• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib YENİLƏNİB

Siyasət

19-07-2024, 14:48

Bakı, 19 iyul,

İyulun 19-da Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib. Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbir Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov bildirib ki, 149 il bundan əvvəl Azərbaycan dilində “Əkinçi” qəzeti işıq üzü görüb. “Əkinçi” qəzetini ərsəyə gətirən, onun həm redaktoru, həm də naşiri olan Həsən bəy Zərdabi böyük bir bünövrə qoyub. Sonrakı 149 ildə Azərbaycan mətbuatı çətinliklərə baxmayaraq, həmin bünövrə üzərində sürətli inkişaf yolu keçib və uğurlar qazanıb.

“Azərbaycan mediasının inkişafında Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Ümummilli Lider hakimiyyətinin həm birinci, həm ikinci dövründə daim mediaya diqqət və qayğı göstərib. O, həqiqətən jurnalistlərlə dost olub, mətbuatın inkişafına öz töhfəsini verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qalib gəldi, Zəfər çaldı. Müharibə dövründə də Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdi, müharibə həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı, bu işdə böyük uğurlar əldə etdi. Azərbaycan mətbuatı bu gün də uğurlu tərəqqi yolundadır”, - deyə o əlavə edib.

Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, 149 il əvvəl Həsən bəy Zərdabinin başlatdığı yol Azərbaycanın gələcək taleyinə böyük təsirlər göstərib. Məhz Həsən bəy Zərdabi və “Əkinçi” qəzetindən başlanan yol sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparıb çıxardı.

O bildirib ki, sovet dövründə də Azərbaycan jurnalistləri ana dilimizin saflığının qorunub saxlanmasında böyük rol oynayıblar. Ulu Öndər Heydər Əliyev hələ sovet vaxtında Azərbaycana rəhbərlik etdiyi dövrdə jurnalistikaya, söz azadlığına böyük önəm verirdi. Müstəqillik illərində də biz bunun şahidi olmuşuq. Azərbaycanda uzun illərdən bəri mövcud olan senzuraya 1998-ci ildə Ümummilli Liderin Sərəncamı ilə son qoyuldu. Ulu Öndər Heydər Əliyevin başlatdığı mətbuata dəstək siyasəti Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanın müstəqil mətbuatına dəstək məsələsində dəfələrlə fikirlərini bildirib. “Media haqqında” yeni Qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması bu nümunələrdən biridir.

Audiovizual Şuranın üzvü Bəxtiyar Qaraca isə jurnalistikanın dəyişməz dəyərlərindən söz açaraq deyib: “Bu dəyərlər obyektivlik, həqiqətə, fakta sədaqətdir. Vaxt var idi ölkəmizdə cəmi bir televiziya və radio mövcud idi. İndi isə onlarla televiziya, radio və digər mətbuat orqanları var. Audiovizual Şura informasiya daşıyıcılarının bol olduğu bir vaxtda qanunla hüququn imkan verdiyi qədər tənzimləmələr aparmağa çalışır”.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlunun sözlərinə görə, Azərbaycan mətbuatı tarixi həm qürurverici, həm də şərəfli hadisələrlə zəngindir. Bu tarix milli kimliyin formalaşması, maarifçilik hərəkatı və mədəni inkişaf ilə sıx bağlıdır. Bu tarixə nəzər salsaq görərik ki, milli mübarizə və milli özünüdərk prosesində olduqca əhəmiyyətli rol oynayan jurnalistikamız hər zaman öz mövqeyi ilə seçilib.

“Bu gün ölkəmizdə media ilə bağlı davamlı və sistemli işin getdiyinin şahidi olmaqdayıq. Müstəqilliyimizin ilk illərindən Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan medianın inkişafı sahəsində əldə edilən uğurlar bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da sürətli və dinamik hal alıb. 1998-ci ildə senzuranın ləğvi ilə əhəmiyyətli dönüş yaşamış jurnalistikamız “Media haqqında” yeni qanunlarla daha da inkişaf edir”, - deyə V.Zifəroğlu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova, Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova, “AzerGold” QSC-nin nümayəndəsi çıxış ediblər.

Daha sonra Medianın İnkişafı Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təşkil edilmiş müsabiqənin və “MEDİAlab” layihəsi çərçivəsində keçirilmiş Kreativ Media Bakı məzmun müsabiqəsinin nəticələri elan olunub, qaliblər mükafatlandırılıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-07-2024, 14:41

Dağbəyi İsmayılov: Vətən müharibəsi dövründə Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdi

Siyasət

19-07-2024, 14:35

Azərbaycan mətbuatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Siyasət

19-07-2024, 14:44

Rəşad Məcid: 149 il əvvəl Həsən bəy Zərdabinin başlatdığı yol Azərbaycanın gələcək taleyinə böyük təsirlər göstərib

Cəmiyyət

26-01-2024, 16:30

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib

Siyasət

3-05-2024, 13:24

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Сегодня, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • Сегодня, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • Сегодня, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • Сегодня, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • Вчера, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • Вчера, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • Вчера, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə