• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ABŞ-ın saxta əsaslarla ölkəmizə qarşı iradlar irəli sürməyə başlaması qəbuledilməzdir - ŞƏRH

Siyasət

10-10-2024, 09:47

Bakı, 10 oktyabr.

Məlum olduğu kimi, hazırda bir sıra qüvvələr ölkəmizə qarşı yeni təzyiq kampaniyasına başlayıblar. Bütün bunlar Azərbaycanın COP29-a ev sahibliyi etməsini hədəf alıb. Hamımız xatırlayırıq ki, oxşar təzyiq kampaniyaları vaxtilə "Avroviziya", Avropa Oyunları və digər bu kimi beynəlxalq tədbirlərə ölkəmiz ev sahibliyi edərkən də həyata keçirilirdi.

Lakin hazırkı qarayaxma kampaniyası əvvəlki illərdə olanlarla müqayisədə daha intensivdir. Bu da onunla bağlıdır ki, bu kampaniyanı aparan qüvvələr ölkəmizin Ermənistanın qətliam və kütləvi şəkildə dağıntı törətmiş işğalçı ordusunu məğlub etməsini, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilmirlər. Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu qüvvələrin sırasında yer alması təəssüf hissi doğurur.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.

"İlk öncə qeyd edək ki, Azərbaycan hökuməti və parlamenti ABŞ ilə ikitərəfli münasibətlərə hər zaman böyük əhəmiyyət verib və konstruktiv davranıb. İkitərəfli münasibətlərdə indiyədək əldə olunmuş müsbət inkişafların əksəriyyəti məhz Azərbaycan tərəfinin səyləri sayəsində ərsəyə gəlib.

ABŞ müstəqilliyimizin ilk günlərindən başlayaraq Konqres vasitəsilə ölkəmizə qarşı davamlı şəkildə zərərli addımlar atıb. Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə bu kampaniya daha da şiddətlənib. Konqresdə son bir il ərzində Azərbaycan əleyhinə 16 qanunvericilik təşəbbüsü irəli sürülüb. Onların hamısı beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ziddir.

ABŞ-da bir qrup senator və konqresmenin ötən həftə bu ölkənin Dövlət katibinə göndərdiyi müraciət Azərbaycan tərəfinin səbrini daşıran son damla oldu. Bu məsələyə ölkə rəhbərliyi səviyyəsində münasibət bildirilib və biz, Milli Məclisin bir qrup deputatı ABŞ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi təklifi ilə Xarici İşlər Nazirliyinə müraciət etmişik.

Prezident İlham Əliyevin Cəbrayılda etdiyi çıxışında vurğuladığı bir məsələnin - Konqresdən Dövlət katibi Antoni Blinkenə göndərilmiş müraciətin əslində Dövlət Departamentində yazılması məsələsinin üzərində xüsusilə dayanmaq istərdim. Hamı bilməlidir ki, ABŞ-ın “Azadlığı dəstəkləmə aktı” adlı qanununa 1992-ci ildə edilmiş düzəlişdən (907-ci maddə) başlamış Dövlət katibinə ötən həftə ünvanlanmış müraciətə qədər, Konqresdə irəli sürülmüş anti-Azərbaycan xarakterli bütün təşəbbüslərinin müəllifi elə ABŞ hökumətinin özü olub. “Erməni lobbisinin”, “Konqresin və hökumətin tamamilə fərqli mövqelərdə olması” kimi bəhanələrə daha heç kim inanmır. Bu, əlbəttə çoxdan məlum olan məsələ idi. Lakin biz bunu bildiyimizi nəzakət xatirinə dilə gətirmirdik. Artıq Azərbaycan ictimaiyyəti bütün bunları bilir",- deyə deputat bildirib.

O əlavə edib ki, ABŞ hökuməti ikitərəfli əməkdaşlığa böyük zərbə vurub: "Bu, ABŞ-ın 2001-ci ildə Əfqanıstanda əməliyyat başlayanda Azərbaycana ehtiyacı yarandığı üçün 907-ci maddənin qüvvəsini dayandırması və Əfqanıstanda əməliyyat bitən kimi onu yenidən aktivləşdirməsidir. Qeyd edək ki, ABŞ Prezidenti səlahiyyəti olduğu halda, ötən il 907-ci düzəliş çərçivəsində ölkəmizə qarşı sanksiyaları dayandırmaqdan imtina edib.

Bir milyona yaxın azərbaycanlının Ermənistan tərəfindən zorla qovulmasına, qətliama məruz qalmasına, onların qayıdış hüququn pozulmasına onilliklər ərzində biganə qalmış ABŞ-ın saxta əsaslarla humanitar hüquq və insan hüquqları arqumenti ilə ölkəmizə qarşı iradlar irəli sürməyə başlaması tamamilə qəbuledilməzdir.

Bütün bunlar qarşılıqlı etimadı əsaslı şəkildə sarsıtmış və ikitərəfli əməkdaşlıqda onilliklər ərzində əldə edilmiş bir çox nailiyyətlərin üstündən xətt çəkib.

ABŞ tərəfinin müstəqilliyimizin ilk günlərindən başlayaraq bu günədək fasiləsiz şəkildə davam edən təzyiqləri təkcə ölkəmizin rəhbərliyinə və siyasi sisteminə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına, onun siyasi müstəqilliyinə və suverenliyinə qarşı yönəlib.

Bütün bu təzyiq və qarayaxma kampaniyaları əbəsdir. Onların ikitərəfli münasibətlərə zərər vurmaqdan başqa heç bir təsiri ola bilməz. İkitərəfli münasibətləri qoruyub saxlamaq yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Biz ABŞ-dan olan tərəfdaşlarımıza çağırış edirik ki, qərəzli və zərərli yanaşmalardan əl çəksinlər və iki ölkənin ortaq maraqları naminə dialoq və əməkdaşlıq yolunu seçsinlər".

Paylaş:
Digər xəbərlər

Siyasət

8-10-2024, 12:05

İcma: Azərbaycana qarşı bəyanatların eyni gündə yayımlanması ölkəmizə qarşı hücumların vahid mərkəzdən idarə olunduğunu göstərir

Siyasət

3-02-2024, 17:25

Azərbaycana qarşı qərəzli qərarlar göstərir ki, Avropa və Qərb onun uğurlarını görmək istəmir – RƏY

Siyasət

9-10-2024, 09:55

İnsan Hüquqlarının Müdafiəsi adı ilə siyasi riyakarlıq - ŞƏRH

Cəmiyyət

26-01-2024, 17:03

AŞPA-dan istifadə edən Fransa qərəzli mövqeyi ilə Azərbaycana qarşı təzyiq göstərməyə çalışır

Siyasət

23-01-2024, 16:32

“Erməni sevgisi” virusuna yoluxanlar Azərbaycana qarşı “AŞPA qalxanı”ndan istifadə etmək istəyirlər ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Вчера, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • Вчера, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • Вчера, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • Вчера, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə