• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Türk birliyinin daha da güclənməsinə xidmət edəcək - ŞƏRH

Siyasət

26-08-2024, 23:52

Bakı, 26 avqust.

Qardaş xalqlar arasında dostluğun, sıx əməkdaşlığın möhkəmlənməsinə və inkişafına xidmət edən bütün təşəbbüslər olduqca yüksək rəğbətə, mühüm dəyərə malikdir. Bu mühüm missiyanın daşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət strategiyası Türk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotiv təşkil edir.

Bu sözləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, 1992-ci ildən keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantıları Türk dünyasını müxtəlif sahələrdə təşkilatlandırırdı. Məsələn, 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması mədəni, 2008-ci ildə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) əsasının qoyulması isə siyasi təşkilatlanma istiqamətində ilkin addımlar sayıla bilər. Bu fəaliyyət davamlı hal alaraq 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində imzalanan Saziş (Naxçıvan Sazişi ) əsasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, qısaca Türk Şurası) yaradılmasına, bütün bunlar isə Türk Dövlətləri Təşkilatının formalaşmasına yol açdı. Beləliklə, məhz Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bu gün Türk dünyasının daha da birləşməsinin şahidi oluruq. Bu, həm də ümummilli iradənin həyata keçirilməsi deməkdir. Belə ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2023-cü ilin mayın 14-17-ni əhatə edən ictimai rəy sorğusunun nəticələrinə görə, Azərbaycanda vətəndaşların böyük əksəriyyəti, yəni, 83,6 faizi özünü Türk dövlətlərinə daha yaxın hiss etdiyini bildirmişdi.

“Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi leksikona gətirilən “Bir millət, iki dövlət” şüarını indi “Bir millət, yeddi dövlət” olaraq genişləndirmək Türk dünyasının müstəqil dövlətlərini vahid güc ətrafında birləşdirmək istiqamətində atılmış mühüm addım ola bilər. Bu, vaxtilə Türkiyə ilə Azərbaycan arasında yaradılan strateji birliyin və güclü bağların digər qardaş Türk dövlətlərini də əhatə edə biləcəyinə dair mesajdır. Burada dövlətimizin başçısının Daşkənd səfəri əsnasında Özbəkistanla Azərbaycan arasında imzalanan müttəfiqlik haqqında sazişi xüsusilə vurğulamaq yerinə düşər. 2021-ci il iyunun 15-də Şuşada bəyan olunan Türkiyə-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlığı nümunəsində Prezident İlham Əliyevin Özbəkistana etdiyi səfər çərçivəsində avqustun 23-də imzalanan ikitərəfli Saziş müttəfiqliyin ali təsdiqi kimi tarixə düşdü. Azərbaycanın Özbəkistanla münasibətlərinin ayrıca xüsusi incə xətlə inkişafı, tarixi, dini, mədəni, mənəvi keçmişə istinad əsasında qurulan, müasir, qlobal əhəmiyyətli ideya və fikir yükü ilə zəngin olan bu münasibətlər gələcəkdə Türk birliyinin daha da güclənməsinə xidmət edəcək. Belə ki, Özbəkistanın TDT-yə üzvlüyü 2018-ci ildə elə məhz Bakıda reallaşanda bu, Azərbaycanın rəsmi Daşkəndə münasibətinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərirdi. Azərbaycan Prezidentinin Daşkənddə imzaladığı 20 istiqamət üzrə əməkdaşlıq sənədləri dövlətlərarası münasibətlərin inkişafına, xüsusilə iqtisadi münasibətlərdə artıma, investisiya, ticarət imkanlarının genişlənməsinə xidmət edir. Təsadüfi deyil ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin görüşündə gələn il “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edildi. Eyni zamanda, bu əməkdaşlıqda “Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin xüsusi rol oynadığı vurğulandı. Şəxsən düşünürəm ki, gələcəkdə Trans-Xəzər enerji dəhlizinin yaradılması Türk dünyasının enerji siyasətinin vahid xətt üzrə birləşdirilməsində, Zəngəzur dəhlizinin yaradılması isə nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsində mühüm rol oynaya bilər. Həmçinin Özbəkistanın strateji sahələrində Azərbaycanın yatırım və əməkdaşlıq imkanlarının genişləndirilməsi müstəsna əhəmiyyət daşıyır. Məsələn, Fərqanə vadisinin özbəklərə aid hissəsi neft, kömür, təbii qaz, dəmir, civə, gümüş və digər təbii sərvətlərlə zəngindir, bu işdə ortaq əməkdaşlıq imkanları nəzərə alına bilər. Özbəkistan isə xüsusilə Qarabağın bərpasında və yenidən qurulmasında iştirakda maraqlıdır, bu, son görüş zamanı da vurğulandı. Bundan əlavə, qeyd edə bilərik ki, xalqlarımızın yaşadıqları tarixi hadisələrin oxşarlığı, bir-birinə əl tutması Azərbaycan ilə Özbəkistan arasında daha sıx bağlar formalaşdırıb. Onların da öz “Qarabağı”, öz “qatil Daşnaksütyunları” və bütün bunların nəticəsində bu gün Ermənistanla minimum əlaqələri var, İrəvanda isə səfirlikləri belə yoxdur”, - deyə Ş.Cəlilzadə vurğulayıb.

Ekspertin sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdirilməsi Türk dünyasını birləşdirən halqalardan birinin daha güclənməsi deməkdir. Bu, həmçinin qlobal geosiyasi hadisələrin fonunda Türk milləti və dövlətləri üçün etibarlı qalaqurma strategiyasının icrası mahiyyəti daşıyır. Artıq Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya vahid geosiyasi regiona çevrilməkdədir. Bu bölgədə baş verən proseslər burada yerləşən dövlətlərin bir-biri ilə daha sıx əməkdaşlığı və dostluğu, onların çiyin-çiyinə addımlaması zəminində hər biri üçün faydaya çevriləcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

3-11-2023, 13:35

İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”

İdman

31-10-2023, 15:37

TDT ölkələrinin çoxtərəfli tərəfdaşlığı yeni dinamika qazanıb - Mirziyoyev

Siyasət

6-07-2024, 17:40

Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB

Siyasət

6-07-2024, 17:42

Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib YENİLƏNİB

Mədəniyyət

3-10-2023, 08:56

Şuşa III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edəcək

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Сегодня, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Сегодня, 14:16
Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb
25-04-2026, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
Son xəbərlər
  • Сегодня, 14:20
    Azərbaycan və BƏƏ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
  • Сегодня, 14:18
    Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • Сегодня, 14:16
    Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb
  • Сегодня, 14:13
    Sabah Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda forum işə başlayacaq
  • Сегодня, 14:11
    Azərbaycan və BƏƏ arasında Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası Bakıda baş tutub
  • Вчера, 12:50
    Eşqi Bağırov: Növbəti tədris ilindən “Rəqəmsal məktəb” platforması daha 5 şəhərdə tam tətbiq olunacaq
  • Вчера, 12:47
    Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron qaydada veriləcək
  • Вчера, 12:43
    Müdafiə Nazirliyində akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • Вчера, 12:03
    DİM: Qəbul imtahanlarında iştirak etmək üçün 89 mindən çox abituriyent qeydiyyatdan keçib
  • Вчера, 12:01
    WSJ: Tramp İranın danışıqlar təklifinə şübhə ilə yanaşır
  • Вчера, 11:57
    AzMİU-da “Dizayn həftəsi”nə start verilib: Yaradıcılıq, innovasiya və WUF13 ruhu bir arada
  • Вчера, 11:55
    Tibb Universitetinin dosenti: akademik Zərifə Əliyeva öz bilik və peşəkarlığı ilə seçilirdi
  • Вчера, 11:52
    Yol-nəqliyyat hadisələri baş verib: İşıqforlar və idarəetmə qutusu yararsız hala düşüb
  • Вчера, 11:49
    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
  • Вчера, 11:46
    Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
  • 27-04-2026, 14:40
    Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsilhaqqı dövlət büdcəsindən ödəniləcək
  • 27-04-2026, 14:38
    Ağcabədidə 2 nəfəri qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • 27-04-2026, 14:35
    Terror fəaliyyəti ilə bağlı yeni cəzalar parlamentdə üçüncü oxunuşda qəbul edilib
  • 27-04-2026, 14:33
    Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
  • 27-04-2026, 14:31
    Azərbaycan artan diplomatik cazibə mərkəzi kimi: Çexiya Baş nazirinin Qəbələ səfəri kontekstində yeni reallıqlar TƏHLİL
  • 27-04-2026, 14:26
    Prezident İlham Əliyev: Çexiya ilə çox fəal siyasi dialoqumuz var
  • 27-04-2026, 14:24
    “EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər
  • 27-04-2026, 14:21
    Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
  • 26-04-2026, 12:24
    Avropa İmmunlaşdırma Həftəsi: Hər nəsil üçün peyvəndlər effektivdir
  • 26-04-2026, 12:02
    Türk dünyasında qadınların iqtisadi güclənməsi: Düzcədə memorandumlar imzalanıb
  • 26-04-2026, 11:59
    Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir
  • 26-04-2026, 11:56
    Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb
  • 25-04-2026, 16:38
    Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 25-04-2026, 16:35
    Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • 25-04-2026, 16:31
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə