• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Siyasət

26-06-2024, 18:26

Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında Azərbaycan-NATO tərəfdaşlığının qurulmasının 30-cu ildönümünə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 106 illik yubileyinə həsr olunan rəsmi qəbul və fotosərgi təşkil edilib.
Azərbaycanın NATO yanında nümayəndəliyi tərəfindən təşkil olunan tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Hərbi Komitəsinin sədr müavini, Alyansın Beynəlxalq Qərargahının, Beynəlxalq Hərbi Qərargahının, Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri, eləcə də NATO-ya üzv və tərəfdaş ölkələrin Alyans yanındakı səfirləri və hərbi nümayəndələri,o cümlədən diplomatik korpusun üzvləri iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin ölkəmizin ordu quruculuğunda və Alyansla tərəfdaşlığın inkişafında tarixi xidmətləri barədə məlumat verib. Nümayəndəliyin başçısı qeyd edib ki, müstəqilliyinin ilk illərində çətin siyasi vəziyyətlə üzləşən, ərazi bütövlüyü və suverenliyi pozulan yeni müstəqil dövlət üçün NATO ilə tərəfdaşlığın əsasının qoyulması Azərbaycanın xarici və təhlükəsizlik siyasətində mühüm qərarlardan biri olmuşdur. Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində hazırda Azərbaycanın dünyada güclü ordulardan birinə malik olduğu vurğulanıb.

Nümayəndəliyin rəhbəri Prezident İlham Əliyevin apardığı müdrik, rasional və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, ərazisində separatizmə, xarici hərbi qüvvələrin mövcudluğuna son qoyduğunu və bunun münaqişələrin həlli ilə bağlı dünya tarixində görünməmiş hal olduğunu bildirib. O, Azərbaycanın otuz il davam edən münaqişəni həll etməklə regional sabitliyə əsas təhlükəni aradan qaldırdığını, Ermənistanla münasibətlərin normallaşması prosesinə təşəbbüs göstərərək Cənubi Qafqazın sabit və firavan regiona çevrilməsinə şərait yaratdığını və bu addımların ölkəmizin Avro-Atlantika təhlükəsizliyi üçün də vacib olan regionda davamlı sülhə sadiqliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Ölkəmizin Alyansla praktiki əməkdaşlığı ilə yanaşı, yüksək səviyyəli dialoqunun da son bir neçə ildə intensivləşdiyini vurğulayan nümayəndəliyin başçısı Prezident İlham Əliyevin 2021-ci ilin dekabrında NATO-nun mənzil-qərargahına səfərinin tərəfdaşlığımıza yeni təkan verdiyini deyib. C.Hüseynzadə, həmçinin NATO-nun Baş katibi Yens Stoltenberqin cari ilin 17-18 mart tarixlərində Bakıya səfərinin Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətini və Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədiyini bildirib.

Cəfər Hüseynzadə ölkəmizin NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı həm yüksək səviyyəli siyasi dialoqu, həm də praktiki əməkdaşlığı inkişaf etdirdiyini, Alyansla, xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji ixracı, iqlim dəyişikliyi və COP29 çərçivəsində əməkdaşlıq imkanlarını qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi polkovnik Ağaverdi Quliyev çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu haqqında məlumat verib və hər iki əlamətdar ildönümün Azərbaycanın həm milli, həm də beynəlxalq müstəvidə sülhə və təhlükəsizliyə sadiqliyinin sübutu olduğunu vurğulayıb.

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Alyansın Hərbi Komitəsinin sədr müavini general-leytenant Andrew Rohling çıxış ediblər.

Xüsusi nümayəndə 30 il əvvəl Ümummilli Lider Heydər Əliyevin Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinə (SNT) imza ataraq, Azərbaycanla NATO arasında tərəfdaşlığın əsasını qoymasını tarixi addım adlandırıb. “Həmin vaxtdan bəri Alyansla Azərbaycan arasında güclü siyasi dialoq və praktiki əməkdaşlıq əlaqələri qurulub” - deyən X.Kolomina bunun bariz nümunələrindən biri kimi NATO Baş katibi Yens Stoltenberqin bu ilin 17-18 mart tarixlərində Bakıya səfərini qeyd edib.

Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu bildirən X.Kolomina ölkəmizlə NATO arasında bir sıra istiqamətlərdə, xüsusilə enerji təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə mövcud əməkdaşlıq imkanlarına diqqət çəkib.

General-leytenant Andrew Rohling çıxışında Azərbaycanın Alyansla praktiki əməkdaşlıqda aktiv fəaliyyət nümayiş etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, xüsusilə Əfqanıstanda Kabil Hava Limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanın NATO-nun Təbii Fəlakətlərə Cavab Tədbirləri üzrə Avro-Atlantik Koordinasiya Mərkəzi (EADRCC) ilə əməkdaşlıq çərçivəsində bu sahədə Alyansa töhfələrini vurğulayıb. A.Rohling, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın NATO tərəfindən yüksək qiymətləndirildiyini xüsusi olaraq qeyd edib.

NATO-nun mənzil-qərargahında, həmçinin Alyansla Azərbaycanın 30 illik münasibətlərini əks etdirən fotosərgi təşkil olunub. Sərgidə Ulu Öndər Heydər Əliyevin Alyansla tərəfdaşlığa mühüm töhfələrini, Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayında NATO-nun mənzil-qərargahına səfərini, NATO Baş katibinin bu il martın 17-18-də ölkəmizə səfərini, həmçinin Azərbaycanın NATO əməliyyatlarına töhfələrini əks etdirən fotoşəkillər nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-05-2024, 10:17

Hərbi Dəniz Qüvvələrinin NATO-nun nümayəndələri ilə görüşü keçirilib

Siyasət

26-05-2024, 13:22

Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Siyasət

19-03-2024, 17:13

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir

Siyasət

18-03-2024, 11:47

NATO Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Siyasət

19-03-2024, 17:08

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır -

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
  • 18-04-2026, 10:14
    Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir
  • 17-04-2026, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • 17-04-2026, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə