• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Cəmiyyət

7-06-2026, 15:04

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
07.06.2026.
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
Bakı, 7 iyun.
İyunun 7-də Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.
Ümumdünya Qida Təhlükəsizliyi Günü bu il "Çətinliklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida" şüarı altında keçirilir.

7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, həmçinin dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşməsi və qida ilə əlaqədar risklərin insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərməsi nəzərə alınaraq təsis edilib. Bu günün təsis olunmasında əsas məqsəd isə qida ilə əlaqəli risklərin aşkarlanmasına, qarşısının vaxtında alınmasına və düzgün idarəedilməsinə diqqət çəkməklə, ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, qida ilə yoluxan parazitar xəstəliklər kəskin və xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Təhlükəsiz qida istehsalı isə qida itkisini və tullantılarını azaldaraq planetə, eyni zamanda, dünya iqtisadiyyatına fayda verir, səhiyyə sisteminin yükünü azaldır. Ümumdünya Qida Təhlükəsizliyi Günü Kodeks Alimentarius Komissiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının birgə tərəfdaşlığı çərçivəsində qeyd olunur.

Bu günün əhəmiyyəti və builki şüarın vacibliyi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, hər il iyunun 7-də qeyd edilən Ümumdünya Qida Təhlükəsizliyi Günü qida təhlükəsizliyinin insan sağlamlığı, iqtisadi inkişaf və cəmiyyətin rifahı üçün əhəmiyyətini bir daha diqqətə çatdırır. Bu ilin mövzusu qida mənşəli xəstəliklərin və qidadan qaynaqlana biləcək risklərin yükünün qiymətləndirilməsinin, elmi əsaslı qərarların qəbul edilməsinin və effektiv həllərin vacibliyini ön plana çıxarır.

Qida mənşəli xəstəliklər dünyanın bütün ölkələrində insanların sağlamlığı üçün ciddi təhlükə olaraq qalır. Bu xəstəliklər yalnız insan sağlamlığına mənfi təsir göstərmir, eyni zamanda, səhiyyə sistemlərinə, iqtisadiyyata və qida sistemlərinə əlavə yük yaradır. Məhz buna görə də təhlükəli qidaların yaratdığı problemlərin düzgün qiymətləndirilməsi dövlət qurumlarına, elmi təşkilatlara və sahibkarlıq subyektlərinə daha məqsədyönlü tədbirlər həyata keçirməyə imkan yaradır.

Qeyd edilib ki, qida təhlükəsizliyinin təmin edilməsi yalnız dövlət qurumlarının və ya qida istehsalçılarının vəzifəsi deyil. Qida zəncirinin bütün iştirakçıları - fermerlər, istehsalçılar, daşıyıcılar, satıcılar, ictimai iaşə müəssisələri və istehlakçılar bu prosesdə mühüm rol oynayırlar. Düzgün tətbiq edilən yanaşmalar və qabaqcıl təcrübələr qida məhsullarının tarladan süfrəyədək qida təhlükəsizliyinin təmin edilməsində əsas amillərdir.

Müasir dövrdə elmi məlumatlar qida təhlükəsizliyi sahəsində ən güclü alətlərdən biridir. Qida təhlükələri və risklər barədə etibarlı məlumatlar nəzarət orqanlarına daha səmərəli siyasətlər hazırlamağa, sahibkarlıq subyektlərinə istehsal proseslərini təkmilləşdirməyə, istehlakçılara isə daha məlumatlı seçimlər etməyə imkan yaradır.

Azərbaycanda da qida təhlükəsizliyinin təmin olunması, qida risklərinin idarəedilməsi və istehlakçıların sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər qida zəncirinin bütün mərhələlərində nəzarətin gücləndirilməsinə, maarifləndirmənin artırılmasına və beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemlərinin tətbiqinə yönəlib.

Ümumdünya Qida Təhlükəsizliyi Günü xatırladır ki, təhlükəsiz qida hər bir insanın hüququdur, eyni zamanda, sağlam cəmiyyətin və dayanıqlı gələcəyin əsas şərtlərindən biridir.

Həmçinin vurğulanıb ki, AQTA olaraq əsas hədəf insan, heyvan və bitki sağlamlığının qorunması, biotəhlükəsizliyin təmin olunması və qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsidir:"Son illər bu istiqamətdə atılmış ciddi addımlar nəticəsində risk əsaslı dövlət nəzarətinin əhatə dairəsi genişləndirilərək idxal və ixrac prosesləri beynəlxalq standartlara uyğunlaşdırılıb, rəqəmsal həllərin tətbiqi ilə yeni bazarlara çıxış imkanları təmin edilib. Bu gün Azərbaycan məhsulları dünyanın 70-dən çox ölkəsinə ixrac olunur ki, bu da görülən işlərin real nəticəsidir.

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının icrası uğurla yekunlaşıb, 2026-2032-ci illər üçün nəzərdə tutulan yeni strateji sənəd hazırda yekun təsdiq mərhələsindədir.

Yerli mütəxəssislərin və beynəlxalq ekspertlərin tövsiyələri əsasında hazırlanmış “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırda razılaşdırma mərhələsindədir.

Ölkəmizdə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasının ərazisində xəstəlikdən azad zonaların yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Qeyd edilən regionlarda azad zona statusu tanındıqdan sonra heyvan mənşəli məhsulların ixracında, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınmasında mövcud olan bir sıra maneələr aradan qalxacaq.

Bundan əlavə, idxal-ixrac əməliyyatlarına operativ nəzarətin təmin edilməsi məqsədilə fəaliyyətə başlayan “Qırmızı körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsi uğurla fəaliyyətini davam etdirir. Bu istiqamətdə görülən tədbirlər nəticəsində ölkədə bioloji təhlükəsizliyin gücləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunub.

Rəqəmsallaşma qida təhlüksəsizliyi sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri tam şəkildə elektron müstəviyə daşınıb. Bu gün xidmətlərin təxminən 90 faizi rəqəmsal formada təqdim olunur ki, bu da şəffaflığın və operativliyin əhəmiyyətli dərəcədə yüksəldilməsinə şərait yaradır".

Eyni zamanda qeyd edilib ki, qida təhlükəsizliyi mədəniyyətinin formalaşması üçün elm, təhsil və maarifləndirmə prioritet istiqamətlərdən biridir: "“Sağlam məktəbli”, “Sözdən əmələ keç, sağlam qidalanmanı seç”, “Erkən kəsimə son!”, “Doğru seçim, yüksək nəticə”, “AQTA hara baxır?” kimi layihələr əhalinin müxtəlif hədəf qrupları arasında qida təhlükəsizliyi, sağlam qidalanma vərdişləri və istehlakçı məsuliyyəti barədə biliklərin artırılmasına, təhlükəsiz qida istehlakı mədəniyyətinin formalaşdırılmasına və ictimai maarifləndirmənin gücləndirilməsinə xidmət edir”.

Eləcə də bildirilib ki, AQTA tərəfindən qida təhlükəsizliyi sahəsində kompleks, risk əsaslı və sistemli tədbirlər uğurla davam etdirilir. Qarşıdakı dövrdə nəzarətin gücləndirilməsi, rəqəmsallaşmanın dərinləşdirilməsi və vətəndaşların maarifləndirilməsi əsas prioritetlərimiz olaraq qalacaq.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-06-2025, 12:07

Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Cəmiyyət

29-05-2025, 11:26

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür

Cəmiyyət

9-02-2024, 11:38

Ölkəmizin qida təhlükəsizliyi sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların internet resurslarında

Cəmiyyət

18-07-2024, 18:26

Yeni tədris ilindən BDU qida məhsullarının ekspertizası və marketinqi üzrə mütəxəssis hazırlığına başlayacaq

Cəmiyyət

2-12-2023, 09:55

Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ - FOTO

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • Вчера, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • Вчера, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • Вчера, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • 4-09-2026, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 4-09-2026, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • 4-09-2026, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 4-09-2026, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • 4-09-2026, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə