• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

WUF13 həm ölkəmiz, həm də xalqımız üçün ümdə resurslar müəyyənləşdirir

Siyasət

19-05-2026, 20:46

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor

Bilirik ki, müasir şəhərsalma işinin əsas prioritetləri məxsusi olaraq insanların həyat keyfiyyətinin yüksəldilməsinə, ekoloji davamlılığa, inklüzivliyə və iqtisadi səmərəliliyə xidmət edir. Bu işin ictimai önəmi də, siyasi istiqaməti də məhz insan amilinə əsaslanır. Bu prioritetləri əlində əsas tutduğu üçün Azərbaycan hökuməti ölkəmizdə bu işin mahiyyətini tam açmaq, insan resurslarını ictimai örnəklər kimi təqdim etmək məqsədilə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsini önəmli hesab etdi.
Bakı yenə dünyanın diqqət mərkəzindədir. Mayın 17-dən başlayaraq paytaxtımızda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası işinə start verib və bu proses artıq dünya miqyasında da böyük maraq və diqqətlə qarşılanır. Əlbəttə, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin yüksək beynəlxalq nüfuzunu və Azərbaycanın qlobal platformalarda getdikcə artan rolunu aydın şəkildə nümayiş etdirir. Bu, həm də o anlama gəlir ki, Azərbaycan hökuməti dünyanın bütün qlobal ənənlərini birinci olaraq izləyir və bundan xalqımızın xeyrinə istifadə edir.
Nəzərə alaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir. Bununla Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan siyasi çəkisi bir qədər aydın görünür və bütün bu uğrlar dövlətimizin iqtisadi inkişaf göstəricisidir.
Bu, həm də onu igadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçıdır, daim bu nüfuzda qalacaq və daim bu kimi qlobal məsələlərə ev sahibliyi eyməyə, bu kimi möhtəşəm tədbirlərdə qabaqcıl olmağa layiqdir.
Müzəffər Sərkərdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı etdiyi çıxışında dünyanı narahat edən bir sıra məsələlərə diqqət çəkib, müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, Azərbaycanın urbanizasiya təcrübəsini və tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işləri bu siyasətin bariz hissəsi kimi xarakterizə edib və bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkə rəhbərinin çıxıçında çox aydın diqtə edilib ki, şəhərsalma məsələləri təkcə bir tədbir çərçivəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlardır, bu istiqamətdə bundan sonra da beynəlxalq aləmin diqqəti məhz bu kimi məsələlərə yönəldiləcək.
Azərbaycanın coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşdiyi bir çox ölkələrə bəllidir. Prezident İlham Əliyev də məhz bu prizmadan yanaşaraq çıxışında bu prosesin böyük önəm kəsb edtiyini xüsusi vurğuladı və əlavə olaraq dedi: “Bu unikal xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə öz əksini tapır. Bakının timsalında qədimliklə müasirliyin harmonik vəhdəti açıq şəkildə müşahidə olunur. İçərişəhər kimi qədim memarlıq məkanları ilə müasir urbanizasiya layihələrinin yanaşı mövcudluğu Azərbaycanın tarixi irsə həssas və məsuliyyətli münasibətinin bariz nümunəsidir. Vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi isə paytaxtın müasir inkişaf modelinin və uğurlu şəhərsalma siyasətinin simvoluna çevrilib. Qədim Azərbaycan memarlığı yalnız estetik deyil, eyni zamanda funksional xarakter daşıyır. Lahıc kəndində yüzillər əvvəl yaradılmış kanalizasiya və su sistemlərinin bu gün də işlək vəziyyətdə olması əcdadlarımızın yüksək mühəndislik təfəkkürünün, texniki biliklərinin və uzaqgörən şəhərsalma mədəniyyətinin nadir nümunəsidir. Bu fakt Azərbaycan xalqının qədim dövrlərdən etibarən şəhərsalma və memarlıq sahəsində yüksək inkişaf səviyyəsinə malik olduğunu bir daha təsdiqləyir”.
Ümumdünya Şəhərsalma Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir, elə əvvəlki illərdə - ümummilli lider Heydər Əliyevin də başladığı qlobal proqramların hamısı məhz bu prosesə dəlalət edirdi. O dövrdə də dahi rəhbərin həyata keçirdiyi bütün layihələr insanların rifahının yüksəldilməsinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillər üçün sağlam urbanizasiya mühitinin yaradılmasına xidmət edirdi.
Bakıdakı Sessiyada WUF13-ün əsas müzakirə istiqamətləri bunlardır: mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdehlik, daha inklüziv və iqlimə davamlı şəhər və icmalar yaratmaq cəhdləri, mənzil təminatının əsas prioritet kimi ön plana çəkilməsi, şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və Yeni Şəhərsalma Gündəliyinə töhfə vermək və s. Bu istiqamətlərin hamısı 17-22 may tarixlərində Bakıda keçirilən Sessiyada tamlığı ilə iştirakçıların və hər kəsin diqqətinə çatdırılacaq, bu məsələlər ətrafında ümumi müzakirələrə aparılacaq.
Qeyd edək ki, ölkəmizin paytaxtında keçirilən WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş mötəbər bir forum-tədbirdir, bu tədbir həm ölkəmiz, həm də xalqımız üçün ümdə resurslar müəyyənləşdirir.

Paylaş:
Digər xəbərlər

Siyasət

18-05-2026, 14:04

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

İqtisadiyyat

23-02-2026, 14:01

Media nümayəndələri WUF13 haqqında məlumatlandırılıb

Mədəniyyət

19-05-2026, 08:45

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

Siyasət

16-05-2026, 17:14

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

İqtisadiyyat

14-05-2026, 11:25

WUF13 iştirakçıları üçün “Koroğlu” - Bakı Olimpiya Stadionu istiqamətində xüsusi K1 servis avtobusu fəaliyyətə başlayıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • Сегодня, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • Сегодня, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • Сегодня, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • Вчера, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Вчера, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • Вчера, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • Вчера, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • Вчера, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə