Bakı, 31 Dekabr.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı vahid ideya ətrafında birləşdirən əlamətdar tarixdir. Bu gün təkcə təqvim hadisəsi deyil, coğrafi sərhədləri, məsafələri və zaman fərqlərini aşan milli-mənəvi birliyin rəmzidir.