• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir

Cəmiyyət

1-02-2024, 08:58

Bu gün gənc nəslin düzgün yetişdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət siyasətində önəmli yer tutur. Gənclər bizim gələcəyimizdir. Həyatın bütün sahələrində quruculuq işlərinin, dövlət idarəçiliyinin müxtəlif sahələrindəki yaşlı nəsli sabah gənclər əvəz edəcək. Ölkənin qurucuları, sahibləri onlar olacaqlar. Bu baxımdan dövlətin, xalqın gəncliyə bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısına çevrilib. Gənclərlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini də ayrı-ayrı şəxsiyyətlərin, Milli qəhrəmanların, Vətənin müdafiəsində canından keçmiş şəhidlərimizin, sağlamlığını torpaqlarımızın azadlığı yolunda qoymuş qazilərimizin şəxsi nümunələrindən istifadədir. Biz Birinci və İkinci Qarabağ müharibələrində də bunun şahidi olduq. Xüsusilə, Vətən müharibəsində düşmənə sinə gərən, onları geri oturdan, “Torpaqdan pay olmaz”- deyərək düşmənə qan udduran yenilməz Azərbaycan Ordusunun əsasını gənclər təşkil edirdi. Həmin gənclər torpağımıza göz dikən erməni faşistlərini darmadağın edərək tarixi Qələbə qazandı.
Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Komitə sədri vurğulayıb ki, Azərbaycan gəncliyi həmişə özünü ən çətin sınaqlarda irəli verib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini yüksək qiymətləndirərək ona inandığını, güvəndiyini bildirmişdi. Heydər Əliyev demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”.
Hüquq müdafiəçisi Ulu Öndərin siyasi hakimiyyətə qayıdışını xatırladaraq deyib ki, müdrik şəxsiyyətin həyata keçirdiyi siyasətin prioritetini gəncliyə diqqət və qayğı təşkil edirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illərdə gənc nəslə qayğını heç vaxt əsirgəməyib. Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ümummilli Lider gənclərin hərtərəfli biliyə malik olmaları üçün onların mükəmməl təhsil almalarını diqqət mərkəzində saxlayırdı.
2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gəncin təhsil almasının təşəbbüskarı da müdrik şəxsiyyət Heydər Əliyev olmuşdu. Tarixi şəxsiyyət ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşür, onlara “Prezident təqaüdü”nün verilməsi barədə Sərəncam imzalayırdı. Bu, gəncliyin təhsilə olan marağını daha da artırırdı.
Ç.Qənizadə bildirib ki, illər keçdikcə dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu da artırdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Heydər Əliyevin 2 fevral 1997-cidə imzaladığı Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Hüquq müdafiəçisi deyib ki, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına diqqət və qayğını daha da artırıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bir-birinin ardınca imzalanan sərəncamlar, gəncliyə göstərilən yüksək səviyyəli qayğının nəticəsində gənclərimizin xoş sədaları beynəlxalq aləmdən eşidildi.
Komitə sədri deyib ki, hazırda gənc kadrların irəli çəkilməsi dövlət siyasətinin prioritetini təşkil edir. Bu məqsədlə 2019-cu ildən “Yüksəliş” müsabiqəsi təsis olunub. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
“Gənclərə göstərilən qayğı onlara olan inam və etimaddan irəli gəlir. Vətən müharibəsində gənclərimizin göstərdikləri qəhrəmanlıq, şücaət gəncliyə olan inam və etimadı doğrultdu. Vətənin bir qarış torpağını düşmənə qıymayan gənclərimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda şəhidlik zirvəsinə yüksəldi və istəklərinə nail oldular. Bu gün Azərbaycan dünyada Qalib, bütöv və suveren dövlət kimi tanınır. Bu, təkcə gənclər üçün yox, hər bir soydaşımız üçün qürur və iftixardır”,- deyə Ç.Qənizadə bildirib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-12-2023, 19:00

Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür

Cəmiyyət

29-12-2023, 19:00

Azərbaycan Ordusunda ilin yekunu ilə əlaqədar iclaslar keçirilib

Mədəniyyət

12-11-2023, 19:57

Şuşa İƏT-in Gənclər Paytaxtı seçilib

Cəmiyyət

22-12-2023, 20:52

Polkovnik: Azərbaycan gəncləri Vətən müharibəsində yeni qəhrəmanlıq örnəkləri yaratdılar

İdman

26-12-2023, 23:16

Həsrət Cəfərov: İşğaldan azad olunmuş ərazidə Prezidentin bizi mükafatlandırması olduqca qürurverici idi

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə