• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

İqtisadiyyat

9-05-2024, 10:27

Azərbaycan Dövlət İnformasiya Agentliyi
İQTİSADİYYAT
Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ
08.05.2024 [20:10]
Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ
Bakı, 8 may,
Son zamanlar Balkan regionu Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən birinə çevrilib və ölkəmiz bu region üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın Balkan ölkələri ilə əlaqələri, o cümlədən bu regionun bir hissəsi olan Bolqarıstanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirilir.
İki ölkə arasındakı münasibətlərin inkişafı ilə bağlı sualları Bolqarıstanın keçmiş energetika nazirinin müavini Yavor Kuyumciyev cavablandırıb. Beynəlxalq ekspertlə müsahibəni təqdim edirik.
- Cənab Kuyumciyev, Azərbaycanla Bolqarıstan arasında ticari-iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında kifayət qədər dostluq münasibətləri inkişaf edib. Lakin təbii qaz ticarətindən başqa, əməkdaşlığın genişləndirilə biləcəyi bir çox başqa sahələr də var. Sadəcə olaraq hər iki ölkənin biznes nümayəndələrinin görüşlərini təşkil etmək və maarifləndirməni xeyli artırmaq lazımdır. Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün qarşılıqlı səylərin artırılması vacibdir. Azərbaycan şirkətləri Bolqarıstana kənd təsərrüfatı məhsulları, kimya məhsulları (polietilen, metanol, spirt) və digər məhsullar ixrac edə bilərlər. Bolqarıstan şirkətləri Azərbaycana un və qənnadı məmulatları, günəbaxan yağı, heyvandarlıq, əczaçılıq məhsulları, mebel, soyuducu avadanlıqlar, tibbi cihazlar, elektrik akkumulyatorları ixrac edə bilər. Bundan əlavə, Azərbaycan və Bolqarıstanın üçüncü ölkələrə məhsul ixracı məqsədilə birgə müəssisələr yaratmaq imkanı var. Enerji, təhsil, turizm, tranzit yükdaşımaları sahələrində də ikitərəfli əməkdaşlığın inkişafı üçün potensial var.
- Enerji Azərbaycan və Bolqarıstan arasında iqtisadi əlaqələrin təməl daşıdır və əməkdaşlığın daha da geniş inkişafı üçün mühüm zəmin yaradır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təchizatının şaxələndirilməsində Azərbaycanın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan Avropaya təbii qaz nəqlinin təmin edilməsində çox böyük rol oynayır. Bolqarıstan əsas qaz tranzit məntəqəsi olduğundan Azərbaycan qazının Avropaya çatdırılmasını təmin etmək üçün infrastrukturumuzu sürətlə inkişaf etdiririk. “Balkan axını” ilə yanaşı, bizi əlavə olaraq Yunanıstan və Serbiya ilə birləşdirən yeni qaz kəmərlərini istifadəyə vermişik və Rumıniya ilə qaz əlaqəsi imkanlarını artırmağa çalışırıq. Bütün bunlar Azərbaycanın bizim üçün nə qədər önəmli olduğunu göstərir. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstan və Albaniya ərazisindən keçir. Qeyd edək ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan yarımadasına daxil olub. Eyni zamanda, Azərbaycanın təbii qaz ixrac bazarı regionda yerli interkonnektorlar hesabına daha da genişlənib. Hazırda Azərbaycan Bolqarıstanda əsasən bolqar istehlakçılarını qazla təmin edə bilən enerji ixrac edən ölkə kimi tanınır. Bolqarıstan 2022-ci il oktyabrın 1-dən Yunanıstanla interkonnektor vasitəsilə Azərbaycandan təbii qaz alır. Bu, ölkənin Rusiyadan tədarükdən asılılığına son qoyub.
- Azərbaycan və Bolqarıstan TRACECA nəqliyyat dəhlizinin yaradıcı ölkələri sırasındadır. Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?
- Nəqliyyat iki ölkə arasında əməkdaşlığın digər prioritet sahəsidir. Ölkələrimiz arasında bu sahədə əlaqələrin uzun tarixi var. Azərbaycan və Bolqarıstan 1998-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) qurucu ölkələri sırasında olub. TRACECA təkcə bizim üçün deyil, bütün Avropa İttifaqı (Aİ) üçün prioritet layihədir, çünki Çin və Monqolustanı Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri ilə əlaqələndirir. Bu ümumi səylərin bir hissəsi olaraq Bolqarıstan dəmir yolu və liman infrastrukturunu genişləndirir və modernləşdirir. Artıq bir neçə ildir ki, biz Varna – Poti – Varna və Burqas – Batumi – Burqas bərə xidmətini həyata keçiririk. Bolqarıstan Azərbaycanda nəqliyyat və logistika sektorlarının, eləcə də nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır. Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına təkan vermək məqsədilə Azərbaycan öz nəqliyyat infrastrukturunun inkişafı istiqamətində sistemli və intensiv tədbirlər həyata keçirir və bu sahədə böyük uğurlar əldə edib. Ən müasir standartlara cavab verən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bununla əlaqədar “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Bolqarıstan Limanlar İnfrastruktur Şirkəti hər iki istiqamətdə yükdaşımaları artırmaq üçün əməkdaşlıq edirlər. Bundan əlavə, 2018-ci ildə daha bir mühüm layihəyə - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə start verilib. Bu, Türkiyədən Bolqarıstan və digər Avropa ölkələrinə yüklərin daşınmasını sadələşdirə bilər. Son qlobal və regional tendensiyalar nəqliyyat əlaqələrinin əhəmiyyətini daha da artırıb. Ona görə də mən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Orta Dəhlizə diqqət çəkmək istərdim. Hazırkı geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artıb və bu marşrutla yükdaşımaların həcmi artır. Bu baxımdan, Azərbaycan və Bolqarıstanın bu yüklərin bir hissəsinin ölkələrimizin əraziləri vasitəsilə daşınması istiqamətində birgə səyləri qarşılıqlı faydalıdır.
- Ölkələrimizin investisiya sektorunda əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Azərbaycan və Bolqarıstan sahibkarları tikinti, elektrotexnika, tekstil sənayesi, nəqliyyat sahələrində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdirlər. Bərpaolunan enerji Bolqarıstanda çox sürətlə inkişaf edir, çünki bütövlükdə Aİ 2050-ci ilə qədər karbon-neytral iqtisadiyyat yaratmağı qarşısına məqsəd qoyub. Bu yolla tamamilə yeni, yaşıl texnologiyalara əsaslanan iqtisadiyyat yaranacaq. Bu, təkcə günəşdən, sudan və küləkdən elektrik enerjisi istehsalı deyil, həm də hidrogen istehsalıdır. İqtisadiyyatın hər bir yeni sahəsi gəlirli investisiyalar üçün böyük imkanlar təqdim edir. Bir sıra Bolqarıstan şirkətləri Azərbaycanda investisiya layihələri həyata keçirir. Bolqarıstan şirkətləri ilk növbədə sənaye və neft-kimya sektorlarına maraq göstərirlər. Şirkətlərimiz hidroloji texnologiyalardan istifadə etməklə sənaye və motor yağlarının emalı üçün zavod tikməyə, minaların aşkarlanması və minalardan təmizlənməsi üçün yüksək texnologiyalar tətbiq etməyə hazırdırlar.
- 2023-cü ilin aprelində Sofiyada imzalanan “Həmrəylik Halqası” layihəsi Bolqarıstana hansı imkanlar verir?
- Aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. O, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada “Həmrəylik Halqası” adlanan təkmilləşdirilmiş qazötürücü sistemlər şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Layihənin ideyası hər bir operator üçün daha səmərəli və daha ucuz olacaq öz sisteminin gücünü artırmaqdır. Bu layihə təkcə Bolqarıstan üçün deyil, bütün Aİ üçün faydalıdır. Təsadüfi deyil ki, bu təşəbbüsdə Rumıniya, Macarıstan və Slovakiya da iştirak edir. Bizim hamımız üçün qaz infrastrukturunun inkişafı və genişləndirilməsi, Azərbaycan qazının birbaşa tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır. “Həmrəylik Halqası” və Avropanın maliyyəsi olmasa biz, Avropanın tam mərkəzində yerləşən ölkələr Azərbaycandan böyük həcmdə qaz almaq imkanından məhrum olacağıq. “Həmrəylik halqası” sayəsində Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə imzalanmış saziş əsasında Azərbaycandan Aİ-yə əlavə qaz həcmlərini minimal xərclə tədarükü təmin ediləcək. Əlavə olaraq, Cənub Qaz Dəhlizi irimiqyaslı layihədir və Azərbaycan onun uğurla həyata keçirilməsində mühüm hərəkətverici qüvvədir.
Qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələr artan templə davam edir. Belə ki, ötən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilib ki, bu da 2022-ci illə müqayisədə 2 dəfə çoxdur (2022-ci ildə Azərbaycandan Bolqarıstana qaz nəqli 600 milyon kubmetr olub). Bu il sonuna qədər isə bu həcm 1,5 milyard kubmetrə çatdırılacaq. Bununla da Azərbaycan qazı Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edəcək. İki ölkə arasında ticarət dövriyyəsinə gəlincə, burada da göstəricilər əhəmiyyətli dərəcədə artıb. Təkcə cari ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon dollara çatıb. Azərbaycanın qeyd olunan dövrdə ixracı isə illik dörd dəfədən çox artaraq 146 milyon dollar təşkil edib. Bütün bunlarla yanaşı, Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri çərçivəsində aşağıdakı Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb:
- Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”,
- Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin İdarə Heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” QSC və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”,
- Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,
- Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

21-02-2024, 12:21

Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 8 elektrik stansiyası istismara veriləcək

Dünya

1-03-2024, 22:33

Levan Davitaşvili: Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı Cənub Qaz Dəhlizinin imkanlarını daha da artırır

Cəmiyyət

12-04-2024, 22:43

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır

Siyasət

28-04-2024, 11:04

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri

İqtisadiyyat

5-10-2023, 10:19

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Вчера, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • Вчера, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • Вчера, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • Вчера, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • Вчера, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • Вчера, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • Вчера, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • Вчера, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • Вчера, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • Вчера, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • Вчера, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • Вчера, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • Вчера, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • Вчера, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • Вчера, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • Вчера, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
  • 18-04-2026, 10:14
    Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir
  • 17-04-2026, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • 17-04-2026, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə