• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səttar Möhbalıyev: Müasir Azərbaycan gəncliyi savadlı, yaradıcı və vətənpərvərdir

Siyasət

2-02-2024, 13:10

Gənclər bütün tarix boyu Azərbaycan xalqının əsas aparıcı hissəsini təşkil edərək milli kimliyimizin formalaşmasında, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılmasında özünəməxsus rol oynayıb, əzmkarlığı, cəsarəti və qəhrəmanlığı ilə özlərindən bəhs etdirib. İşğalçılara qarşı aparılan azadlıq mübarizələrində də Azərbaycan gəncləri ön sırada yer alıblar. Gənclər sağlam düşüncəli, milli ruhlu, vətənpərvər, soykökünə bağlı və dövlətinə sadiq olublar. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirərkən gənclərə xüsusi önəm verib, Vətənimizin tərəqqisində, dövlətimizin gələcək inkişafında onların rolunu yüksək dəyərləndirib. İstər sovet, istərsə də müstəqillik illərində Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə gənclər siyasəti onun fəaliyyətində prioritet olub. Gənclərin sağlam şəraitdə böyümələri, yaxşı təhsil almaları, müasir elmlərə yiyələnmələri, dövlət vəzifələrində irəli çəkilmələri üçün əhəmiyyətli işlər görüb. Ümummilli Lider qurub-yaratdığı müasir Azərbaycanı gənclər ölkəsi adlandırırdı və Azərbaycanın gələcək inkişafında gənclərə böyük ümidlər bağlayırdı. Həqiqətən də Azərbaycan gəncliyi ona olan ümidləri layiqincə doğrultdu. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz tarixinin ən parlaq dövrünü yaşayır, dönməz inkişaf yolu tutaraq sabaha inamla irəliləyir.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Bu gün Azərbaycan gəncliyinin demokratik ölkədə əmin-amanlıq şəraitində xoşbəxt yaşadığını vurğulayan deputat bildirib: “Dövlətimiz onların hərtərəfli inkişafı, potensialının üzə çıxarılması və qiymətləndirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması, cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsi üçün zəruri şərait yaradıb. Odur ki, gənclərdə öz gücünə, istedadına inam hissi artıb, bütün istiqamətlərdə, o cümlədən idman, təhsil və digər sahələrdə uğurlar bir-birini əvəzləyir. Savadı, yaradıcılığı, işgüzarlığı ilə ad çıxaran müasir Azərbaycan gəncliyi həm də dövlətə sədaqəti, Vətənə dərin məhəbbəti ilə də seçilir. Onlar Vətən müharibəsində bir daha sübut etdilər ki, Ana Vətəni canlarından artıq sevir və bu yolda ölməyi özləri üçün şərəf hesab edirlər. Gənclərimiz, həqiqətən də rəşadəti, qəhrəmanlığı ilə bütün dünya ictimaiyyətini özlərinə heyran qoydular. Biz Vətən müharibəsində iştirak etmiş hər bir gəncə minnətdarıq”.
S.Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə fəal dəstək verir: “Gənclərin böyük qisminin həmkarlar ittifaqı sıralarında birləşməsi təşkilatımızın bu istiqamətdə məsuliyyətini daha da artırır. Belə ki, həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini (29 yaşadək) gənclər təşkil edir. AHİK müxtəlif vaxtlarda “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”, “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və s. qərarlar və digər sənədlər qəbul edib, onları uğurla həyata keçirib. Ümumiyyətlə, biz gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndirir, onları həmkarlar ittifaqlarının gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Buna görə də gənclərin sosial-iqtisadi problemlərinin həllinə kömək göstərilməsinə, onların həmkarlar ittifaqı strukturlarındakı fəaliyyətinə, keçirilən tədbirlərə, aksiyalara cəlb edilməsinə və həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi önəm veririk”.
AHİK sədri qeyd edib ki, sahə həmkarlar ittifaqlarının, demək olar ki, böyük əksəriyyətində gənclər şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Şuralar gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 500-ə yaxın gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. AHİK Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Ümumhəmkarlar İttifaqları Konfederasiyası və digər təşkilatlar tərəfindən gənclərlə bağlı təşkil edilən tədris proqramlarında onların iştirakına xüsusi diqqət yetirir.
“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əlaçı müdavimlərinə hər il həmkarlar ittifaqlarının pul mükafatı verilir. Həmçinin ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə təhsildə uğur qazanmış, ictimai işlərdə fərqlənmiş tələbələrə də “Adlı təqaüd” verilir. İndiyədək 3 minə yaxın gənc bu təqaüdə layiq görülüb. Bəzi ali məktəbdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, hər il onlarla imkansız tələbənin təhsil haqlarının 30 faizi, bəzilərinin isə 100 faizi həmkarlar ittifaqı tərəfindən ödənilir. Hər il tələbə-gənclər arasında sağlam həyat tərzinin təbliği, onlarda elmə marağın aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində addımlar atılır”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-02-2024, 08:58

Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir

Cəmiyyət

2-02-2024, 09:14

Azərbaycan Gəncləri Günü: Gəncliyə qayğı etibarlı gələcəyimizin qarantıdır

Cəmiyyət

1-12-2023, 19:00

Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür

Siyasət

12-12-2023, 09:45

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Cəmiyyət

2-02-2024, 09:23

Ağcabədidə Gənclər Günü münasibətilə tədbir keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə