Naxçıvan, 31 avqust.
Naxçıvan Muxtar Respublikasında aparılan səhiyyə islahatlarının əsas məqsədlərindən biri göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir.
Yoluxucu Xəstəliklər Mərkəzinin Toksikologiya şöbəsinin açılışı və fəaliyyətə başlaması ilə muxtar respublikanın səhiyyə sahəsində daha bir əhəmiyyətli addım atılıb. Bu yeni şöbə Naxçıvanda tibbi xidmətin səviyyəsini yüksəltməklə sakinlərə daha keyfiyyətli və ixtisaslaşdırılmış tibbi xidmət göstərmək məqsədi daşıyır.