• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vaşinqtonda Azərbaycanın minatəmizləmə istiqamətində fəaliyyətinə dair təqdimat olub

Siyasət

3-04-2025, 10:36

Vaşinqton, 3 aprel.

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqton şəhərində yerləşən “Hudson” İnstitutu beyin mərkəzində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndə heyəti, AR Xarici İşlər Nazirliyi, səfirlik nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilib.

Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov dəyirmi masada iştirak edən beyin mərkəzinin aparıcı eksperti Mayk Doran və digər əməkdaşlara, həmçinin tədqiqatçı və tələbələrə Azərbaycanda aparılan humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib. O bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, yəni 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycanda 385 nəfər mina qurbanı olub, bunlardan 315-i xəsarət alıb, 70 nəfər isə həyatını itirib. O, bu günlərdə daha bir nəfərin Ağdam rayonu ərazisində mina partlaması nəticəsində xəsarət aldığını qeyd edib. ANAMA rəsmisi bildirib ki, 2020-ci il 10 noyabr tarixindən bu günədək baş vermiş mina hadisələrindən 152-si işğaldan azad olunmuş ərazilərimizdə keçmiş təmas xəttindən kənarda qeydə alınıb.

Samir Poladov əlavə edib ki, indiyə kimi humanitar minatəmizləmə fəaliyyətinə ayrılmış vəsaitin təqribən 5 faizə qədər hissəsi beynəlxalq donorların hesabına, qalan hissəsi isə Azərbaycan hökumətinin öz resursları vasitəsilə həyata keçirilib. O, bu kimi səfərlərin beynəlxalq ictimaiyyətin Azərbaycandakı mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətə dair məlumatlılığın və beynəlxalq donorların bu məsələyə diqqətinin və dəstəyinin artırılması məqsədi daşıdığını vurğulayıb.

ANAMA rəsmiləri dəyirmi masa zamanı “Hudson” İnstitutundan olan ekspertlərin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, istifadə olunan avadanlıq və texnikalar, donorların rolu barədə çoxsaylı suallarını cavablandırıblar.

Daha sonra ölkəmizdə mövcud mina problemi və mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə dair geniş təqdimat edilib və təqdimatda 2020-ci ilin 10 noyabrından bu günədək 190 min hektardan artıq ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizləndiyi və bu müddətdə 36 mindən çox piyada əleyhinə, 21 mindən artıq tank əleyhinə mina və 133 mindən artıq partlamamış hərbi sursatın aşkar edildiyi qeyd olunub. Həmçinin ABŞ-ın Marşal İrsi İnstitutunun Azərbaycana 90-dan artıq minaaxtaran it ianə etdiyi, bununla yanaşı, ABŞ-ın müxtəlif qurum və institutlarının Azərbaycanda mina fəaliyyətləri proqramına dəstək məqsədilə həyata keçirdiyi təlimlər vurğulanıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

24-09-2024, 23:11

NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə məlumatlandırılıb

Cəmiyyət

26-11-2024, 17:34

BƏƏ Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi verəcək

Siyasət

4-12-2023, 11:26

ANAMA rəsmisi: Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir

Cəmiyyət

21-04-2024, 20:02

İsveç portalı Azərbaycanda minatəmizləmə fəaliyyətindən yazıb

Cəmiyyət

2-08-2024, 15:06

Qazaxın Qızılhacılı kəndində mina partlayışı baş verib, ANAMA-nın əməkdaşları və DSX-nin hərbi qulluqçusu xəsarət alıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
  • 18-04-2026, 10:14
    Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir
  • 17-04-2026, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • 17-04-2026, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə