• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri ilə görüşüb

Siyasət

2-11-2023, 11:58

Koreya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 2-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAAP) həmsədri Çunq Eui-Yonq ilə görüşüb.
Azərbaycan Milli Məclisinin sədri ilə görüşməkdən məmnunluğunu bildirən Çunq Eui-Yonq Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirib, Azərbaycan və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb. O, Azərbaycan Prezidenti ilə 2015-ci ildə keçirdiyi görüşü böyük məmnunluqla xatırladaraq, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi cəhətdən sabit inkişaf yolu keçdiyini bildirib. Çunq Eui-Yonq Azərbaycanın "COVİD-19" qlobal pandemiyasından sonra yaxşı bərpa prosesi keçdiyini və hazırda yüksək iqtisadi inkişafa nail olduğunu söyləyib.
Milli Məclisin sədri kimi Koreya Respublikasına ilk səfərindən və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri ilə görüşməkdən məmnunluğunu bildirən spiker Sahibə Qafarova səfər çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib. O, hər iki ölkə parlamentinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi və genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib.
Milli Məclisin sədri Azərbaycan ilə Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsinin sevindirici olduğunu, ölkələrimiz arasında fəal siyasi dialoq və sıx iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin bir çox sahələrdə inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.
Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini deyən İCAAP-ın həmsədri Çunq Eui-Yonq vurğulayıb ki, Koreya Respublikasında iqtidarda, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq, bütün siyasi partiyalar Azərbaycanla güclü əməkdaşlığı dəstəkləyir və Azərbaycanı yaxın dost hesab edir.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev tərəfindən irəli sürülən qlobal təşəbbüslər, o cümlədən Hərəkatın Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin yaradılması haqqında geniş məlumat verib. Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İCAAP arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə İCAAP arasında əməkdaşlığın müxtəlif istiqamətləri, təşkilatın Bakıda keçirilən mühüm tədbirləri barədə də müzakirələr aparılıb. Qeyd olunub ki, 370-dən çox siyasi partiyanı birləşdirən İCAAP Asiya regionunda sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edən mühüm platformadır. Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası 2009-cu ildən bu təşkilatın üzvüdür. Sahibə Qafarova YAP-ın İCAAP çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verdiyini və onun fəaliyyətinə hər zaman dəstək olduğunu qeyd edib. O, bildirib ki, YAP yarandığı gündən Azərbaycanın siyasi həyatında aparıcı partiyadır. Partiya 1992-ci ildə bu il Azərbaycanda 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılıb.
Çunq Eui-Yonq isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq əlaqələri barədə də məlumat verərək, YAP-ın İCAAP-ın işinə güclü dəstəyinə və təşkilatda fəal iştirakına görə təşəkkürünü ifadə edib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova regionda mövcud olan vəziyyət, Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlaması, ölkəmizin 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə də məlumat verib. Spiker deyib ki, İCAAP-da heç vaxt ikili standartların şahidi olmamışıq və bu təşkilat baş verən proseslərə həmişə obyektiv münasibət sərgiləyib, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh və təhlükəsizliyə hər zaman dəstək verib.
Spiker Sahibə Qafarova həmçinin, cari ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etməsi barədə də danışıb. O, bu tədbirlərin yalnız qeyri-qanuni hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə aldığını, mülki əhaliyə və obyektlərə heç vaxt hücum edilmədiyini və bununla bağlı hər hansı iddianın əsassız olduğunu diqqətə çatdırıb. Spiker Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiya prosesi, Azərbaycanın sülh təşəbbüsləri barədə də danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Siyasət

29-10-2023, 18:32

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb

Siyasət

6-10-2023, 18:32

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikası Milli Assambleyasının sədri ilə görüşüb

Siyasət

29-09-2023, 22:03

Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədri ilə görüşüb

Video

29-09-2023, 22:09

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib

Siyasət

29-09-2023, 14:02

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Вчера, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
8-04-2026, 12:21
İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
8-04-2026, 12:19
Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır
8-04-2026, 12:15
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
Son xəbərlər
  • Сегодня, 12:22
    ATMU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
  • Сегодня, 12:20
    Ali Məhkəmədən xəbərdarlıq: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir
  • Сегодня, 12:18
    Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir
  • Сегодня, 12:15
    Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • Сегодня, 12:09
    Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
  • Сегодня, 12:07
    Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub
  • Сегодня, 12:06
    Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub
  • Вчера, 16:11
    Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər
  • Вчера, 16:05
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
  • Вчера, 13:02
    Hörmüz boğazının blokadası dünya iqtisadiyyatına təhdid yaradıb
  • Вчера, 12:59
    Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək
  • Вчера, 12:57
    Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • Вчера, 12:55
    Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
  • Вчера, 12:47
    “İmmunlaşdırma həftəsi” başlayır
  • 15-04-2026, 12:18
    Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib
  • 15-04-2026, 12:16
    Astronomlar: Kainat gözlənildiyindən daha sürətlə genişlənir
  • 15-04-2026, 12:13
    Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə sənəd qəbuluna başlanılır
  • 15-04-2026, 12:11
    Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? – Ali Məhkəmə açıqladı
  • 15-04-2026, 12:05
    Nurlu ömür, zəngin elmi irs, unudulmaz şəxsiyyət – akademik Zərifə Əliyeva
  • 14-04-2026, 20:24
    Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır
  • 14-04-2026, 20:20
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 14-04-2026, 12:37
    Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həyatını itirib
  • 14-04-2026, 12:36
    Məhkəmə ipoteka işlərində hansı məqamlara diqqət yetirməlidir? – Açıqlama
  • 14-04-2026, 12:33
    Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar
  • 14-04-2026, 12:32
    Azərbaycandan Ermənistana dizel yanacağı və gübrə daşıyan növbəti qatar yola salınıb
  • 14-04-2026, 12:30
    Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 13-04-2026, 11:34
    Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbulu aparılır
  • 13-04-2026, 11:32
    Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbi fəaliyyətə başlayır
  • 13-04-2026, 11:30
    DİM: Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən 13 mindən çox bakalavr ərizəsini təsdiq edib
  • 13-04-2026, 11:27
    Naxçıvanda çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınıblar
  • 13-04-2026, 11:25
    Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
  • 12-04-2026, 10:41
    İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı xəbərləri təkzib edib
  • 12-04-2026, 10:38
    Tramp: İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur
  • 12-04-2026, 10:33
    İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub
  • 12-04-2026, 10:29
    Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə