• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

UNESCO-nun ikili siyasəti: separatizmin ideoloji dayaqlarının müdafiəsi ŞƏRH

Siyasət

1-12-2023, 11:17


Beynəlxalq təşkilatlarda son illərin ən geniş yayılmış tendensiyalarından biri də faktiki və potensial maraqların toqquşmasıdır. Bu zaman hər hansı bir hərəkət və ya hərəkətsizliyə görə təşkilatın rəhbərliyi xidməti vəzifələrini və öhdəliklərini yerinə yetirərkən qurumun fəaliyyəti dürüstlük, müstəqillik və qərəzsizlik tələbləri ilə ziddiyyət təşkil edir. BMT-nin bütün təsisatlarında təşkilatın Nizamnaməsinin 29-cu bəndinə görə qurumun heç bir rəhbəri lobbiçilik fəaliyyəti ilə məşğul olmamalıdır. Həmçinin onların üzv ölkələrdən şübhəli əsaslarda dəstək istəmələri qətiyyən qəbuledilməzdir. Qəribədir ki, BMT-yə daxil olan qurumların nizamnamələrində əksini tapmış şərtlərin UNESCO-ya və onun fransız dövlətinin təsiri altında formalaşan rəhbərliyinə aidiyyəti yoxdur.

Bu fikirləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

Onun sözlərinə görə, son illər ard-arda UNESCO-nun fransalı Baş direktoru Odri Azulenin maliyyə maxinasiyaları haqqında istər beynəlxalq KİV-lərdə, istərsə də Azərbaycan mediasında kifayət qədər ciddi məlumatların əks olunduğu yazılar yer alıb. Yazıların birində isə Odri Azulenin üzv dövlətlərin İcraiyyə Şurasına seçimlərinə təsir etmək üçün təşkil etdiyi siyasi hiylələr barədə ətraflı məlumatlar var.



“Baş direktor Odri Azule seçiləndən bəri UNESCO-nun nizamnaməsinə, eləcə də mandatına məhəl qoymadan fəaliyyət göstərməsi adi hal alıb. Xatırladım ki, keçən il O.Azulenin yanlış idarəçiliyi, üzv dövlətlərin ayırdığı vəsaitlərindən şəxsi maraqları üçün sui-istifadəsi, nizamnamə qaydalarına hörmətsizliyi, Fransanın milli hakimiyyət orqanlarından gələn sifarişləri qeyd-şərtsiz həyata keçirməsi səbəbindən onun kənarlaşdırılması üçün mövcud mexanizmlərin işə salınması cəhdləri həyata keçirildi. Nəticədə isə Baş direktora gələcəkdə UNESCO-nu Fransanın alt təşkilatı kimi idarə edəcəyi halda ciddi intizam cəzasına məruz qalacağı ilə bağlı xəbərdarlıq edildi. Ümumiyyətlə, Fransanın öz nümayəndələrini yerləşdirməklə BMT təsisatlarını ələ keçirməsi təcrübəsinin tarixi qədimdir. Nümunə üçün qeyd edim ki, hələ bu haqda 2000-ci illərdə “The Guardian” faktoloji araşdırma paylaşmışdı. Nəşrin əldə etdiyi özəl sənədlər göstərir ki, iki fransız nazir UNESCO-nun katibliyinə birbaşa müdaxilə edərək keçmiş prezidentin köməkçilərinə Parisdə yerləşən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatında rahat şəkildə yüksək vəzifələr verilməsini təmin ediblər.

“The Guardian”ın dərc etdiyi sənədlərdə göstərilir ki, bütün bunlar adı səmərəsizlik, dostluq və korrupsiya ilə sinonimləşən UNESCO-nun üzvlüyündən vaxtilə Birləşmiş Ştatların və Böyük Britaniyanın çıxmasına səbəb olmuşdu.

BMT-nin daxili audit yoxlanışı UNESCO-da kütləvi maliyyə israfı 544 milyon dollarlıq (340 milyon funt sterlinq) yeyinti ittihamı olan hesabatın tərtibatı ilə nəticələndi. Audit hesabatında, həmçinin UNESCO-nun dünya üzrə vergi ödəyicilərinin və alıcılarının pulları müqabilində nə əldə etdiklərini görmək üçün proqramları qiymətləndirə bilmədiyi müəyyən olunub. UNESCO-dakı idarəedici orqanlar müstəqil şəkildə idarə etmək əvəzinə uzun illərdir Fransanın təsiri altındadır. Bu vəziyyət son günlərdə daha da pisləşib. Təsəvvür edin ki, O.Azule heç bir səlahiyyəti olmadan suveren üzv dövlətlərin UNESCO-da nümayəndə təkliflərinə və seçkilərinə veto hüququ tətbiq edir. Bu, əslində ciddi narahatlıq doğuran məsələdir, çünki xanım Odri Azulenin mövcud qaydalara və təcrübələrə əməl etməməsi qurumun etikasını təhlükə altına alır. Bu da Azulenin mandatı altında ədalətli və demokratik seçki prosesinin bütövlüyünə üzv dövlətlərin inamını sarsıdıb”, - deyə politoloq vurğulayıb.

Y.Hacıyeva UNESCO-nun Azərbaycana qarşı müstəsna ikili siyasəti barədə də danışıb: “Rəsmi Bakı dəfələrlə UNESCO-nu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməyə və erməni işğalçılarının Azərbaycanın milli, dini və mədəni bəşəri dəyərlərinə qarşı vandallığın miqyasını dəyərləndirməyə dəvət edib. Son üç il ərzində UNESCO müxtəlif izahlarla öz missiyasını Qarabağa göndərməkdən imtina edib, işğaldan azad edilmiş ərazilərimizdəki vandalizmin miqyasını sənədləşdirməkdən yayınıb. İşğaldan azad etdiyimiz ərazilərdəki bütün şəhərlər, qəsəbələr, kəndlər, mülki infrastruktur, qədim abidələr, məscidlər, qəbiristanlıqlar, ümumilikdə isə azərbaycanlıların bütün bəşəri və mədəni irsi ermənilər tərəfindən tamamilə dağıdılıb.

Dünyanın aparıcı KİV-lərinin müxbirləri və xarici diplomatik departamentlərin nümayəndələri Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırdılar. Dağıntıların miqyasından başqa arealı və strukturu da onu göstərir ki, dağıntılar döyüşlərin və ya bombardmanların nəticəsi deyil, Azərbaycana və azərbaycanlılara qarşı erməni vandalizminin nifrət ifadəsidir. Bu dağıntıları görmək istəməyən UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Bakını həm də müşahidə missiyasının regiona səfərinə mane olmaqda ittiham edir. Son günlər isə UNESCO həm də Qarabağda işğal illərində separatizmin ideoloji dayaqları qismində təbliğat elementləri üçün inşa edilmiş tikililərin müdafiəsini təşkil etmək təşəbbüsləri irəli sürür. Tarixi cəmi 20-25 il olan tikililər hansı bəşəri dəyərlərin daşıyıcısı olması isə ayrı bir mövzudur. Ancaq bu, həm də İkinci Dünya müharibəsindən sonra Almaniyanın işğal etdiyi ərazilərdə faşist ideologiyasının təbliğatı üçün ucaltdığı tikililərin müdafiə olunması anlamına gəlir”.

Paylaş:
Digər xəbərlər

Siyasət

6-11-2023, 11:47

İcma sədri: “Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması üçün UNESCO ilə əməkdaşlığı davam etdiririk”

Mədəniyyət

29-09-2023, 23:22

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Siyasət

30-11-2023, 12:12

Ombudsman: Azərbaycan ikili standartlardan ən çox əziyyət çəkən ölkələrdən biridir

Siyasət

2-11-2023, 11:58

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri ilə görüşüb

Cəmiyyət

19-10-2023, 11:23

Məişət zorakılığına məruz qalmış qadınların məşğulluğuna dəstək məqsədli yeni layihəyə başlanır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Сегодня, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Сегодня, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
8-04-2026, 12:21
İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Сегодня, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • Сегодня, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • Сегодня, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • Сегодня, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
  • Сегодня, 10:14
    Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir
  • Вчера, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • Вчера, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
  • Вчера, 12:22
    ATMU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
  • Вчера, 12:20
    Ali Məhkəmədən xəbərdarlıq: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir
  • Вчера, 12:18
    Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir
  • Вчера, 12:15
    Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • Вчера, 12:09
    Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
  • Вчера, 12:07
    Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub
  • Вчера, 12:06
    Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub
  • 16-04-2026, 16:11
    Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər
  • 16-04-2026, 16:05
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
  • 16-04-2026, 13:02
    Hörmüz boğazının blokadası dünya iqtisadiyyatına təhdid yaradıb
  • 16-04-2026, 12:59
    Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək
  • 16-04-2026, 12:57
    Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 16-04-2026, 12:55
    Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
  • 16-04-2026, 12:47
    “İmmunlaşdırma həftəsi” başlayır
  • 15-04-2026, 12:18
    Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib
  • 15-04-2026, 12:16
    Astronomlar: Kainat gözlənildiyindən daha sürətlə genişlənir
  • 15-04-2026, 12:13
    Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə sənəd qəbuluna başlanılır
  • 15-04-2026, 12:11
    Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? – Ali Məhkəmə açıqladı
  • 15-04-2026, 12:05
    Nurlu ömür, zəngin elmi irs, unudulmaz şəxsiyyət – akademik Zərifə Əliyeva
  • 14-04-2026, 20:24
    Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır
  • 14-04-2026, 20:20
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 14-04-2026, 12:37
    Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həyatını itirib
  • 14-04-2026, 12:36
    Məhkəmə ipoteka işlərində hansı məqamlara diqqət yetirməlidir? – Açıqlama
  • 14-04-2026, 12:33
    Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar
  • 14-04-2026, 12:32
    Azərbaycandan Ermənistana dizel yanacağı və gübrə daşıyan növbəti qatar yola salınıb
  • 14-04-2026, 12:30
    Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 13-04-2026, 11:34
    Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbulu aparılır
  • 13-04-2026, 11:32
    Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbi fəaliyyətə başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə