Bakı, 3 aprel.
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb, bir nəfər saxlanılıb.
Belə ki, martın 18-də 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini - 1995-ci il təvəllüdlü Vahidov Fuad Əlimədət oğlu saxlanılıb, martın 25-də keçirilən əməliyyat tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.