• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib

Siyasət

28-05-2024, 08:30

Moldovanın paytaxtı Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə “Radisson” hotelində qəbul təşkil olunub.

Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən təntənəli tədbirdə Moldovanın daxili işlər naziri Adrian Efros, Kişineuda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Moldova Parlamentinin deputatları, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, diaspor fəalları iştirak ediblər.

Qəbul Azərbaycan və Moldova Dövlət himnlərinin ifası ilə başlayıb.

Sonra çıxış edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, 28 May xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazılmış bir gündür. 1918-ci il mayın 28-i Şərqdə və bütün müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Amma çox təəssüf ki, qurulandan iyirmi üç ay sonra respublika süqut etdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1918-ci ildə qaldırılan bayraq 1920-ci ildə endirilib. Bundan sonra Ulu Öndər Heydər Əliyev bu bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi olaraq qaldırıb və təsis edib. Praktiki olaraq müstəqilliyə gedən yol bu tarixi andan başlayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə böyük çətinliklərlə, daha doğrusu, ərazilərinin müəyyən hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə üzləşdi. Bununla belə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizin əksəriyyətini işğaldan azad edə bildi. Həmçinin, ötən ilin sentyabrında biz öz ərazilərimizi tam bərpa etdik. yerli antiterror əməliyyatları vasitəsilə ərazi bütövlüyü və suverenliyi, beləliklə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etdik. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi əməl olunması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması kursunu müəyyən edib.

Səfir qeyd edib ki, ölkəmizin beynəlxalq aləmdə rolu artmaqdadır. Azərbaycan qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün ciddi platformaya çevrilir. Beləliklə, Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi üzrə növbəti Konfransına ev sahibliyi edən ölkə seçilib.

Moldovanın daxili işlər naziri Adrian Efros çıxışında bildirib ki, Azərbaycan qarşısında duran çağırışların öhdəsindən gəlmək və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib. İqtisadi və sosial tərəqqi, infrastrukturun inkişafı, təhsil və texnologiyaya investisiyalar Azərbaycan xalqının firavan və sabit gələcək yaratmaq əzminin əyani sübutudur. Bu nailiyyətlər Moldova Respublikasında da bizim üçün ruhlandırıcıdır.

“Bu münasibətlə biz Azərbaycanla əməkdaşlığımızı davam etdirmək və intensivləşdirmək üçün güclü öhdəliyimizi bir daha təsdiqləmək istərdik. Biz yeni tərəfdaşlıq imkanlarını araşdırmağa və regionumuzda sülh, sabitlik və rifahı təşviq etmək üçün birgə işləməyə açığıq”,- deyə moldovalı nazir əlavə edib.

Daha sonra təbriklərini çatdıran Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın müstəqillik tarixi, əhəmiyyəti və əldə edilən naliyyətlərini vurğulayıb. O, çıxışında Moldovanı Azərbaycan üçün dost ölkə kimi xarakterizə edərək, beynəlxalq arenada daim dövlətlərimizin bir-birini yaxından dəstəklədiyini qeyd edib. F.Muradov ölkə başçılarının səyləri nəticəsində dövlətlərimiz arasında münasibətlərin, dostluq əlaqələrinin daha da yüksəldiyini bildirib.

Dövlət Komitəsinin sədri Moldovada yaşayan soydaşlarımızın diaspor fəaliyyətində aktivliyini qeyd edərək, onların dost ölkədə çox rahat şəkildə yaşayıb, ölkənin ictimai həyatında yaxından iştirak etdiyini vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-05-2024, 13:23

Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsidir

Mədəniyyət

27-05-2024, 13:28

Kitabxanada Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub

Siyasət

29-04-2024, 10:22

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb

Cəmiyyət

29-04-2024, 10:36

Fuad Muradov: Diaspor Gənclərinin builki Yay Düşərgəsi Laçında keçiriləcək

Siyasət

8-04-2024, 10:53

Kayseridə “Şuşa” Azərbaycan Evi açılıb və Naxçıvan Muxtar Respublikasının 100 illiyi qeyd edilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
30-04-2026, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
29-04-2026, 14:16
Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb
25-04-2026, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Son xəbərlər
  • Сегодня, 11:08
    İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
  • Сегодня, 11:06
    Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq
  • Сегодня, 11:04
    Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb
  • Вчера, 15:38
    Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib
  • Вчера, 15:35
    "EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir
  • Вчера, 15:33
    “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • Вчера, 15:32
    Diplomatik korpusun nümayəndələri Laçında
  • Вчера, 11:38
    Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
  • Вчера, 11:36
    AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır
  • Вчера, 11:34
    Aeroport şosesində yol qəzası baş verib, hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb
  • Вчера, 11:32
    Diplomatik korpusun Şuşa səfəri davam edir
  • 1-05-2026, 18:24
    Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
  • 1-05-2026, 18:22
    Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
  • 1-05-2026, 18:20
    Strateji obyektlərə nəzarət mexanizmi təkmilləşdirilir – BİRGƏ TƏLİM
  • 1-05-2026, 18:18
    Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıblar
  • 1-05-2026, 18:15
    Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
  • 1-05-2026, 18:13
    Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
  • 1-05-2026, 13:26
    "Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub
  • 1-05-2026, 13:24
    Biləsuvarda avtomobilə baxış zamanı 200 kiloqramdan artıq at əti aşkarlanıb
  • 1-05-2026, 13:22
    Parlament əməkhaqqında gender bərabərliyi dəyişikliklərini təsdiqləyib
  • 1-05-2026, 13:21
    Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib
  • 1-05-2026, 13:19
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 1-05-2026, 09:04
    ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 44 ticarət gəmisini ələ keçirib
  • 1-05-2026, 09:02
    Rektor: Türk dünyasının universitetləri arasında əməkdaşlıqlar intellektual gələcəyimizi birləşdirən elmi körpüdür
  • 1-05-2026, 09:00
    Kanada-Azərbaycan dostluq qrupunun fəaliyyəti bərpa olunub
  • 1-05-2026, 08:58
    Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
  • 30-04-2026, 12:32
    Dövlət qulluğuna qəbul imtahanına 1518 namizəd ərizə təqdim edib
  • 30-04-2026, 12:31
    Rezidenturaya qəbul imtahanında 1702 namizəd iştirak edəcək
  • 30-04-2026, 12:26
    Ədliyyə Nazirliyi “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib
  • 30-04-2026, 12:24
    Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
  • 30-04-2026, 12:22
    Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür
  • 30-04-2026, 12:15
    “Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər
  • 29-04-2026, 14:20
    Azərbaycan və BƏƏ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
  • 29-04-2026, 14:18
    Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 29-04-2026, 14:16
    Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə