• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Media nümayəndələri WUF13 haqqında məlumatlandırılıb

İqtisadiyyat

23-02-2026, 14:01

Azərbaycan Dövlət İnformasiya Agentliyi
İQTİSADİYYAT
WUF13
Media nümayəndələri WUF13 haqqında məlumatlandırılıb
23.02.2026.
Bakı, 23 fevral.

Bu il mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda məlumatlandırma sessiyası keçirilib.

Tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə WUF13-ün əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” barədə məlumat təqdim edilib, sessiya zamanı səmərəli və daha effektiv işıqlandırma üçün istiqamətlər və tövsiyələr verilib.


Məlumatlandırma sessiyasında çıxış edən WUF13-ün milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva vurğulayıb ki, WUF13 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi son illər şəhərsalma sahəsində həyata keçirilən genişmiqyaslı tədbir və islahatların məntiqi davamıdır və ölkəni növbəti dəfə qlobal gündəliyin mərkəzinə çıxarır. Bundan irəli gələn məsuliyyətlər, çağırışlar və imkanlar bütün maraqlı tərəflərlə yanaşı, medianın da üzərinə mühüm vəzifələr qoyur. Məlumatlandırma sessiyasının vacibliyini vurğulayaraq o, media nümayəndələrini tədbirə hazırlıq prosesində, tədbir zamanı, habelə WUF13-dən sonra da şəhərsalma mövzusunun ardıcıl və peşəkar şəkildə işıqlandırılmasına fəal töhfə verməyə çağırıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave qeyd edib ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması və WUF13 tədbirinin Azərbaycanda təşkili beynəlxalq diqqətin regiona yönəlməsinə və konkret, davamlı nəticələrin əldə edilməsinə unikal imkan yaradır. Onun sözlərinə görə, əsas məqsəd forumun nəticələrini milli təcrübəyə inteqrasiya etmək, institusional mexanizmləri gücləndirmək, mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək, uzunmüddətli tərəfdaşlıqlar qurmaq və insanyönümlü şəhərsalma yanaşmasını təşviq etməkdir. Anna Soave, həmçinin vurğulayıb ki, tədbirdə aparılacaq müzakirələr layiqli mənzil təminatı, mobillik, əlçatanlıq, ekoloji dayanıqlılıq və inklüziv şəhərsalma istiqamətlərində irəliləyişlərə təkan verəcək. O, bu prosesdə medianın əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Məlumatlandırma sessiyasında Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinə müraciət edərək qeyd edib ki, WUF13 çərçivəsində keçirilən tədbir dayanıqlı şəhərsalmanın inkişafı ilə medianın məsuliyyətli və maarifləndirici rolunun vəhdətini ön plana çıxarır. O bildirib ki, müasir urbanizasiya prosesləri yalnız infrastruktur və texnoloji yeniliklərlə deyil, həm də ictimai məlumatlandırma, şəffaf kommunikasiya və düzgün informasiya siyasəti üzərində qurulmalıdır. Natiq Məmmədli vurğulayıb ki, media şəhərsalma təşəbbüslərinin obyektiv çatdırılmasında, ictimai fəallığın artırılmasında körpü rolunu oynayır.

Sessiyanın davamında WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən iştirakçılara davamlılıq və inklüzivlik mövzularında, eləcə də Ümumdünya Şəhərsalma Forumunun mahiyyəti barədə və Azərbaycanın şəhərsalma inkişafı və dayanıqlılıq siyasəti barədə, eyni zamanda, WUF13 çərçivəsində gerçəkləşən Azərbaycan Şəhərsalma Kampaniyası haqqında ətraflı məlumat verilib. Şəhərsalma sahəsində ən mühüm və aktual məsələləri əhatə edən praktiki məşğələ keçirilib.

Ümumdünya Şəhərsalma Forumunun əvvəlki sessiyalarını və ümumilikdə şəhərsalma məsələlərini işıqlandırma sahəsində geniş təcrübəyə malik beynəlxalq jurnalist Laura Puttkamer məlumatlandırma sessiyasına onlayn şəkildə qoşularaq, media nümayəndələrinə öncəki sessiyalardakı təcrübələrindən və WUF13-də əhatə edə biləcəkləri mövzular və işıqlandıracaqları məsələlər barədə praktiki tövsiyələrini bölüşüb.

Sessiyanın sonunda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən media nümayəndələrinə Bakı Olimpiya Stadionunda tədbir zamanı fəaliyyət göstərəcək media mərkəzi və media imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, məlumatlandırma sessiyaları silsilə xarakter daşıyır və WUF13 tədbirinədək bir neçə dəfə media nümayəndələri üçün təşkil ediləcək.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-12-2024, 12:26

Bakıda “Media savadlılığı” konfransı keçirilir

Cəmiyyət

5-05-2025, 20:15

Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb

Cəmiyyət

25-04-2024, 11:08

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Cəmiyyət

14-05-2025, 11:13

Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir

Siyasət

1-12-2023, 11:27

Fransanın məkri baş tutmadı: Nüfuzlu tədbirə ev sahibliyi Azərbaycana verildi - FOTO

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • Сегодня, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • Сегодня, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • Вчера, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • Вчера, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • Вчера, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • Вчера, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • Вчера, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • Вчера, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • Вчера, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • Вчера, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • Вчера, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə