• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Avropa qurumları insan hüquqları və demokratiya anlayışlarından sui-istifadə edirlər

Siyasət

2-02-2024, 18:14

Avropa qurumları artıq çoxdandır ki, insan hüquqları və demokratiya anlayışlarından sui-istifadə edərək özünün korporatıv maraqları naminə bu və ya digər dövlətə təzyiq göstərir. Halbuki, bu gün Fransa, Almaniya, Belçika fermerləri kütləvi aksiyalar keçirərək mürtəce islahatlara qarşı çıxırlar. Lakin fermerlərin haqlı tələbləri adıçəkilən dövlətlər tərəfindən nəzərə alınmır.
Bu sözləri Türkiyənin “Ulusal” televiziya kanalının siyasi şərhçisi Yakub Aslan deyib.
O bildirib ki, öz ölkəsində insan hüquq və azadlıqlarını təmin edə bilməyən dövlətlərin başqa ölkələrdə hüquq axtarması ikili standartlar siyasətinin yürüdülməsindən xəbər verir: “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı nümayiş etdirdiyi ədalətsiz mövqe də rəsmi Bakıya təzyiq göstərməkdən başqa bir şey deyil. Maraqlıdır ki, ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda insan hüquqlarının pozulmasından danışan almaniyalı deputat Frank Şvabbe öz ölkəsində hüquqları pozulan fermerlərin məsələsini AŞPA sessiyasında niyə qaldırmır? Əgər azərbaycanlılar onun üçün belə əzizdirsə, onda nəyə görə 30 il müddətində Qarabağdan qaçqın düşənlər barədə bir söz də deməyib. Ermənistanın işğalçılığı nəticəsində Xocalı soyqırımı törədildi, girov götürülmüş mülki vətəndaşlar işgəncələrə məruz qaldılar, amma nə AŞPA, nə də onun almaniyalı deputatı bu barədə bir söz belə demədi, etiraz etmədi, əksinə işğalçıya hər zaman yardım göstərdilər”.
Yakub Aslan deyib ki, erməni lobbisinin puluna və parlamentə seçilmək üçün səsinə möhtac qalan AŞPA-nın bəzi deputatları müstəmləkəçilik siyasətinə qayıtmaq istəyindədirlər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün Avropada iqtisadi-sosial vəziyyət gündən-günə pisləşir. Ötən il inflyasiya 10 faizi ötüb, istehlak mallarının qiyməti 5 dəfə artıb. İqtisadi durğunluğun 2025-ci ilə kimi davam edəcəyi bildirilir. Avropada pensiya və vergi islahatları sosial partlayışla nəticələnib.
Ekspert diqqətə çatdırıb ki, azsaylı xalqları istismar etmək, insan hüquqları və demokratiya bəhanəsi ilə kiçik dövlətləri təsir altında saxlayaraq təbii sərvətlərini talamaq Avropanın ənənəvi siyasi xəttidir. Bu boyunduruğu qəbul etməyənlər isə insan hüquqlarını pozmaqda, demokratiyaya əməl etməməkdə ittiham olunur. Türkiyə 50 il müddətində Avropa İttifaqı (Aİ) ilə danışıqlar aparsa da ittifaqa üzv qəbul edilmədi. İqtisadiyyatı, demokratik inkişaf səviyyəsi və digər göstəriciləri Türkiyədən qat-qat aşağı olan dövlətlər Aİ-yə qəbul edildi. Lakin Türkiyə bir müsəlman ölkəsi olduğu üçün islamofobiya ilə üz-üzə qaldı.
“Azərbaycanın iqtisadi inkişafı və Qarabağı Ermənistanın işğalından azad etməsi Avropa qurumları tərəfindən həzm olunmur. Bu qurumlar hökmranlıq edərək bütün məsələləri özlərinin prizmasından həll etmək istəyirlər. Azərbaycanın tarixi torpaqlarını azad etməsi Avropanın siyasi qurumlarını narahat edir. Məqsəd heç də insan hüquqlarını müdafiə etməkdə deyil, dünyanın müxtəlif bölgələrini nəzarətdə saxlamaq və buradakı dövlətləri müstəmləkəyə çevirməkdir. Lakin suveren dövlətlərin, o cümlədən Azərbaycan xalqının siyasi iradəsi Avropa siyasətinin reallaşmasına imkan vermir. Ona görə də müxtəlif qurumlar ədalətsiz və siyasi manipulyasiya xarakteri daşıyan qərarlar qəbul edirlər”, - deyə siyasi şərhçi vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-01-2024, 22:12

Milli Məclisin sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb

Siyasət

23-01-2024, 16:32

“Erməni sevgisi” virusuna yoluxanlar Azərbaycana qarşı “AŞPA qalxanı”ndan istifadə etmək istəyirlər ŞƏRH

Siyasət

23-01-2024, 16:34

Avropada Azərbaycana qarşı əsassız təzyiqlər sifarişlə edilir - Politoloq

Siyasət

30-11-2023, 12:09

Zahid Oruc: Azərbaycan total “hücum”lar qarşısındadır

Siyasət

26-01-2024, 22:06

Hüseyn Yusifov: AŞPA Azərbaycana qarşı ədalətsiz addımlar atmaqla özünü gülünc vəziyyətə salır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə