• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fransız Qivanasının nümayəndəsi: Fransa bizi öz müqəddəratını təyinetmə hüququmuzdan məhrum etmək üçün hiyləyə əl atıb - MÜSAHİBƏ

Siyasət

22-02-2024, 15:48

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Fransız Qivanasının nümayəndəsi: Fransa bizi öz müqəddəratını təyinetmə hüququmuzdan məhrum etmək üçün hiyləyə əl atıb - MÜSAHİBƏ
22.02.2024 [15:37]
A+ A-
Fransız Qivanasının nümayəndəsi: Fransa bizi öz müqəddəratını təyinetmə hüququmuzdan məhrum etmək üçün hiyləyə əl atıb - MÜSAHİBƏ
Bakı, 22 fevral, AZƏRTAC

Fransız Qvianasından və Yeni Kaledoniyadan olan bir qrup media təmsilçisi ölkələrindəki vəziyyət, yerli xalqların tələbləri, Fransanın apardığı müstəmləkəçilik siyasəti, məruz qaldıqları qadağalar və Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən xalqların mübarizələrinə verdiyi dəstək barədə AZƏRTAC-a ətraflı müsahibə veriblər. Müsahibəni təqdim edirik:

-Sizi görməkdən çox şadıq. Ölkənizdəki ümumi vəziyyətdən başlayaq, çünki Azərbaycanda ölkələrinizdəki vəziyyətlə bağlı o qədər də məlumatlı deyillər. Yeni Kaledoniya və Fransız Qvianasında mövcud siyasi vəziyyət necədir?

-Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının Prezidenti Brenda Hanthipe Vanabo: Bütün Azərbaycana salam deyirik. Biz hazırda Yeni Kaledoniyada Fransa dövləti ilə müzakirələr aparırıq. Təbii ki, bizim aramızda müzakirələr o qədər də yaxşı getmir. Prezident Makron Yeni Kaledoniya ilə bağlı Konstitusiyaya dəyişiklik etmək istəyir. Bu, bizim üçün qəbuledilməzdir, Konstitusiyaya toxunmamalıyıq. Çünki Konstitusiyaya toxunmaq Yeni Kaledoniyada seçki orqanını dəyişmək deməkdir. Ölkəmizdə sabitliyi təmin edən seçicilərdir.

-Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Bris Noel Epayi: Qviana böyük ərazidir, ərazisi təqribən Azərbaycanın ərazisinə bərabərdir (90 min kvadratkilometr), əhalisi isə 400 min nəfərdir. Bu gün Qviana bu ərazi üzərində hökmranlığını hələ də saxlayan Fransa administrasiyasının siyasətinin qurbanıdır, həqiqətən də müstəmləkə ölkədir. Fransa 1947-ci ildə buraya departament statusu verərkən beynəlxalq hüququ pozub. Qviana 1945-ci ildə BMT-nin qeyri-muxtar ərazilərinə daxil edilib və Qviananın müstəmləkəçilikdən çıxmaq prosesinə daxil olmasına imkan verməmək üçün Fransa “assimilyasiya” adlandırılan bir konsepsiya uyduraraq o vaxt ölkəmizi departament kimi özünə birləşdirdi. Assimilyasiya haqqında qanun qvianalıların və müstəmləkəçiliyə məruz qalmış yerli xalqların, habelə Qvianaya deportasiya edilmiş Afrika mənşəli insanların düşüncə tərzini tamamilə dəyişdirmək məqsədi daşıyırdı. Bunun arxasında isə “əsl fransız olmaq” kimi sözdə ümid mesajı var idi. Bu gün - bir neçə onillikdən sonra biz görürük ki, “Azadlıq, bərabərlik, qardaşlıq” devizi artıq tamamilə köhnəlib. Hazırda Qvianada əhalinin 53 faizi yoxsulluq həddində yaşayır, Emmanuel Makronun prezidentliyi dövründə yoxsulluq 10 faizdən çox artıb. Onun ikinci mandatında da yoxsulluq ildən-ilə artmaqda davam edir. Fransa və Avropa qanunları bizə qətiyyən uyğun gəlmir, belə ki, Qviana Cənubi Amerikada, Fransadan 8 min kilometr aralıda yerləşir. Beləliklə, 8 min kilometr uzaqlıqdakı insanların bizim reallıqlarımızı dərk etməməsi normaldır. Bizim Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatı hazırda Qviananın BMT-nin müstəqil olmayan ərazilər siyahısına yenidən daxil edilməsini təşviq etmək və dəstəkləmək üçün Qoşulmama Hərəkatı ilə müzakirələr aparır. Bu, bizim qəti əzmimizdir. Etiraf etməliyik ki, sadəcə olaraq, Fransa bizi öz müqəddəratını təyinetmə hüququmuzdan məhrum etmək üçün hüquqi hiyləyə əl atıb.

-Əsas problemləriniz, ölkələrinizin yerli xalqlarının tələbləri hansılardır?

Bris Noel Epayi: Əgər xüsusilə yerli xalqların hüquqları məsələsindən danışırıqsa, bilməliyik ki, bu gün Fransa Beynəlxalq Əmək Təşkilatının yerli xalqların hüquqlarını tanıyan 169 saylı Konvensiyasını ratifikasiya etməkdən imtina edir. O, bizi bir, vahid xalq hesab edir və bildirir ki, bu Konvensiyanın ratifikasiyası onun bölünməz xalq konstitusiya prinsipini şübhə altına alar. Biz bir daha görürük ki, resurslarımızdan istifadə etməyimizə mane olmaq üçün hüquqi hiylələrdən istifadə olunur. Bu gün Qviananın yerli xalqlarının əsas tələbləri Fransanın bu torpaqları yenidən qvianalılara qaytarmasıdır. Qviana xalqının ümumi tələbi torpaqların geri qaytarılmasından ibarətdir. Çünki Fransa dövləti bu ərazinin 95 faizdən çoxuna sahib olduğunu elan edib. Ölkə ərazisinin 95 faizi dövlətin “xüsusi” mülkiyyətindədir. Bu, əsas tələbdir. Bundan başqa, anlamalıyıq ki, bu gün müstəmləkə vəziyyətindəyik, ölkəmiz anklavdır. Ona görə də insanlarımızın ölkənin bütün ərazilərində sərbəst hərəkət etmək imkanı yoxdur. Bizim çaylarımız var, onlardan naviqasiya üçün istifadə etmək mümkündür. Lakin Fransa bəyan edir ki, bu çaylarla daşımalar mümkün deyil. Beləliklə, sizin daşımalar üçün istifadə edə biləcəyiniz çaylarınızın olduğunu bilirsiniz, ancaq orada hərəkət etmək hüququnuz yoxdur. Bununla belə, ölkə ərazisində hər hansı jandarm avtomobili və ya hərbi texnika daşımaq lazım olduqda, həmin çaylardan istifadə olunur. Bu ədalətsizlikdir! Əhalinin içməli suya çıxışı yoxdur. Hər kəsin elektrik enerjisinə çıxışı yoxdur. Qviana beynəlxalq Avropa kosmodromudur. Bizim kosmosa peyklər göndərən və beləliklə, beynəlxalq tarazlığa töhfə verən bir neçə aparatımız var, lakin bizim ölkənin bütün ərazisində telefona və ya internetə çıxışımız yoxdur. Kosmik mərkəzin yaxınlığından keçərkən yolboyu telefon şəbəkəsində kəsilmələr olur. Biz açıq şəkildə görürük ki, Qviana, sadəcə olaraq, Fransanın nəzarət və öz maraqları üçün istifadə etdiyi platformadır.

Brenda Hanthipe Vanabo: Yeni Kaledoniyaya gəlincə, 170 illik fransız müstəmləkəçiliyimiz var. Bu illər ərzində ölkəmizdə kanak xalqının alçaldılması və zorakılıq halları törədilib. Qırx ildir ki, ölkəmizin müstəqilliyini tələb edirik. Biz, Yeni Kaledoniyanın müstəqillik tərəfdarları inanırıq ki, müstəqillik layihəmizi təbliğ etmişik. Bizim müstəqilliyimiz mümkündür. Yeni Kaledoniyanın öz spesifikliyi var, o, nə dənizaşırı ərazi, nə də departament deyil, o, dənizaşırı ölkədir. Beləliklə, bu gün bizim Kaledoniya hökumətimiz, Yeni Kaledoniya Konqresi, həmçinin üç əyalətimiz və otuz iki kommunamız var. Hazırda və son seçkilərdən sonra biz müstəqillik tərəfdarları Yeni Kaledoniyanın Okeaniya partiyası olan “Okean oyanışı” ilə müqavilə sayəsində hökumətdə və Konqresdə çoxluğu ələ keçirmişik. Bu, bizə ölkənin rəhbərliyində olmağımıza imkan verir. Müstəqilliyin əleyhinə olanların nəzarətində, sadəcə, cənub əyaləti qalır ki, o da Makron hökumətində vətəndaşlıq üzrə dövlət katibi olmuş Sonia Vaskezin əlindədir. Yeni Kaledoniyaya kütləvi immiqrasiya məkanı məhz cənub əyalətidir.

-Yeni Kaledoniyanın bəzi yerli xalqları 3-cü referendumda iştirak edə bilmədilər. Səbəb nə idi?

Brenda Hanthipe Vanabo: Biz 1998-ci ildə Numea sazişini imzaladıq və bu müqavilədə üç referendum üzrə məsləhətləşmələr nəzərdə tutulur. Məsləhətləşmələrin birincisini 2018-ci ildə, ikincisini isə 2020-ci ildə apardıq. Üçüncü məsləhətləşməni 2022-ci ilə nəzərdə tutmuşduq. Lakin Fransa dövləti məsləhətləşmələrin üçüncüsünü 2021-ci il dekabrın 12-də başlatdı, həmin vaxt COVID-in ən pik dövrü idi. Biz bu məsləhətləşmənin təxirə salınmasını tələb etdik. Müstəqilliyin, adət-ənənə tərəfdarlarının hamısı bu məsləhətləşmələrin təxirə salınmasını tələb etdilər. Çünki ilk dəfə idi ki, Yeni Kaledoniyada belə bir pandemiya yaşayırıq, biz bu cür pandemiyaya öyrəşməmişik. Mədəniyyətimizə, ənənələrimizə və kanak adətlərinə hələ də riayət edirik. Bu pandemiya zamanı həlak olanlara yas tutmaq üçün vaxta ehtiyacımız var idi. Bununla əlaqədar üçüncü referendumun təxirə salınmasını xahiş etdik. Fransa dövləti isə üçüncü referendumu qüvvədə saxladı. Belə ki, Fransa hökumətinə görə, həmin referendum baş tutdu, lakin 57 faiz bitərəf qaldı, o cümlədən kanak xalqının 90 faizi bu prosesə qatılmadı. Bizim üçün siyasi baxımdan bu referendum mübahisəlidir, keçərli deyil. Ona görə də bu gün biz bu məsələni Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsinə çatdırmaq üçün mübarizə aparırıq. Məsələmizi Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsinə müvəffəqiyyətlə çatdıra bilmək üçün lobbiçiliyə çalışırıq.

-Ölkələrinizin yerli xalqlarının mübarizəsində Azərbaycanın dəstəyi barədə nə deyə bilərsiniz? Azərbaycanın dəstəyini necə qiymətləndirirsiniz?

Bris Noel Epayi: Öz tərəfimizdən deyə bilərəm ki, Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatında bu gün Azərbaycanın bizim mübarizəmizə dəstək verməsini yüksək qiymətləndirir və buna görə təşəkkür edirik. Qoşulmama Hərəkatına sədri olmuş Azərbaycan indiki mərhələdə bizim üçün özümüzü ifadə etmək üçün platformalar yaratdı. Bu gün mühüm məsələ bu özünüifadə məkanlarının, beynəlxalq miqyasda maarifləndirmə üçün platformaların olmasıdır ki, Fransanın hökmranlığı altındakı müstəmləkə ölkələrimizin reallıqlarını dünyaya çatdıraq. Çünki Fransanın hökumətləri beynəlxalq miqyasda bildirirlər ki, guya bizdə hər şey qaydasındadır və biz də Fransa vətəndaşları ilə eyni hüquqlardan faydalanırıq. İstənilən halda, biz, sadəcə olaraq, Fransanın özündə yoxsulluğun artdığı, demokratik təmsilçiliyin olduğu, bizdə isə hələ də demokratiyanın olub-olmaması ilə bağlı vəziyyətə baxmalıyıq, çünki bizim Milli Assambleyanın fikrinə qarşı təkbaşına qərar verən hökumətimiz var. Səkkiz min kilometr aralıda bizim üçün vəziyyət hətta onların öz ərazisindəki fransız xalqınınkından daha çətindir.
Yeni Kaledoniyanın Rəssamlar Assosiasiyasının prezidenti Aleks Loik Oue Toura: Azərbaycanın dəstəyi ilə bağlı mövqeyimiz, bir az əvvəl Fransız Qvianasının nümayəndəsinin qeyd etdiyi kimi, hər şeydən əvvəl, fikirlərimizi bildirmək imkanları, texniki səviyyə ilə bağlıdır. Bu, bizə başqa bir auditoriyaya çatmağa, Fransanın müstəmləkəyə çevirdiyi digər xalqlarla eyni vəziyyətdə olduğumuzu bilməyə imkan verir.
-AZƏRTAC-ın bir jurnalisti giriş icazəsi olmasına baxmayaraq, Yeni Kaledoniyaya buraxılmadı. Bir jurnalist kimi, bununla bağlı nə deyə bilərsiniz, mövqeyiniz nədən ibarətdir?
Brenda Hanthipe Vanabo: Bu vəziyyət böyük təəssüf doğurur. Fikrimcə, media hüququ fundamental olmalıdır, çünki bütün ölkələrdə informasiya verilməlidir, jurnalistlər ölkəyə sərbəst girib-çıxa bilməlidirlər, onlar öz işlərini, peşə fəaliyyətlərini şəffaf şəkildə həyata keçirən insanlardır. Bir ölkə digər ölkədən kiminsə daxil olmasına etiraz edirsə, deməli, həmin ölkə nəsə gizlədir. Jurnalist peşəsi elə bir peşədir ki, dünyaya informasiya çatdırmalıdır. Biz, Yeni Kaledoniyada məlumat və ünsiyyət hüququnun tərəfdarıyıq. Media hüququ həqiqətən vacibdir. Buna görə də mən Fransanın dekabrda etdiyi pis hərəkət idi. Yaxşı yadımdadır, keçən il dekabrın əvvəli idi, o zaman biz Numeada yürüş keçirirdik. Sadəcə olaraq, xatırlatmaq istəyirəm ki, bu, fundamental hüquqdur. Beynəlxalq hüquqda bildirilir ki, mətbuat azadlığı hüququ var, jurnalistlərə öz işlərini görməyə mane olmaq olmaz.
-Media nümayəndələri olaraq siz öz ölkənizdə sərbəst işləyə bilirsinizmi? Yoxsa Fransa tərəfindən çətinliklər yaradılır?
Brenda Hanthipe Vanabo: Mən Yeni Kaledoniyada “Radio Djiido” adlanan yeganə müstəqil media qurumunun Direktorlar Şurasının sədriyəm. Biz radio mediasıyıq və bu da bir həqiqətdir ki, Yeni Kaledoniyada müstəqillik tərəfdarının yeganə media orqanı bizik və biz informasiya yaymağa çalışırıq. Müstəqillik tərəfdarı olmayan, Fransa dövlətinin tərəfində olan bir çox media orqanı var. Digər tərəfdən, biz adətən belə problemlərlə rastlaşmırıq. Buna görə də Fransa dövlətinin AZƏRTAC-ın jurnalistinə münasibəti bizi həqiqətən təəccübləndirdi.
Bris Noel Epayi: Fransız jurnalistlər də xaricə gedəndə eyni münasibətlə qarşılaşa bilərlər. Bəzi ölkələrin siyasətlə jurnalistikanı fərqləndirməsi lazımdır, onları qarışdırmağa ehtiyac yoxdur.
Fransa Qvianasının Dekolonizaisya və Sosial Qurtuluş Hərəkatının üzvü Edel Thadal: Fransa bu vəziyyətlə bağlı çox təmaslar qurmadı, amma məncə, onlar bunu etməli idilər. Çünki başqa ölkədə eyni vəziyyətə məruz qalan bir Fransa olsaydı, bu məsələni geniş şəkildə onu ciddi şəkildə qabardardılar.

Paylaş:
Digər xəbərlər

Siyasət

18-01-2024, 10:30

Qərbi Azərbaycan İcması Fransa Senatının qətnaməsinə cavab verib

Cəmiyyət

26-01-2024, 10:17

Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

Cəmiyyət

26-01-2024, 10:17

Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

Siyasət

10-01-2024, 21:32

Azərbaycan Prezidenti: Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır

Siyasət

27-12-2023, 10:50

Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:10
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
Вчера, 16:08
Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
4-05-2026, 14:50
Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
4-05-2026, 11:15
Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Вчера, 18:09
    Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək
  • Вчера, 18:06
    Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib
  • Вчера, 16:14
    İstiqlal şairi Əhməd Cavad
  • Вчера, 16:10
    Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
  • Вчера, 16:08
    Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
  • Вчера, 16:06
    Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK
  • Вчера, 15:26
    Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
  • Вчера, 15:24
    Azərbaycan diasporu ilə bağlı təhqiqat aparan müstəntiq işdən çıxarılıb
  • Вчера, 15:22
    Fuad Nurullayev: Ulu Öndərin siyasi irsi Azərbaycanda birlik və tolerantlığı təmin edib
  • Вчера, 15:19
    Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
  • Вчера, 15:16
    "EFES - 2026” təliminə hazırlıq məşqləri davam edir
  • Вчера, 15:14
    Azərbaycan - İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeli
  • Вчера, 15:07
    Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
  • 4-05-2026, 14:53
    Gələcəyin mühəndisləri Qarabağda yetişir
  • 4-05-2026, 14:50
    Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb
  • 4-05-2026, 14:48
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakıda klassik musiqi konserti təşkil olunub
  • 4-05-2026, 14:46
    Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur
  • 4-05-2026, 14:44
    Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər
  • 4-05-2026, 14:41
    Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
  • 4-05-2026, 14:40
    Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq
  • 4-05-2026, 11:23
    Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
  • 4-05-2026, 11:20
    ® “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • 4-05-2026, 11:18
    Türkiyənin şəhərsalma mütəxəssisi: WUF13 dayanıqlı urbanizasiyaya dəstək vasitəsidir
  • 4-05-2026, 11:15
    Neftçalada 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 4-05-2026, 11:13
    Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
  • 3-05-2026, 11:08
    İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
  • 3-05-2026, 11:06
    Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq
  • 3-05-2026, 11:04
    Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb
  • 2-05-2026, 15:38
    Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib
  • 2-05-2026, 15:35
    "EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir
  • 2-05-2026, 15:33
    “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 2-05-2026, 15:32
    Diplomatik korpusun nümayəndələri Laçında
  • 2-05-2026, 11:38
    Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
  • 2-05-2026, 11:36
    AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır
  • 2-05-2026, 11:34
    Aeroport şosesində yol qəzası baş verib, hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə