• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ABŞ-ın Ermənistanı silahlandırması təsadüfi xarakter daşımır– ŞƏRH

Siyasət

8-10-2024, 12:08

Bakı, 8 oktyabr.

Qarabağın erməni işğalından azad edilməsindən sonra rəsmi Vaşinqton Azərbaycanla bağlı mövqeyində dəyişiklik edərək “insan hüquqları”nı və “demokratiya”nı xatırlaması təəccüblü deyil. İllərlə işğal altında qalan Azərbaycanın Qarabağ bölgəsində yaşayanların öz doğma yurd-yuvalarından zorla məcburi köçkün düşmələrinə biganə qalan ABŞ-ın bu gün ermənilərin qayğısına qalması təsadüfi deyil. Erməni lobbisinin maliyyəsi hesabına Konqresdə oturan Frank Palloneni və onun kimiləri, əslində, heç ermənilərin taleyi də maraqlandırmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ağ Ev administrasiyası Azərbaycanın iradəsini qıraraq rəsmi Bakını özünün geosiyasi oyunlarında istifadə edə bilmir. Vaşinqton “İnsan hüquqları” və “demokratiya” adı altında Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışır, onu Rusiyanın əleyhinə yönəltməyə və bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd edir. Buna görə Ermənistanın silahlandırılması da təsadüfi xarakter daşımır.

Böyük Britaniyanın “Unherd” saytının analitiki Tomas Fazi (Thomas Fazi) “ABŞ hakimiyyətinin dünyadakı mövqeyi barədəki təsəvvürü yanlışdır” sərlövhəli məqaləsində yazır ki, rəsmi Vaşinqton dünyada ən qüdrətli və ən nüfuzlu dövlət olduğunu zənn edir. Lakin əsl həqiqətdə ABŞ dünyanın heç də ən nüfuzlu dövləti deyil. Çünki BŞ-ın Antoni Blinkenin rəhbərliyi altında həyata keçirdiyi xarici siyasəti iflasa uğrayıb. Analitik ABŞ xarici siyasətinin yanlış məqamlarına toxunaraq vurğulayır ki, rəsmi Vaşinqton Ukraynada sülhməramlı missiya həyata keçirmək əvəzinə, rəsmi Kiyevi özünün geosiyasi oyunlarında alətə çevirdi, bunun da nəticəsində sonu görünməyən müharibə hələ də davam edir. Artıq sülhyaratma missiyasından danışmaq yersizdir.

Bu gün Qafqaz respublikalarını müstəqil siyasətdən döndərib Rusiyaya qarşı istifadə etməyə çalışan ABŞ öz müttəfiqlərini də işə qoşub. Avropa İttifaqı son 4 ildə Ermənistana 270 milyon avro məbləğində qrant ayırıb. Bu qrantlar təbliğata və hərbi gücün artmasına yönəldilir ki, regiondakı vəziyyət gərginləşsin. Son illər ərzində Ermənistan mətbuatı “söz azadlığı” adı altında ABŞ-dan göstərilən maliyyə yardımları ilə Rusiyaya qarşı əsaslı təbliğat apararaq, iki ölkə arasında qarşıdurma yaradıb.

Oxşar proseslər Gürcüstanda da davam edir. 2025-ci il üçün Ağ Ev Konqresdən Gürcüstana 116,5 milyon dollar vəsait ayırmağı tələb edib. Bu vəsait heç də infrastruktur layihələrə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına deyil, aksiya iştirakçılarına, yalan materiallar dərc edən qəzet və internet resurslarının inkişafı üçün nəzərdə tutulub. ABŞ Gürcüstanın iqtisadi inkişafında maraqlı olsaydı, Qara dəniz sahilində yeni limanın tikintisinə etiraz etməzdi. ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Ceyms Obrayn rəsmi qaydada Gürcüstan hökumətindən Çin ilə birlikdə liman tikintisini dayandırmağı tələb edib. Gürcüstan özünün iqtisadiyyatını dirçəltməyə və əhalisinin sosial vəziyyətini yaxşılaşdırmağa çalışdığı bir zamanda ABŞ-ın liman tikintisini dayandırmağı tələb etməsi hansı məntiqin nəticəsidir? Yaxud bu necə siyasətdir ki, müstəqil dövlətdən liman tikintisinin dayandırılması tələb olunur?! Çin ABŞ-ın rəqibidir, bunu başa düşürük. Gürcüstan isə kiçik bir dövlətdir və onun Çinlə əməkdaşlığa son qoymaq tələbi rəsmi Vaşınqtonun kiçik xalqlara qarşı, yumşaq desək, mənfi münasibətinin təzahürüdür.

Vaxtilə Əfqanıstanda əməliyyat aparan ABŞ-ın Azərbaycana işi düşmüşdü. Azərbaycan üzərindən yükdaşımaları həyata keçirəndə ABŞ-ın yadına ölkəmizdə insan hüquqları qətiyyən düşmürdü. İndi isə Azərbaycan öz qonşusu ilə yaxşı münasibət saxladığına görə ABŞ-ın qəzəbinə tuş gəlib. Bəs 1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlılar ABŞ-ın yadına niyə düşmürdü? Vaşinqtonda çox gözəl başa düşürdülər ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal edib. Lakin erməni lobbisinin hesabına vəzifə tutan amerikalı siyasətçilər Azərbaycana humanitar yardımları qadağan edən “907-ci düzəlişi” qəbul etdilər. İnsanlıq əleyhinə olan bu düzəliş Azərbaycanı yardımsız qoydu. Yəqin ABŞ-ın düşüncəsində məcburi köçkünləri humanitar yardımdan məhrum etmək “insan hüquqları”nı qorumaqdır.

Erməni maliyyəsi hesabına yüksək məqama çatan konqresmen Frank Pallonenin rəhbərliyi ilə bir sıra konqresmenin bu gün COP29 ərəfəsində Dövlət Departamentinə Azərbaycanla münasibətlərə yenidən baxılması haqqında məktub göndərməsini Prezident İlham Əliyev belə şərh etdi: “... məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik...”. Bu fikirlər ölkəmizə qarşı açıq qərəzi əyani şəkildə ifadə edir.

Amerika siyasətinə görə, Ukraynanın ərazi bütövlüyü pozula bilməz, amma Azərbaycanın ərazi bütövlüyü pozularsa, problem deyil. Axı nəyə görə?! Məsələnin səbəbi açıq-aydındır - Azərbaycan müstəqil siyasət aparır və heç kimdən heç nə tələb etmir. Amerika Azərbaycanı öz geosiyasi oyunlarında istifadə edə bilmədiyi üçün təzyiq yoluna əl atır. Lakin Azərbaycan xalqının iradəsi ABŞ və onun müttəfiqlərinə tutarlı cavabdır. Xalqımız min illərlə dövlət quruculuğu prosesindən ona görə keçməyib ki, bu gün qurub-yaratdığı region və dünya iqtisadiyyatına verdiyi töhfələrdən imtina edib ərazisini ermənilərə bağışlasın. Ermənistanda ABŞ-ın maliyyə yardımı ilə revanş götürməyə çalışan qüvvələr də siyasi ambisiyalarını irəli sürərkən iki dəfə düşünsünlər. ABŞ-ın İraqda, Suriyada, Əfqanıstanda törətdiklərinə baxıb dərs alsınlar və oyuncaq olmasınlar.

Paylaş:
Digər xəbərlər

Siyasət

2-02-2024, 18:14

Avropa qurumları insan hüquqları və demokratiya anlayışlarından sui-istifadə edirlər

Siyasət

2-10-2024, 15:36

İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq

Siyasət

8-04-2024, 21:46

Qərbin regionda əsl niyyəti nədir?

Siyasət

2-10-2024, 11:11

Azərbaycan Prezidenti: Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir

Siyasət

26-11-2023, 20:44

Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır - ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
Son xəbərlər
  • Вчера, 16:38
    Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • Вчера, 16:35
    Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • Вчера, 16:31
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə