• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İdeoloji vurğular

Siyasət

23-09-2024, 10:38

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
İdeoloji vurğular
23.09.2024 [10:30]
İdeoloji vurğular
Bakı, 23 sentyabr.

Müxtəlif münaqişə və transformasiya prosesləri ilə səciyyələndirilən müasir dövrdə ideologiya amilinin müstəsna əhəmiyyətinin inkar edilməsi olduqca ağır fəsadlara gətirib çıxara bilər. Bizim üçün heç də uzaq olmayan tarixə müraciət etsək görə bilərik ki, qloballaşma proseslərinin surətli inkişaf mərhələsi məhz gənc və müstəqil ölkələrdə həyata keçirilən dövlət idarəçilik siyasətində ideoloji amilin payının azalması ilə başlanmışdır. Qeyd olunan təsbit obyektiv həqiqətdir və heç də antiqlobalistlərin mövqeyinin dəstəklənməsinin təzahürü deyil.

Bu fikirlər politoloq Asif Adilin “İdeoloji vurğular” sərlövhəli məqaləsində yer alıb.

Müəllifin fikrincə, müşahidə olunan proseslər, habelə ciddi analitiklərin araşdırmaları deməyə əsas verir ki, dövlətin və millətin ideoloji sütunlarının “silinməsi” və ya ən azından onların zədələnməsi idarəolunan qloballaşma proseslərinin əsas strateji məqsədlərindəndir. Qloballaşma prosesinin hətta “super güc” ölkələrinin geosiyasi strategiyası olduğunu isbat edən alim və siyasətçilər də var. Təsadüfi deyil ki, uzun illər ərzində qlobal mediada aparılan informasiya manipulyasiyaları vasitəsilə “milli” və “milliyyətçilik” məfhumları arasındakı “sərhədlər” məqsədyönlü şəkildə silinir və mövzu ilə bağlı beynəlxalq ictimaiyyətin siyasi şüurunda neqativ stereotiplər formalaşdırılır. Məhz bu cür manipulyasiyaların nəticəsidir ki, “millətçilik” məfhumu müasir cəmiyyətlərin siyasi şüurunda “radikal siyasi cərəyan” və ya “terror” kimi meyilliliklərlə assosiasiya olunur.

Beynəlxalq münasibətlər sistemində müxtəlif fobiyaların yaranması məhz qeyd olunan qlobal təbliğatın arzuolunmaz fəsadlarından biridir. Heç şübhəsiz ki, bu cür proseslər təsadüfi deyil və artıq onların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına dair hansısa tərəddüd hissi keçirməyə heç bir səbəb qalmayıb. Əgər keçmişdə bəzi ölkələr qlobal mövqeyə öz iddialarını kamuflyaj etməyə çalışırdılarsa, indi isə artıq “psevdodemokratiya” şüarları altında “ekspansiyalarını” aqressiv şəkildə aparılar.

“Məhz yuxarıda qeyd olunanlar müstəvisində xüsusi olaraq onu xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev öz müsahibə və çıxışlarında yeni dövrdə ideoloji amilin müstəsna əhəmiyyətini dəfələrlə vurğulamışdır. Dövlətimizin başçısı öz müsahibələrinin birində müasir dövrün ideologiyası ilə bağlı təkliflərin ona təqdim olunmasına dair hətta cəmiyyətə açıq şəkildə müraciət də etmişdir.

Prezidentin bu cür müraciəti yeni inkişaf dövrünün ideologiyasının hazırlanmasına dair dövlət sifarişi kimi də qəbul oluna bilər. Ancaq deyəsən bu cür müraciətlər hələ də cavabsız qalıb, ən azından hansısa işləmələr cəmiyyətə təqdim olunmayıb və açıq müzakirələr də aparılmayıb. Halbuki uğur qazanmış və inkişaf etmiş ölkələrinin tarixi isə bizlərə açıq şəkildə göstərir ki, yeni ideologiyanın meydana gəlməsi üçün Qələbə universal amildir. Odur ki, bu mənada tarixi Qələbəmizdən faydalanmamağımız qəbahətdir.

Mövcud kontekstdə Prezident İlham Əliyevin sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər, sözün hərfi və əsl mənasında, yeni ideologiyanın müəyyən olunması prosesinin şərti “yol xəritəsidir”. Mülahizələrimizi təsdiq etmək üçün bilavasitə Prezident İlham Əliyevin yuxarıda qeyd olunan çıxışında öz əksini tapmış cəmi bir neçə fikrə müraciət edək. “Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır” – yeni ideologiya kontekstində dövlətimizin başçısının qeyd olunan sözləri dövlətçilik siyasətinin növbəti ideoloji dəyərlərini müəyyən edir: “haqq”, “səbir” və “güc”. Prezident bu fikirləri ilə bizlərə bildirir ki, dövlət və millət olaraq hədəfimizə nail olmaq üçün mütləq olaraq haqlı, səbirli və güclü olmalıyıq”, - deyə politoloq bildirib.

O qeyd edib ki, əslində, Prezident İlham Əliyevin növbəti fikri qeyd etdiyimiz bu mülahizənin doğruluğunu dolayısilə təsdiqləyir: “Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir”. Bəli, Azərbaycan Prezidenti birmənalı olaraq çəkinmədən açıq şəkildə bildirir ki, güclü olmaq dövlətin əsas hədəfidir. Əlbəttə ki, bu sözlər, eyni zamanda, beynəlxalq ictimaiyyətə də yönəlmiş açıq mesajdır. Prezidentin bu sözləri Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini əks etdirir.

Asif Adilin sözlərinə görə, ideologiya kontekstində mövcud məsələ ilə bağlı prinsipial əhəmiyyət kəsb edən digər bir məqama da xüsusi diqqət yetirilməlidir. Belə ki, Azərbaycan Prezidenti “güc” amilinin əhəmiyyətini kimdənsə üstün olmaqda görmür. Dövlət siyasəti kontekstində “güc” amilinin strateji məzmunu kimlərdənsə asılı olmamaqdadır. Çəkinmədən deməliyik ki, Prezident İlham Əliyevin bu cür fikirləri və sözügedən mövqeyi beynəlxalq münasibətlər sisteminin demokratik əxlaq kodeksinin fəlsəfəsinin əsasını təşkil edə bilər. Sözügedən yanaşma və “güc” amilinin məhz bu cür interpretasiyası beynəlxalq münasibətlər sistemi haqqında təsəvvürləri tamamilə dəyişdirə bilər, habelə dövlətlər arasında etibarlı münasibətlərin bərpasına xidmət edər.

“Təsadüfi deyil ki, dövlət başçısı sözügedən çıxışda gənclərə xitabən xüsusi olaraq növbəti fikri vurğulayır: “Onlar heç kimin təsiri altına düşməməlidirlər”. Yalnız müstəqil düşüncə və güc səbəb ola bilər ki, bizim gənclərimiz heç kimin təsiri altına düşməsin. Razılaşın ki, tərbiyə prosesinin ayrılmaz parçası olan sözügedən amillər bilavasitə ideoloji məzmunludurlar.

İdeologiya kontekstində əvəzolunmaz əhəmiyyət kəsb edən digər amil milli birlik və həmrəylikdir. Dövlət başçısının siyasi ritorikasında qeyd olunan məfhumlar daim öz əksini tapmaqdadır. Prezidentin Qarabağ Universitetindəki çıxışı istisna təşkil etmir: “Cəmiyyətdə birlik olmalıdır, bu da var.” Beləliklə, cənab Prezident “birlik” məfhumunu sabitlik və inkişafı şərtləndirən amil kimi müəyyən edir. Təsadüfi deyil ki, bütün çətinliklərə və müxtəlif maneələrə rəğmən məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə prinsipial və davamlı olaraq siyasi dialoq mühiti təşviq olunur. Nəzərə almalıyıq ki, siyasi dialoq mühiti milli həmrəyliyə aparan demokratik siyasətin bilavasitə davamıdır.

Odur ki, regionda və dünyada cərəyan edən prosesləri, obyektiv tendensiyaları, habelə Qələbəmiz sayəsində formalaşan yeni reallığı nəzərə alacaq yeni inkişaf dövrünün ideologiyasında cənab Prezident tərəfindən müəyyən olunmuş bu cür strateji vurğular mütləq olaraq öz əksini tapmalıdır”, - deyə politoloq vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-02-2024, 21:15

Sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır

Cəmiyyət

14-05-2024, 19:26

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Siyasət

6-08-2024, 14:13

Mürəkkəb siyasi həqiqəti ifşa edən sadə rəqəmlər - ŞƏRH

Siyasət

31-07-2024, 10:42

Həqiqəti gizlədən qərəz

Siyasət

17-02-2024, 18:49

Azərbaycanın xarici siyasətində yeni istiqamətlər

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
  • 18-04-2026, 10:14
    Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir
  • 17-04-2026, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • 17-04-2026, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə