Bakı, 12 fevral.
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ondan 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.