• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib

Siyasət

29-09-2023, 22:12

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib. "İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik – gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı" mövzusunda müzakirələr zamanı spiker Sahibə Qafarova müzakirə olunan mövzu ilə bağlı Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrindən də əvvəl qadınlara səsvermə hüququ verdiyini bildirən Milli Məclisin sədri, həmçinin deyib ki, ölkəmizdə qadınlar kişilərlə bərabər hüquq və azadlıqlara malikdirlər. Bu gün Azərbaycan qadınların səlahiyyətlərinin artırılması sahəsində xeyli irəliləyiş əldə edib. O cümlədən, gənclərin də müxtəlif dövlət dəstəyi proqramları və inkişaf strategiyaları vasitəsilə artıq ictimai həyata müsbət təsir göstərmək üçün lazım olan iştirak səviyyəsinə çatdıqlarını ifadə edən Sahibə Qafarova deyib ki, biz bələdiyyə və parlament seçkilərində iştirak edən və qalib gələn, yüksək qərarqəbuledici mövqelər tutan qadınların və gənclərin faizində ardıcıl artımın şahidi oluruq.
Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələrinin əsrlər boyu heç bir ayrı-seçkilik olmadan ləyaqət, sülh və dostluq şəraitində birgə yaşadıqlarını bildirən Milli Məclisin sədri qeyd edib ki, bu gün onlar ictimai həyatın bütün sahələrində, o cümlədən parlamentdə fəal təmsil olunurlar.
Spiker Sahibə Qafarova çıxışında bildirib ki, sülh və təhlükəsizlik vəziyyətinin qanunun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlində isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur. O, xatırladıb ki, bu konfransda suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti vurğulanıb. Sahibə Qafarova təəssüflə qeyd edib ki, Azərbaycanın timsalında bu prinsiplərə etinasızlıq meyli var. Bu əsas prinsiplərə hörmət məsələsində ikili standartların nümayiş etdirilməsi Avropa demokratiyası üçün kifayət qədər ciddi çağırışdır.
Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Üç ildir ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin davam etdirilməsi kimi vasitələrdən istifadə edib. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsi və qanunsuz marionet rejiminin mövcudluğu regionda sülhün və sabitliyin əldə olunmasına əsas maneələr olub.
Spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan son aylarda Qarabağ bölgəsində qondarma "blokada", "humanitar böhran"la bağlı yalan və əsassız iddialar əsasında manipulyasiya etməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Azərbaycanın təklifi ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bu əraziyə eyni vaxtda yüklərin daşınması bu iddiaları puça çıxarıb.
Sentyabrın 19-da isə Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu söyləyən parlamentin spikeri qeyd edib ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alaraq lokal anti-terror tədbirlərinə başlayıb. Bu tədbirlər zamanı mülki əhali və obyektlər heç bir halda hədəfə alınmayıb və bununla bağlı iddialar tamamilə əsassızdır. Sahibə Qafarova həmçinin bildirib ki, terrorla mübarizə tədbirləri 24 saatdan da az müddətdə öz məqsədlərinə çatıb. Hazırda Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı rejim özünü buraxıb. Hələ də davam edən erməni silahlı qüvvələrinin tərksilah edilməsi prosesi ərazilərimizin qeyri-qanuni hərbiləşdirilməsinin dəhşətli miqyasını ortaya qoydu.
Milli Məclisin sədri xatırladıb ki, artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlayıb. Qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərinin nümayəndələri ilə iki görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupu regionda sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri ilə məşğul olur. Artıq yerli sakinlərə ərzaq, dərman və yanacaq da daxil olmaqla humanitar yardımların çatdırılmasına başlanılıb. Həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə yüklər daşınır.
Spiker Sahibə Qafarova reinteqrasiya prosesinin uğurlu olacağına inamını ifadə edərək deyib ki, heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etmir. Bununla bağlı bir dənə də olsun fakt yoxdur. Ərazini tərk edənlər isə bunu öz seçimləri əsasında edirlər. Milli Məclisin sədri bir daha vurğulayıb ki, Qarabağın erməni sakinlərinin bütün hüquqları və təhlükəsizliyi Konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərə uyğun olaraq təmin ediləcək. 30 ildir ki, cinayətkar rejimin girovluğunda olan etnik ermənilər daha yaxşı həyata malik olacaqlar və azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yenidən yaşayacaqlar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Video

29-09-2023, 22:09

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib

Cəmiyyət

2-10-2023, 12:15

Milli Məclisdə vəfat edən deputatların xatirəsi yad edilib

Siyasət

29-09-2023, 22:03

Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədri ilə görüşüb

Siyasət

6-10-2023, 18:32

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikası Milli Assambleyasının sədri ilə görüşüb

Siyasət

29-09-2023, 14:02

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə