• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Siyasi manipulyasiyalar və nağılların təhrikedici psixologiyası

Siyasət

13-01-2025, 20:50

Bakı, 13 yanvar.

Hər kəs uşaqlıqda heç olmasa bir neçə dəfə nağıl oxuyub və ya ən azından bu nağılları onlar üçün oxuyublar. Əlbəttə ki, nağıllar təsirsiz olmur; ilk dəyərlər sistemi, dünyaya baxış-bucağı və mental düşüncə tərzi məhz həmin nağılların təsiri altında formalaşır. Bəzilərinin, xüsusilə də siyasətdə özlərinə yer “qoparmış” şivənşünasların davranışına baxanda onu da müşahidə edə bilərik ki, yaşları artıq çoxdan uşaqlıq dövrünü keçməsinə baxmayaraq, onların müasir dünyaya baxışları “böyüməyib”, düşüncə tərzləri isə hələ də həmin o nağılları xatırladır.

Bu fikirlər politoloq Asif Adilin “Siyasi manipulyasiyalar və nağılların təhrikedici psixologiyası” adlı məqaləsində yer alıb.

Uşaq nağıllarında ən çox rast gəlinən bədii fəndin (üslub) yolayrıcılarında seçimlərlə bağlı olmasını hər birimiz xatırlayırıq. Məsələn, “sağa dönərsən başına filan işlər gələcək, sola dönərsən filan hadisələr yaşana bilər” və buna bənzər seçimlərə əksər nağıllarda rastlaşmaq olar. Bu cür cümlələrin şüuraltı təsiri və ya manipulyasiya effekti ondan ibarətdir ki, seçim qaçılmazdır və prosesdə sənin özünə məxsus ləyaqətli seçimin olmazsa, istənilən seçim uğursuzluğa düçar olmağa məhkumdur. Bu cür “nağılların” təsirində qalan siyasətçilər yönəldilən olur və onların öz yolu, öz dəst-xəti olmur. Siyasətdə analoji düşüncə və yanaşmadan istifadə olunması cəmiyyət və dövlət üçün real təhdidlər yarada bilər. Siyasətdə bilərəkdən tərəf-müqabilini uğursuz seçimə təhrik etmək və ya cəmiyyəti nəyin bahasına olursa-olsun, istənilən seçimin uğursuz olacağına inandırmaq cəhdləri bilavasitə qərəz və məkrli niyyətlərin aşkar təzahürüdür. Bu cür davranış bilavasitə siyasi əxlaqsızlıqdır. Odur ki, analoji siyasət açıq manipulyasiyadır və yalnız “çirkli oyun” adlandırıla bilər.

Müqayisələr təsadüfi deyil, bu cür analogiya aparılmasının səbəbi və təyinatı var. Qərəzli manipulyasiyaların qurbanına çevrilməmək üçün mürəkkəb siyasi gedişlərin bəzən çox bəsit müqayisələr vasitəsilə izah və ifşa olunması mümkündür. Müxtəlif qüvvələrin siyasi sifarişlərini yerinə yetirən sosial şəbəkə “cəngavərlərinin”, əslində isə ipləri başqalarının əllərində olan marionet kuklaların son dövrdəki davranış və ritorikalarının məzmununa diqqət yetirin. Məlum təyyarə qəzası ilə bağlı yaşanmış hadisələrdən və unudulmaz faciədən sonra onların ritorikası tamamilə “azğınlaşıb”. Açıq-aydın görünən odur ki, onlar bu hadisə vasitəsilə cəmiyyətdə yaşanan emosiyalardan müəyyən məqsədlə istifadə etmək istəyirlər. Təkrarlamalıyıq, bu, artıq siyasət deyil, xalis mənəviyyatsızlıqdır. İnsan faciəsinin siyasi maraqlar naminə istifadə olunması bilavasitə siyasi əxlaqsızlıqdırsa, öz şəxsi maraqları naminə faciədən istifadə olunması da mənəviyyatsızlıqdır. Əlbəttə ki, bu cür davranış bilavasitə ucuz demaqogiya və siyasətbazlıqdan başqa bir şey deyil. Əslində, onların siyasi “bacarıqları” məhz bunlarla yekunlaşır.

Təhrikedici davranış, manipulyasiya, qalmaqal ovu, təxribatlar və şantaj – bunlardır xəstə siyasi təfəkkürün əsas alətləri. Kimsə son dövrdə onlardan hansısa faydalı, dərin məzmunlu və müasir siyasi fikri zənginləşdirə biləcək heç olmasa bircə ifadə eşidibmi? Əksinə, müraciət etdikləri ritorika sayəsində sosial şəbəkələr artıq vəhşi cəngəlliyə bənzəyir. Ən pisi də odur ki, bu cür yanaşma və bu cür düşüncə tərzi artıq normaya çevrilir. Əgər bu cür kontentlər yaxın dövrlərdə üstünlük təşkil edərsə, təsəvvür etmək çətindir ki, milli siyasi fikir bir neçə il sonra hansı qaranlıq quyuların bilinməyən sularında qərq ola bilər.

Bilavasitə yazının adına qayıdaraq, radikal və təhrikedici ritorikanın cəmiyyət, dövlət və dövlətçilik üçün çox təhlükəli hesab olunan bir xüsusiyyətinə diqqət yetirək. Yuxarıda qeyd etdiyimiz nağıllarda olduğu kimi, davamlı şəkildə aparılan siyasi manipulyasiyaların təsiretmə alqoritmi də eyni sosial-psixoloji mexanizmə hesablanıb. Əvvəla “sağa dönərsən başına filan işlər gələcək, sola dönərsən filan hadisələr yaşana bilər” – kimi cümlələr, ilk növbədə, hadisələrin gedişatından asılı olmayaraq tənqid üçün əsas yaradır, ikincisi isə hərəkətsizlik və passivliyi təhrik edir. Hərəkətsizlik və passivlik isə öz növbəsində yenə də tənqidlərə səbəb yaradır. Qlobal siyasət müstəvisində isə seçimin məzmunundan asılı olmayaraq biryönlü seçim edilən zaman əks tərəf dərhal rəqibə çevrilir və mövqe zəifləyir. Dolayısilə bu cür siyasət dünyanı siyasi düşərgə və qütblərə bölür. Budur qlobal geosiyasətin strateji hədəfi.

Düşmən niyyətli radikal təfəkkür hər zaman bu cür seçim “tələlərindən” istifadə edir. Əslində, bu günlərdə dünyada baş verən bir çox hadisələr və müşahidə etdiyimiz tendensiyalar eyniliklə məcburi seçimləri təhrik edirlər. Seçim etməklə isə sən mütləq olaraq dava edən tərəflərin birində dayanmış olursan. Qlobal geostrategiyaların əsas hədəflərindən biri məhz budur. Qütblər arasında seçim etməklə sən aparılan müharibədə öz iştirakını rəsmiləşdirmiş olursan. Qlobal savaş kontekstində isə kiçik ölkələrin zərər çəkməsi demək olar ki, qaçılmazdır. Sözügedən təsbit radikalların təhrikedici ritorikasının əsl səbəb və niyyətini son dərəcədə aydın şəkildə ifşa edir.

Qeyd olunanlar müstəvisində ona da xüsusi diqqət yetirin ki, radikal təfəkkür sahibləri özləri, ümumiyyətlə, heç nə etmir və heç nəyə görə məsuliyyət daşımaq istəmirlər. Hətta ədəbiyyat tənqidçiləri belə öz peşəkar tənqidlərini aparmaq üçün bədii əsərlə öncədən və dəfələrlə tanış olur, əsaslandırılmış rəylərini hazırlayırlar. Bu rəylər isə əsəri rədd etmir, əksinə, əsərin təkmilləşdirilməsinə xidmət edir. Rasional tənqidin təyinatı bundan ibarətdir. Odur ki, bizim bəlalı demaqoqlarımız rasional və peşəkar müxalifətçilikdən hələ çox uzaqdırlar, məhz elə buna görə də onlar cəmiyyətin rəğbətini qazana bilmirlər. Səksəninci illərin “şparqalkaları” əsasında formalaşmış müxalifətçilik təfəkkürü hələ də eyni “saralmış” təlimatlar əsasında fəaliyyət göstərir. Cəmiyyət artıq bütün bunların fərqindədir.

Nağıllarda olduğu kimi, real həyatda da yalnız qəhrəmanlar və milli maraqları ən ali dəyər kimi qəbul edənlərin öz yolu olur və onları hansısa məcburi seçimə təhrik etmək mümkünsüzdür. Onlar hətta qlobal müstəvidə diktə olunan seçim tələblərinə baxmayaraq öz müstəqil və ləyaqətli seçimlərini etmək iqtidarındadırlar. Bu, artıq peşəkarlıqdır, nəyi, nə zaman etməli olduğunu bilməkdir. Əsl müstəqil və iradəli siyasət məhz budur. Zəif və asılı təfəkkür bunları anlamaz. Bu mənada Prezident İlham Əliyevin növbəti sözləri güclü və müstəqil siyasətin şüarına çevrilə bilər: “Bu gün bizim iradəmizə heç kim təsir edə bilməz”. Mövcud məsələlərdə manipulyasiyaların aparılması millətə və dövlətə qarşı xainlikdir.

Paylaş:
Digər xəbərlər

Siyasət

6-08-2024, 14:13

Mürəkkəb siyasi həqiqəti ifşa edən sadə rəqəmlər - ŞƏRH

Siyasət

23-09-2024, 10:38

İdeoloji vurğular

Siyasət

31-07-2024, 10:42

Həqiqəti gizlədən qərəz

Siyasət

30-04-2024, 11:15

Düşündürən sadə həqiqətlər

Siyasət

21-02-2024, 21:15

Sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
Son xəbərlər
  • Вчера, 16:38
    Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • Вчера, 16:35
    Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • Вчера, 16:31
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə