• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azadlıq meydanına Zəfər yaraşır

Siyasət

7-12-2023, 10:47


Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Azadlıq meydanına Zəfər yaraşır
07.12.2023 [08:00]
A+ A-
Azadlıq meydanına Zəfər yaraşır
Bakı, 7 dekabr, AZƏRTAC

Bu günə qədər Azərbaycan xalqının meydanlarda toplanması daha çox vətəndaşlarımızı narahat edən problemlərin, onları razı salmayan siyasi qərarların, güc dövlətlərinin Azərbaycana qarşı haqsız yanaşmaları ilə bağlı idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı müstəqilliyini əldə etdikdən sonra uzun illər ərzində öz Silahlı Qüvvələrini formalaşdırmaqla, iqtisadiyyatının dayanıqlılığını təmin etməklə 2020-ci ildə qəhrəman övladlarının şücaətini Qarabağda nümayiş etdirdi. Belə ki, Azərbaycanın müasir tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq 2020-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini təkbaşına icra edərək işğal altında olan torpaqlarının geri qaytarılması və doğma Şuşa şəhərimizin azad olunması ilə yaddaşlara həkk olundu. Xalqımızın birliyi, vəhdət təşkil edərək öz Sərkərdə oğluna olan etibarı İkinci Qarabağ - Vətən müharibəsində azərbaycanlıların və müasir Ordumuzun yeni texnoloji, habelə innovativ çağırışları mənimsəyərək əzmkarlıq nümayiş etdirməsi ilə yanaşı, eyni zamanda, dünya hərb tarixinə də yeniliklər gətirdi.



“Azərbaycanın son 200 ildən artıq dövlətçilik tarixində itirilmiş torpaqlarının geri alınmasına dair müzəffər Ordumuzun qətiyyəti 2020-ci il 10 dekabr tarixində müstəqil Azərbaycan paytaxtı, dünyanın ən gözəl şəhərlərindən olan Bakıda, xalqın birliyinin, Vətənə sevgisinin, bağlılığının nümayiş yeri olan Azadlıq meydanında ölkəmizin qardaşları, müttəfiqləri ilə təntənəli şəkildə qeyd olundu. Bununla da Azərbaycan xalqının meydanlarda toplanaraq öz gücünü, iradəsini dünya ictimaiyyətinə nümayiş etdirməsi erasının, şəhər və rayonlarımızın ən böyük meydanlarında həyata keçiriləcək qürurverici toplantıların, paradların əsası qoyuldu”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, artıq həmin Zəfər paradının keçirilməsinin üçüncü ildönümü ərəfəsindəyik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Paradda üç min nəfərdən artıq şəxsi heyətin, 44 günlük müharibə zamanı həm Azərbaycan Ordusunun istifadə etdiyi 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Eyni zamanda, bu parad qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi. Zəfər paradının ən böyük özəlliyi, heç vaxt yaddaşlardan silinməyəcək məqamı mədəniyyətimizin incisi olan Şuşamızın azad edildikdən sonra qəhrəman övladlarımızın şəhər üzərində qaldırdıqları Zəfər bayrağının parada gətirilməsi və Ali Baş Komandan İlham Əliyevin, bütün Azərbaycan xalqının gözlərinin önündən qürurla dalğalanaraq keçirilməsi idi.

“Bu gün fəxarətlə deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və keçirilən paradda nəinki biz, bütün beynəlxalq ictimaiyyət bunun canlı şahidi oldu.

Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının ilk dəfə olaraq iştirak etmələri xüsusi əlamətdar hadisə kimi tarixə düşdü. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun, Azərbaycana dost və qardaş olan dövlətlərin nümayəndələri də iştirak edirdilər.



Təsadüfi deyil ki, paradı Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdi. Qardaş ölkənin dövlət başçısının Zəfər paradında iştirakı və çıxış edərək Azərbaycan xalqını, Azərbaycan Ordusunu, Azərbaycanın qəhrəman övladlarını təbrik etməsi, əbədi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanmasını qeyd etməsi bütün azərbaycanlılara əlavə ruh yüksəkliyi bəxş edərək Qələbəmizin daimi olduğunu bir daha ortaya qoydu”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” sözləri iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür.

“Baxmayaraq ki, bu gün Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə öz Qələbəsini, eləcə də suverenliyini tam təmin edərək bütün dünyaya legitimliyini göstərir. Təəssüf ki, hələ də Sülh Sazişinin imzalanmasına maneçilik törədən qüvvələrin, mənfur dairələrin işbazlıqlarını müşahidə etməkdəyik. Bu il, Azərbaycan xalqlı üçün öz əhəmiyyəti ilə seçilən “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin Xankəndidə üçrəngli Azərbaycan Bayrağını dalğalandırması, daha sonra Xankəndinin şəhər meydanında xalqımızın qürurunu nümayiş etdirən növbəti hərbi paradı qəbul etməsi 10 dekabr – Zəfər paradının davamı oldu. Azərbaycan xalqına yaraşan bu möhtəşəm Zəfər hər zaman xalqımızın birliyi, həmrəyliyi və vəhdətini təşkil edəcək, o cümlədən Azərbaycanın üçrəngli Bayrağının fəxarətlə dalğalandırılaraq nümayişi ilə qeyd olunacaq”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Paylaş:
Digər xəbərlər

Siyasət

4-11-2023, 16:18

Zəfər Günü - Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi ŞƏRH

Gündəm / Siyasət

18-10-2023, 14:12

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

Siyasət

2-10-2023, 11:01

Heydər Əliyev öz andına, sözünə daim sadiq qaldığını nəinki bütün Azərbaycan xalqına, həmçinin bütün dünyaya nümayiş etdirdi

Siyasət

8-11-2023, 11:58

Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü ilə bağlı paylaşım edib

Gündəm / Siyasət

7-11-2023, 19:30

8 Noyabr - Zəfər Qələbəsinin üçüncü ildönümüdür!

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • Сегодня, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • Сегодня, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • Сегодня, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • Сегодня, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə