Moskva, 5 dekabr.
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilir. İclasda MDB dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı geniş məsələlər spektri müzakirə olunur.
İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov, Ermənistanı isə hökumət başçısı səviyyəsində deyil, MDB-nin qanunvericilik orqanlarında daimi səlahiyyətli nümayəndə kimi fəaliyyət göstərən Belarusdakı səfiri Razmik Xumaryan təmsil edir.
İclasda nəqliyyat inteqrasiyası, statistika sisteminin təkmilləşdirilməsi, konqres və sərgi fəaliyyətlərinin inkişaf etdirilməsi, təhlükəsizlik, hidrometeorologiya və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunur. İştirakçılar əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı ticarətin genişləndirilməsinə və MDB dövlətləri arasında infrastruktur təşəbbüslərinin əlaqələndirilməsinə diqqət yetirirlər.