imzalanmasına da nail olacaq və adını 44 günlük Vətən müharibəsində olduğu kimi Azərbaycan siyasi tarixinə daha bir şərəfli səhifə yazdıracaq”, - deyə O.Vəliyev bildirib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

18-10-2023, 14:12

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

Siyasət

24-12-2023, 00:52

Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb

Siyasət

15-12-2023, 16:07

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir RƏY

Siyasət

30-01-2024, 16:03

Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət

13-01-2024, 11:36

Əsl xalq Prezidenti

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:10
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
Вчера, 16:08
Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
4-05-2026, 14:50
Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
4-05-2026, 11:15
Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Вчера, 18:09
    Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək
  • Вчера, 18:06
    Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib
  • Вчера, 16:14
    İstiqlal şairi Əhməd Cavad
  • Вчера, 16:10
    Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
  • Вчера, 16:08
    Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
  • Вчера, 16:06
    Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK
  • Вчера, 15:26
    Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
  • Вчера, 15:24
    Azərbaycan diasporu ilə bağlı təhqiqat aparan müstəntiq işdən çıxarılıb
  • Вчера, 15:22
    Fuad Nurullayev: Ulu Öndərin siyasi irsi Azərbaycanda birlik və tolerantlığı təmin edib
  • Вчера, 15:19
    Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
  • Вчера, 15:16
    "EFES - 2026” təliminə hazırlıq məşqləri davam edir
  • Вчера, 15:14
    Azərbaycan - İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeli
  • Вчера, 15:07
    Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
  • 4-05-2026, 14:53
    Gələcəyin mühəndisləri Qarabağda yetişir
  • 4-05-2026, 14:50
    Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
  • 4-05-2026, 14:48
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakıda klassik musiqi konserti təşkil olunub
  • 4-05-2026, 14:46
    Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur
  • 4-05-2026, 14:44
    Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər
  • 4-05-2026, 14:41
    Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
  • 4-05-2026, 14:40
    Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq
  • 4-05-2026, 11:23
    Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
  • 4-05-2026, 11:20
    ® “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • 4-05-2026, 11:18
    Türkiyənin şəhərsalma mütəxəssisi: WUF13 dayanıqlı urbanizasiyaya dəstək vasitəsidir
  • 4-05-2026, 11:15
    Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 4-05-2026, 11:13
    Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
  • 3-05-2026, 11:08
    İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
  • 3-05-2026, 11:06
    Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq
  • 3-05-2026, 11:04
    Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb
  • 2-05-2026, 15:38
    Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib
  • 2-05-2026, 15:35
    "EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir
  • 2-05-2026, 15:33
    “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 2-05-2026, 15:32
    Diplomatik korpusun nümayəndələri Laçında
  • 2-05-2026, 11:38
    Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
  • 2-05-2026, 11:36
    AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır
  • 2-05-2026, 11:34
    Aeroport şosesində yol qəzası baş verib, hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə