• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan qlobal siyasi dialoqun fəal iştirakçısına çevrilib

Siyasət

24-02-2026, 12:09

Bakı, 24 fevral.

Fevralın 19-da ABŞ-nin paytaxtı Vaşinqton beynəlxalq diplomatiya tarixində yeni bir səhifənin açıldığı mühüm siyasi məkana çevrildi. Həmin gün Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclası keçirildi və bu iclasda Prezident İlham Əliyev qurumun təsisçi üzvü qismində iştirak etdi. Diplomatik protokolda hər detalın mənası olduğu bir mühitdə Prezidentin İlham Əliyevin Sülh Şurasının ilk iclasında ön sırada, aparıcı siyasi fiqurların sırasında yer alması təsadüfi deyildi. Bu, Azərbaycanın regional gücdən qlobal siyasi dialoqun fəal iştirakçısına çevrildiyini göstərən simvolik mənzərə idi.

Bu sözləri açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

“Donald Tramp iclasda etdiyi çıxışda prezidentliyi dövründə 8 silahlı münaqişənin qarşısının alındığını xüsusi vurğuladı və bu kontekstdə Azərbaycan ilə Ermənistan arasında uzun illər davam etmiş qarşıdurmadan sonra sülhə doğru atılan addımları ən mühüm nailiyyətlərdən biri kimi təqdim etdi. ABŞ Prezidentinin “müharibənin xərcləri sülhün dəyərindən 100 dəfə artıqdır” fikri zalda alqışla qarşılandı. Onun nitqində diqqət çəkən əsas məqam isə Prezident İlham Əliyevə birbaşa ünvanlanan yüksək qiymətləndirmə idi. Tramp Azərbaycan Prezidentini “otuz ilə yaxın davam edən mübarizədən sonra qətiyyət nümayiş etdirən lider” kimi xarakterizə etdi və sülhün əldə olunmasında iradə, siyasi təcrübə və şəxsi məsuliyyət amilini xüsusi vurğuladı.

ABŞ Prezidentinin sözlərinə görə, tərəflər arasında gərginlik 1990-cı illərin əvvəllərindən bəri - faktiki olaraq 32 il ərzində regionun təhlükəsizlik arxitekturasını sarsıdan əsas faktor olub. Statistik göstəricilərə əsasən, bu müddətdə təkcə hərbi xərclər milyardlarla dollarla ölçülüb, on minlərlə insan həyatını itirib, yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb. Trampın “24 saat ərzində işi yekunlaşdırdıq” ifadəsi diplomatik prosesin sürətini deyil, tərəflərin artıq sülhə hazır olduğunu vurğulayan siyasi metafora kimi səsləndi.

Sülh Şurasının birinci iclasında çıxış edən digər dövlət nümayəndələri də Azərbaycanın son illərdə regional təhlükəsizlik, enerji sabitliyi və nəqliyyat dəhlizlərinin qorunmasında oynadığı rolu xüsusi qeyd etdilər. Xatırladıldı ki, Azərbaycan 2020-ci ildən sonra regionda yaranmış yeni geosiyasi reallıqlarda yalnız hərbi deyil, diplomatik müstəvidə də əsas söz sahiblərindən biridir. 44 günlük müharibədən sonra aparılan danışıqlar, 2023-2025-ci illər ərzində reallaşan siyasi təmaslar və beynəlxalq vasitəçilik formatları bu mövqeni daha da möhkəmləndirib”,- deyə K.Qənbərov vurğulayıb.

Ekspert vurğulayıb ki, Donald Trampın Prezident İlham Əliyevə olan xüsusi münasibəti təkcə ritorikada deyil, praktiki detallarda da özünü büruzə verdi. Bu, faktiki olaraq Prezident İlham Əliyevin Sülh Şurasının formalaşmasında əsas siyasi fiqurlardan biri kimi qəbul edildiyini göstərirdi.

Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnamənin imzalanması da simvolik məna daşıdı. Bu sənədin təsisçi ölkələr tərəfindən qəbul edilməsi Şuranın yalnız siyasi bəyanatlar deyil, real institusional mexanizmlər üzərində qurulacağının göstəricisi kimi dəyərləndirildi.

Beləliklə, Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə ABŞ-yə səfəri və Sülh Şurasının ilk iclasında təsisçi qismində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqi oldu. Vaşinqtondan verilən bu siyasi mesaj aydın idi: Azərbaycan artıq yalnız regionun deyil, qlobal sülh gündəliyinin də əsas aktorlarından biridir və bu prosesdə İlham Əliyevin liderliyi beynəlxalq səviyyədə açıq şəkildə qəbul olunur.

Paylaş:
Digər xəbərlər

Siyasət

20-02-2026, 13:16

Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Siyasət

9-08-2025, 13:27

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb

Siyasət

4-07-2025, 15:26

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

Siyasət

4-09-2025, 12:04

Azərbaycan Prezidentinin Çinə səfəri XXI əsrin geosiyasi xəritəsində yeni bir səhifə açdı Ekspert rəyi

Siyasət

28-08-2025, 17:58

Deputat: Azərbaycanın qlobal informasiya məkanında mövqeyi güclənir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
8-04-2026, 12:21
İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
8-04-2026, 12:19
Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır
8-04-2026, 12:15
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
Son xəbərlər
  • Вчера, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • Вчера, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
  • Вчера, 12:22
    ATMU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
  • Вчера, 12:20
    Ali Məhkəmədən xəbərdarlıq: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir
  • Вчера, 12:18
    Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir
  • Вчера, 12:15
    Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • Вчера, 12:09
    Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
  • Вчера, 12:07
    Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub
  • Вчера, 12:06
    Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub
  • 16-04-2026, 16:11
    Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər
  • 16-04-2026, 16:05
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
  • 16-04-2026, 13:02
    Hörmüz boğazının blokadası dünya iqtisadiyyatına təhdid yaradıb
  • 16-04-2026, 12:59
    Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək
  • 16-04-2026, 12:57
    Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 16-04-2026, 12:55
    Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
  • 16-04-2026, 12:47
    “İmmunlaşdırma həftəsi” başlayır
  • 15-04-2026, 12:18
    Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib
  • 15-04-2026, 12:16
    Astronomlar: Kainat gözlənildiyindən daha sürətlə genişlənir
  • 15-04-2026, 12:13
    Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə sənəd qəbuluna başlanılır
  • 15-04-2026, 12:11
    Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? – Ali Məhkəmə açıqladı
  • 15-04-2026, 12:05
    Nurlu ömür, zəngin elmi irs, unudulmaz şəxsiyyət – akademik Zərifə Əliyeva
  • 14-04-2026, 20:24
    Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır
  • 14-04-2026, 20:20
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 14-04-2026, 12:37
    Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həyatını itirib
  • 14-04-2026, 12:36
    Məhkəmə ipoteka işlərində hansı məqamlara diqqət yetirməlidir? – Açıqlama
  • 14-04-2026, 12:33
    Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar
  • 14-04-2026, 12:32
    Azərbaycandan Ermənistana dizel yanacağı və gübrə daşıyan növbəti qatar yola salınıb
  • 14-04-2026, 12:30
    Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 13-04-2026, 11:34
    Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbulu aparılır
  • 13-04-2026, 11:32
    Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbi fəaliyyətə başlayır
  • 13-04-2026, 11:30
    DİM: Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən 13 mindən çox bakalavr ərizəsini təsdiq edib
  • 13-04-2026, 11:27
    Naxçıvanda çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınıblar
  • 13-04-2026, 11:25
    Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
  • 12-04-2026, 10:41
    İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı xəbərləri təkzib edib
  • 12-04-2026, 10:38
    Tramp: İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə