• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

Siyasət

16-06-2024, 08:34

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru
16.06.2024 [02:44]
TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru
Şuşa, 16 iyun,

Xəbər verdiyimiz kimi, iyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsi ilə dövlətlərimiz arasında mövcud olan sarsılmaz, əbədi qardaşlıq münasibətləri bir daha bütün dünyaya bəyan edilib.

Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı “Biz birlikdə güclüyük!” adlı film nümayiş etdirilib.

Daha sonra beynəlxalq konfransın Milli Məclisin deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi Ramil Həsənin moderatorlğu ilə “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə” mövzusunda I plenar sessiya keçirilib.

Plenar sessiyada çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafı bilavasitə lider amili ilə əlaqədardır. Müasir Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır. Müdrik dövlət xadimi istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək xalqımız üçün taleyüklü məsələlərin həllinə nail olmuşdur. Ulu Öndər müstəqillik dövründə ölkəmizi tənəzzüldən qurtararaq inkişaf yoluna çıxarmışdır.

Tahir Budaqov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Türk dünyasında da xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır və olduqca yüksək dəyərləndirilir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasi varisi –Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur. Dövlətimizin başçısı Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə böyük önəm verir.

Çıxış edən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin tarixində məhək daşı olan Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü münasibətilə təbriklərini çatdırıb: “Doğrusunu deyim ki, bu il daha çox bəxtiyaram. Çünki artıq Şuşadan -Xarıbülbül diyarından avtobuslara minərək Xocalıya, Xankəndiyə gedəcəyik. Oralara əvvəllər olduğu kimi, daha kənardan baxmayacağıq. Bu tarixi müvəffəqiyyətə imza atan qardaş Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Bu Qələbə hamımıza böyük bir ərmağandır. Biz hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü regionda sülhün açarı kimi qiymətləndirmişik. Uzun illər Azərbaycan torpaqlarının işğalına qarşı birlikdə mübarizə etdik. Beynəlxalq aləmdə bu məsələ ilə bağlı nümunəvi birlik nümayiş etdirdik.

Qardaş ölkələr arasında münasibətlərin digər türk dövlətləri üçün nümunə olduğunu bildirən E.Ala deyib: “İllərlə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və digər məsələlərdə biz həmişə bir yerdə olmuşuq, bu birliyimiz bundan sonra da davam edəcək. Azərbaycan və Türkiyə arasında əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsi həm də bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir”.

Qazaxıstanın “AMANAT” Partiyasının İcra katibi Daulet Kəribek bu beynəlxaq konfransın Türk Dövlətləri Təşkilatının inkişafına və daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını bildirib. Onun sözlərinə görə, tədbirin qardaş Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin rəmzi mənası var.

“Sevindicidir ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq müstəvidə rolu artır. Hazırkı çətin geosiyasi şəraitdə TDT beynəlxalq siyasəti rasional və praqmatik xətlər üzərində saxlayan qüvvələrdən biri olmaqda davam edir. Beləliklə, TDT itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır. TDT-nin dövlət başçılarının müxtəlif istiqamətlərdə inteqrasiyanı daim inkişaf etdirmək, dərinləşdirmək istiqamətində məqsədyönlü addımlar atmaları olduqca vacibdir. Müasir beynəlxalq siyasətdə Türk dünyasının əhəmiyyəti və rolu artıb. Qazaxıstan Prezidentinin qeyd etdiyi kimi, “Türk dünyası qlobal güclərlə bərabər şəraitdə qarşılıqlı fəaliyyət göstərir”. Bu, çox vacibdir, çünki hazırkı şəraitdə qlobal təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində əsas pay “orta güclər”in üzərinə düşür”, - deyə “AMANAT” Partiyasının İcra katibi vurğulayıb.

Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov Özbəkistanın xarici siyasətinin mühüm prioritetlərindən birinin məhz dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji tərəfdaşlıq və əməkdaşlıq sisteminin formalaşdırılması olduğunu deyib. O, Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlı tərəfdaşı kimi dəyərləndirib. Ölkələrimizin ortaq dilə, adət-ənənələrə malik dost dövlətlər olduğunu vurğulayan A.Xaitov son illər əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini deyib. Onun sözlərinə görə, dövlət başçılarının siyasi iradəsi Özbəkistan-Azərbaycan çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri səviyyəsində dostluq münasibətlərinə yeni ruh verib. Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan münasibətləri Azərbaycanla Özbəkistan arasında səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir”.

Milli Məclisin deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi Ramil Həsən isə bildirib ki, türk dövlətləri arasında əlaqələr davamlı olaraq inkişaf edir. Onun sözlərinə görə, türk xalqlarını ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi dəyərlər, tarixi köklər birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir.

Türk dövlətlərinin coğrafi-strateji baxımdan dünyanın əhəmiyyətli bölgəsində yerləşdiyini deyən R.Həsən qeyd edib ki, bu dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılmasında rolu getdikcə artır.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın moderatorluğu ilə “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” mövzusunda keçirilən II plenar sessiyada çıxış edən YAP Sədrinin müavini, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, qədim Türk dünyasının və bu dünyanın tərkib hissəsi olan ayrı-ayrı türk xalqlarının, türk dövlətlərinin öz mövcudluqlarını qoruyub saxlamasını, onların inkişafını şərtləndirən ən mühüm amillərdən biri, bəlkə də birincisi, bu günə qədər yaşatmış olduqları ortaq dəyərlər, türkçülük məfkurəsidir.

2020-ci ilin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar olduğunu bildirən YAP Sədrinin müavini xatırladıb ki, 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycanın müzəffər Ordusu tərəfindən azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu: “Bu Qələbənin əldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan Qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm Qələbəmizin digər əsas mühüm amili isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır”.

YAP Sədrinin müavini işğaldan azad edilən ərazilərimizin bərpası işində də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

Çıxış edən Ulusal Birlik Partiyasının sədri, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel qeyd edib ki, köklü tarixə əsaslanan və böyük gələcəyə doğru güclü addımlar atan Türk Dövlətləri Təşkilatı 200 milyona yaxın əhali sayı, təqribən 4.5 milyon kvadrat kilometrə çatan ərazi və 2 trilyon dollara çatan iqtisadi potensialı ilə artıq güc mərkəzinə çevrilib.

O bildirib ki, tarixi və ortaq ənənələrə, dəyərlərə malik TDT-nin beynəlxalq nüfuzu getdikcə artır: “Bu təşkilatın geosiyasi fonda əhəmiyyəti böyükdür”.

Ü.Üstel qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi qismində üzv seçilməsi qürurvericidir. O, buna dəstək verən bütün qardaş ölkələrə minnətdarlıq edib.

Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti əlaqələrindən bəhs edən Baş nazir ölkələrimizin əməkdaşlığı istiqamətində mühüm səylər göstərdiklərini, əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb.

AK Parti Sədrinin Xarici əlaqələr üzrə müavini, TBMM-nin üzvü Zafer Sırakaya çıxışında qeyd edib ki, dünyada qarşıdurmaların və qeyri-sabitliyin getdikcə artdığı və qlobal rəqabətin sürətləndiyi bir dövrdə yaşayırıq: “Belə çətin bir prosesdə dünyanın iqtisadi mərkəzlərinin dəyişdiyini və coğrafiyamızın cəlbedici mərkəzə çevrildiyini də müşahidə edirik. Belə bir mühitdə artıq Türk dünyası olaraq aramızdakı bağların güclənməsinə hər zaman olduğundan daha çox ehtiyac duyuruq”.

Zafer Sırakaya qeyd edib ki, Türk dünyası birliyini möhkəmləndirəcək sağlam addımlar atmaqda və mühüm nailiyyətlər əldə etməkdədir.

Plenar sessiyada çıxış edən Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki Macarıstanda keçirilən son prezident seçkilərindən, Avropa İttifaqının və AŞPA-nın ikili standartlarından bəhs edib. Azərbaycanda qadınlara səsvermə hüququnun Avropa ölkələrindən öncə verildiyini bildirən Attila Tilki qeyd edib ki, indi həmin ölkələr demokratiyadan danışırlar: “Bizim türklərlə qohumluğumuz olduğu üçün çox qürurluyuq. Çünki bilirik ki, biz birlikdəyik”.

Azərbaycanda olduqları üçün özlərini xoşbəxt hiss etdiklərini deyən Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı ölkəmizə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə Qarabağın incisi, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərini yenidən ziyarət etməkdən məmnun olduğunu deyib. O, hər il bu diyarda Şuşa Bəyannaməsinə həsr olunmuş konfransların keçirilməsinin ənənə halını aldığını bildirib.

Azərbaycanın haqq yolunda olduğunu deyən TBMM-in üzvü qeyd edib ki, tarixi ədalət uğrunda mübarizə məntiqi yekununa çatıb: “44 günlük Vətən müharibəsindən sonra 23 saatlıq antiterror tədbirləri həyata keçirildi. Daha sonra Qazaxın 4 kəndi diplomatik yolla azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün Azərbaycanın hər tərəfində üçrəngli dövlət bayrağı dalğalanır”.

Ş.Ayrım Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin önəmini vurğulayaraq deyib ki, bu gün Türk dünyasının birliyi qaçılmaz prosesdir: “Bütün Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə qürur duyur”.

Ş.Ayrım, həmçinin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına mütləq qayıdacaqlarına inamını ifadə edib.

Sonra YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun moderatorluğu ilə “Türk Dünyası - 2040”: gələcəyə konseptual baxış” mövzusunda III plenar sessiya keçirilib.

Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar çıxışında bildirib ki, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi sadəcə iki dövlət arasında strateji müttəfiqlik sənədi deyil, bütün Türk dünyasında birlik ruhunu tərənnüm edir. Avrasiyada ehtiyac duyulan əsas amillərdən biri TDT çətiri altında sağlam işbirliyidir.

A.Attarın fikrincə, 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsində yer alan müddəalar suverenlik, bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququn əsas prinsipləridir: “Bu amilin “Türk Dünyası – 2040” vizyonununda da öz əksini tapması çox önəmlidir”.

Plenar sessiyada Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Azərbaycanın tarixi torpağı olan Qarabağın dirçəlişinin və çiçəklənməsinin simvoluna çevrilən Şuşada keçirilən beynəlxalq konfransda iştirakından məmnunluğunu bildirib.

“Bu gün əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı tamhüquqlu beynəlxalq təşkilat kimi özünü təsdiqləyib və dünya siyasətində mühüm platformaya çevrilib. Təşkilatımızın institusional strukturu formalaşdırılıb. 2040-cı ilə qədər, demək olar ki, bütün qarşılıqlı fəaliyyət sahələrində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsi nəzərdə tutulur”, - deyə Kayrat Osmonaliyev qeyd edib.

O, Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin tərəfdaşlıq formatında olduğunu deyib.

Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula isə çıxışında bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvü olan və qurumda müşahidəçi qismində təmsil olunan ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət, investisiya əlaqələrinin dəstəklənməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması qarşıda duran əsas hədəflərdəndir: “Türk dünyasının 2040-cı ilə qədərki inkişaf strategiyası bir çox sahələri əhatə edir. Bunlardan ən prioritet olanlardan biri isə, şübhəsiz ki, ortaq iqtisadiyyatın inkişaf etdirilməsidir. Odur ki, türk dövlətləri arasında maliyyə və investisiya cəlbedicililiyinin artırılması, elektron ticarətin, eləcə də kiçik və orta sahibkarlığın sürətli inkişafına nail olunması xüsusilə diqqətdə saxlanılmalıdır”.

Adem Kula türk coğrafiyasının çox böyük arealı əhatə etdiyini, eyni zamanda, bu coğrafiyada yerin üstü kimi altının da həddindən artıq zəngin olduğunu bildirib.

Çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu bildirib ki, hazırda türk xalqlarının ortaq mədəniyyətini qorumaq, inkişafını sürətləndirmək təmsil etdiyi qurumun əsas vəzifələri sırasındadır. O bildirib ki, yaradıldığı gündən bu təşkilat hər zaman öz fəaliyyətini türk xalqları arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində qurub. İşğaldan azad edildikdən sonra Şuşaya ilk səfərini xatırladan Nuri Aksu şəhərdə qısa müddətdə görülən işlərin heyranedici olduğunu deyib.

“Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsində qəbul edilən “Türk Dünyası - 2040” vizyonu sənədi bizim yol xəritəmizdir. Biz yol xəritəsinə uyğun olaraq 2040-cı il hədəflərimizə doğru inamla addımlayırıq”,- deyə Nuri Aksu bildirib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, bu gün Türk dünyası inkişaf edir və güclənir. Onun sözlərinə görə, hazırda dünyada baş verən mürəkkəb proseslər strateji təhlil və konseptual baxış tələb edir.

S.Seyidov qeyd edib ki, Şuşa Bəyannaməsi bütövlükdə Türk dünyasının önəmini artırır: “Bu sənədin imzalanmasından bir neçə ay sonra - 2021-ci ilin noyabr ayında İstanbulda keçirilən Zirvə toplantısında mühüm strateji əhəmiyyət kəsb edən sənəd qəbul olundu. Həmin sənəddə bu gün müzakirə etdiyimiz bütün mövzular əksini tapıb. Sənəddə xarici siyasət və təhlükəsizlik, iqtisadiyyat, xalqlarımız arasında əlaqələr, dünyanı Türk dünyasına yaxınlaşdırmaq və Türk dünyasını dünyaya açmaq siyasəti əksini tapıb”.

Beynəlxalq konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Beynəlxalq konfransın iştirakçıları Şuşanın tarixi məkanları, şəhərdə aparılan tikinti və bərpa-quruculuq işləri ilə tanış olublar.

Paylaş:
Digər xəbərlər

Siyasət

15-06-2024, 10:43

Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı ölkələrinin siyasi partiyalarının əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır

Siyasət

15-06-2024, 10:41

Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir

Cəmiyyət

6-03-2024, 22:02

Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib YENİLƏNİB

Siyasət

17-02-2024, 18:49

Azərbaycanın xarici siyasətində yeni istiqamətlər

Siyasət

16-02-2024, 10:47

Qalib xalqın qalib Lideri ilə Azərbaycan yeni hədəflərə doğru daha inamla irəliləyəcək –

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 12:24
Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
29-04-2026, 14:18
Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
29-04-2026, 14:16
Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb
25-04-2026, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Son xəbərlər
  • Вчера, 12:32
    Dövlət qulluğuna qəbul imtahanına 1518 namizəd ərizə təqdim edib
  • Вчера, 12:31
    Rezidenturaya qəbul imtahanında 1702 namizəd iştirak edəcək
  • Вчера, 12:26
    Ədliyyə Nazirliyi “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib
  • Вчера, 12:24
    Oğuzda narkokuryerlərdən 13 kiloqramdan artıq marixuana aşkarlanıb
  • Вчера, 12:22
    Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür
  • Вчера, 12:15
    “Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər
  • 29-04-2026, 14:20
    Azərbaycan və BƏƏ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
  • 29-04-2026, 14:18
    Abşeronda saxlanılan şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 29-04-2026, 14:16
    Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb
  • 29-04-2026, 14:13
    Sabah Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda forum işə başlayacaq
  • 29-04-2026, 14:11
    Azərbaycan və BƏƏ arasında Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası Bakıda baş tutub
  • 28-04-2026, 12:50
    Eşqi Bağırov: Növbəti tədris ilindən “Rəqəmsal məktəb” platforması daha 5 şəhərdə tam tətbiq olunacaq
  • 28-04-2026, 12:47
    Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron qaydada veriləcək
  • 28-04-2026, 12:43
    Müdafiə Nazirliyində akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • 28-04-2026, 12:03
    DİM: Qəbul imtahanlarında iştirak etmək üçün 89 mindən çox abituriyent qeydiyyatdan keçib
  • 28-04-2026, 12:01
    WSJ: Tramp İranın danışıqlar təklifinə şübhə ilə yanaşır
  • 28-04-2026, 11:57
    AzMİU-da “Dizayn həftəsi”nə start verilib: Yaradıcılıq, innovasiya və WUF13 ruhu bir arada
  • 28-04-2026, 11:55
    Tibb Universitetinin dosenti: akademik Zərifə Əliyeva öz bilik və peşəkarlığı ilə seçilirdi
  • 28-04-2026, 11:52
    Yol-nəqliyyat hadisələri baş verib: İşıqforlar və idarəetmə qutusu yararsız hala düşüb
  • 28-04-2026, 11:49
    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
  • 28-04-2026, 11:46
    Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
  • 27-04-2026, 14:40
    Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsilhaqqı dövlət büdcəsindən ödəniləcək
  • 27-04-2026, 14:38
    Ağcabədidə 2 nəfəri qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • 27-04-2026, 14:35
    Terror fəaliyyəti ilə bağlı yeni cəzalar parlamentdə üçüncü oxunuşda qəbul edilib
  • 27-04-2026, 14:33
    Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
  • 27-04-2026, 14:31
    Azərbaycan artan diplomatik cazibə mərkəzi kimi: Çexiya Baş nazirinin Qəbələ səfəri kontekstində yeni reallıqlar TƏHLİL
  • 27-04-2026, 14:26
    Prezident İlham Əliyev: Çexiya ilə çox fəal siyasi dialoqumuz var
  • 27-04-2026, 14:24
    “EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər
  • 27-04-2026, 14:21
    Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
  • 26-04-2026, 12:24
    Avropa İmmunlaşdırma Həftəsi: Hər nəsil üçün peyvəndlər effektivdir
  • 26-04-2026, 12:02
    Türk dünyasında qadınların iqtisadi güclənməsi: Düzcədə memorandumlar imzalanıb
  • 26-04-2026, 11:59
    Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir
  • 26-04-2026, 11:56
    Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb
  • 25-04-2026, 16:38
    Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 25-04-2026, 16:35
    Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə