• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması

Siyasət

11-07-2026, 09:55

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması
11.07.2026.
Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması
Bakı, 11 iyul.

Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal fikir mübadiləsinin, beynəlxalq dialoqun və media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilib. Bu baxımdan artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu informasiya məkanında baş verən dəyişikliklərin, medianın qarşısında duran yeni çağırışların, beynəlxalq əməkdaşlıq imkanlarının və dünya gündəmini zəbt edən digər aktual mövzuların müzakirə olunduğu nüfuzlu platforma kimi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın ev sahibliyi etdiyi Şuşa Qlobal Media Forumu qısa müddət ərzində dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Forumun hər il seçilən mövzuları qlobal informasiya gündəmini müəyyənləşdirən ən aktual məsələləri əhatə etməklə yanaşı, müasir medianın inkişaf istiqamətlərini və onun qarşısında duran əsas çağırışları əks etdirir.

Müasir dövrdə informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, dezinformasiya və qlobal kommunikasiya məsələləri beynəlxalq gündəliyin əsas mövzuları sırasında yer alır. Çünki informasiya artıq yalnız xəbərin yayılması vasitəsi deyil, dövlətlərin təhlükəsizliyinə, ictimai rəyə, beynəlxalq münasibətlərə və hətta qlobal siyasi proseslərə təsir göstərən strateji resursa çevrilib. Belə bir şəraitdə peşəkar jurnalistikanın inkişafı, media institutları arasında əməkdaşlığın gücləndirilməsi və qlobal çağırışların birgə müzakirəsi xüsusi əhəmiyyət kəsb edir.

Məhz bu baxımdan Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu qısa müddətdə dünyanın nüfuzlu media platformalarından biri kimi böyük nüfuz qazanıb. Forum müxtəlif ölkələrdən media nümayəndələri arasında peşəkar dialoqu təşviq etməklə yanaşı, qlobal informasiya mühitində aktual problemlərin müzakirəsi və ortaq yanaşmaların formalaşdırılması üçün mühüm imkan yaradır. Eyni zamanda, bu tədbir Azərbaycanın beynəlxalq humanitar diplomatiyasının mühüm elementlərindən biri olmaqla, ölkəmizin açıq dialoqa, beynəlxalq əməkdaşlığa və qlobal media gündəliyinin formalaşmasına verdiyi töhfənin bariz göstəricisidir.

Forumun mövzuları dövrün çağırışlarını əks etdirir

Şuşa Qlobal Media Forumunun diqqətçəkən xüsusiyyətlərindən biri də hər il seçilən mövzuların dövrün ən aktual çağırışlarını əhatə etməsidir.

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusuna həsr olunan I Şuşa Qlobal Media Forumunda süni intellekt, rəqəmsal transformasiya və yeni kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə medianın gələcəyi, ənənəvi jurnalistikanın transformasiyası və rəqəmsal platformaların rolu geniş müzakirə olundu. 2024-cü ildə keçirilən II Şuşa Qlobal Media Forumu isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr edilmişdi. Həmin dövrdə qlobal miqyasda informasiya manipulyasiyaları və saxta xəbərlərin yaratdığı təhlükələr fonunda Forum beynəlxalq ictimaiyyətin diqqətini dezinformasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyi məsələlərinə yönəltmişdi. Tədbirdə dezinformasiya kampaniyalarının dövlətlərarası münasibətlərə, cəmiyyətlərin sabitliyinə və ictimai rəyə təsiri geniş təhlil olundu, peşəkar jurnalistikanın və beynəlxalq əməkdaşlığın bu sahədə rolu xüsusi vurğulandı. Ötən il keçirilən III Şuşa Qlobal Media Forumu isə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr edilmişdi. Bu mövzunun seçilməsi də təsadüfi deyildi. Bu, zamanı qabaqlamaq demək idi. Çünki son illərdə generativ süni intellekt texnologiyalarının sürətli inkişafı media sənayesində yeni mərhələnin başlanğıcını qoyub. Məzmun istehsalı, xəbərlərin hazırlanması, məlumatların emalı və auditoriya ilə kommunikasiyada süni intellektin tətbiqi yeni imkanlar yaratmaqla yanaşı, etik və peşəkar məsuliyyətlə bağlı ciddi suallar da ortaya çıxarıb.

Süni intellekt jurnalistikanın operativliyini və məhsuldarlığını artırsa da, deepfake texnologiyaları, avtomatlaşdırılmış dezinformasiya, müəllif hüquqlarının qorunması, məlumatların doğruluğunun yoxlanılması və redaksiya məsuliyyəti kimi yeni çağırışları da gündəmə gətirib. Şuşa Forumunda bu məsələlər beynəlxalq ekspertlərin iştirakı ilə geniş müzakirə olundu, media institutlarının yeni texnologiyalar qarşısında dayanıqlığının artırılması, etik prinsiplərin qorunması və məsuliyyətli rəqəmsal transformasiyanın təmin edilməsi yolları ətrafında fikir mübadiləsi aparıldı.

Forumun müzakirələri bir daha göstərdi ki, gələcəyin mediası yalnız texnoloji yeniliklərlə deyil, eyni zamanda, güclü etik prinsiplər, hüquqi mexanizmlər və peşəkar standartlarla inkişaf etməlidir. Bu baxımdan III Şuşa Qlobal Media Forumu mövcud vəziyyətin təhlili ilə kifayətlənməyərək, süni intellekt dövründə dayanıqlı və məsuliyyətli media modelinin formalaşdırılması istiqamətində mühüm ideyaların irəli sürüldüyü beynəlxalq fikir platforması kimi yadda qaldı.

Prezident İlham Əliyevin media ilə açıq dialoqu

Şuşa Qlobal Media Forumunun artıq ənənəyə çevrilən mühüm xüsusiyyətlərindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin tədbir çərçivəsində yerli və xarici media nümayəndələrinin suallarını açıq formatda cavablandırmasıdır. Bu, dövlətimizin başçısı ilə beynəlxalq media arasında birbaşa dialoq üçün mühüm platforma yaradır. Müxtəlif ölkələri və aparıcı media qurumlarını təmsil edən jurnalistlər regionda baş verən siyasi proseslər, Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, regional təhlükəsizlik, enerji siyasəti və digər aktual məsələlərlə bağlı suallarını Prezident İlham Əliyevə birbaşa ünvanlayırlar.

Açıq sual-cavab formatı informasiyanın vasitəçilər olmadan çatdırılmasına, jurnalistlərin hadisələr barədə ilkin mənbədən dolğun məlumat əldə etməsinə imkan yaradır. Bu isə Azərbaycanla bağlı obyektiv informasiyanın beynəlxalq auditoriyaya çatdırılmasına, ölkənin mövqeyinin daha geniş şəkildə təqdim edilməsinə xidmət göstərir. Forum çərçivəsində səsləndirilən fikirlər sonradan dünyanın aparıcı media qurumlarında geniş işıqlandırılır, beynəlxalq ekspert dairələrində müzakirə olunur və qlobal informasiya məkanında böyük rezonans doğurur.

Prezident İlham Əliyev Forumun artıq beynəlxalq media ictimaiyyəti üçün mühüm dialoq məkanına çevrildiyini vurğulayaraq deyib: “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir”.

Dövlətimizin başçısının bu fikirləri Şuşa Qlobal Media Forumunun missiyasını aydın şəkildə ifadə edir. Artıq Forum təkcə media sahəsində peşəkar müzakirələrin aparıldığı platforma deyil, həm də qlobal proseslərin, beynəlxalq təhlükəsizliyin, rəqəmsal transformasiyanın və informasiya mühitində baş verən dəyişikliklərin açıq dialoq şəraitində müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbir kimi öz mövqeyini möhkəmləndirib.

IV Şuşa Qlobal Media Forumu – Sülhün informasiya ölçüsü

Bu il keçiriləcək IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Bu mövzu mövcud beynəlxalq vəziyyət fonunda xüsusi aktuallıq kəsb edir. Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr, informasiya manipulyasiyaları, nifrət nitqinin artması və rəqəmsal platformalarda yayılan dezinformasiyalar göstərir ki, medianın cəmiyyətlər arasındakı münasibətlərə təsiri heç vaxt indiki qədər böyük olmayıb.

Peşəkar media faktlara əsaslanan informasiya təqdim etməklə yanaşı, qarşıdurmaların dərinləşməsinin qarşısının alınmasına, həqiqətin üzə çıxarılmasına və ictimai etimadın formalaşdırılmasına xidmət göstərir. Münaqişədənsonrakı dövrdə isə jurnalistika cəmiyyətlər arasında barışığın təşviqinə, qarşılıqlı anlaşmanın güclənməsinə və uzunmüddətli sülhün möhkəmlənməsinə mühüm töhfə verə bilər. Bu baxımdan Forumun builki mövzusu həm nəzəri, həm də praktiki baxımdan beynəlxalq media ictimaiyyəti üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox nüfuzlu media qurumu, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri təmsil olunacaq. Bu isə Forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir.

Forum çərçivəsində panel iclasları, interaktiv sessiyalar və ikitərəfli görüşlər təşkil olunacaq. Müzakirələrin əsas mövzuları sırasında medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası, məsuliyyətli jurnalistika, informasiya təhlükəsizliyi və yeni media texnologiyalarının inkişaf perspektivləri yer alır.

Bu müzakirələr yalnız nəzəri fikir mübadiləsi ilə məhdudlaşmayacaq, həm də müxtəlif ölkələrin uğurlu təcrübələrinin paylaşılmasına, yeni əməkdaşlıq təşəbbüslərinin formalaşdırılmasına və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradacaq. Beləliklə, IV Şuşa Qlobal Media Forumu qlobal informasiya məkanında etimadın möhkəmləndirilməsi, məsuliyyətli jurnalistikanın təşviqi və beynəlxalq media əməkdaşlığının inkişafı baxımından mühüm platforma kimi çıxış edəcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-07-2025, 17:45

Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

Siyasət

19-07-2025, 17:48

Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

Siyasət

19-07-2024, 23:07

İyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçiriləcək

Siyasət

1-12-2025, 12:04

Bakı Forumu Türk dünyasının yeni media çağırışları üzrə vahid mövqeyini ifadə etdi - Ekspert rəyi

Siyasət

19-07-2025, 17:42

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilir Prezident İlham Əliyev görüşdə iştirak edir YENİLƏNƏCƏK

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • Сегодня, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • Сегодня, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • Сегодня, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • Вчера, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Вчера, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • Вчера, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • Вчера, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • Вчера, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə