Bakı, 17 dekabr.
Dekabrın 17-də Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq təlim-tədris mərkəzləri və akademiyaları, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumları iştirak edirlər.
İki gün davam edəcək tədbirdə 90-a yaxın nümayəndə iştirak edir.