• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın dayanıqlı maliyyə sistemi qlobal çağırışların əsasını təşkil edir ŞƏRH

İqtisadiyyat

24-05-2024, 13:57

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi bu günlərdə Milli Məclisdə geniş müzakirə olunmaqdadır. Maliyyə naziri və Hesablama Palatası sədrinin təqdimatları zamanı ortaya qoyduqları real və iqtisadi əsaslandırmalar ötən il dövlət büdcəsindən səmərəli istifadə olunduğunu, burada bir sıra yeniliklərin tətbiq edildiyini deməyə əsas verir. Bütövlükdə, 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisə təqdim olunmuş hesabat əvvəlki illərlə müqayisədə daha yaxşı və daha çevikdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O qeyd edib ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4 faiz çox, dövlət büdcəsinin xərcləri 36 milyard 457,9 milyon manat, təsdiqlənmiş proqnoza qarşı 0,5 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1 milyard 221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olub.

“Ümumiyyətlə, 2023-cü il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda qlobal iqtisadiyyatın zəif bərpası, beynəlxalq ticarətin zəif artım tempi ilə xarakterizə olunur. Bütün bunlara baxmayaraq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artıb və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil edib. Ötən ilin sonunda isə valyuta ehtiyatlarımız öncəki illə müqayisədə 17,1 faiz artaraq 68,5 milyard ABŞ dollarını ötüb. Bu göstərici ÜDM-in 94,7 faizinə bərabər olmaqla, xarici dövlət borcunu təqribən 10,6 dəfə üstələyir.

Eyni zamanda, dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əldə edilən müsbət nəticələr diqqətəlayiqdir. Burada gəlirlərin 63.8 faizi, yəni, 22 milyard 464.5 milyon manatı məhz vergi və gömrük orqanları xətti ilə daxilolmaların payına düşür”, - deyə deputat diqqətə çatdırıb.

O əlavə edib ki, son illərdə neft hasilatında azalmanın qeydə alınmasına baxmayaraq, 2023-cü il dövlət büdcəsinin göstəricilərinə əsasən Azərbaycanda makroiqtisadi mühitdə müsbət dinamika, iqtisadiyyatda artım müşahidə olunub və bu artım tamamilə qeyri-neft sektorunun hesabına təmin edilib. Təsadüfi deyil ki, son illərdə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi ilə bağlı görülən işlər daha da geniş vüsət alıb, bu gün dövlət büdcəsində neft daxilolmalarından gələn gəlirlərin əvəzlənməsi prosesi uğurla və çox böyük həssaslıqla həyata keçirilməkdədir.

Hesabatda yer alan yeniliklərdən biri də dövlət borcu və zəmanəti üzrə öhdəliklərin, Təminat Fondu xətti ilə şəffaf köçürmələrin, eləcə də xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləğinin qeyd olunmasıdır.

“Xüsusi vurğulanası vacib hesab oluna biləcək digər bir məqam isə 2023-cü ilin dövlət büdcəsində universal sənəd hesab etdiyimiz “2030 Gündəliyi”nin icrasından irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsi sahəsində görülmüş işlərin əks olunmasıdır. Belə ki, ölkə üzrə qəbul olunan dövlət proqramları və strategiyaları DİM-lərə uyğunlaşdırılmış, habelə bu istiqamətdə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edilib. Nəticədə, 2023-cü il üzrə son dərc edilmiş Dayanıqlı İnkişaf Hesabatına əsasən Azərbaycanın dünya DİM reytinqində regional orta göstəricidən (71,8 bal) 1,7 bal yuxarı performans sərgiləyərək 73,5 balla 166 ölkə arasında 53-cü yerdə qərarlaşması sözün əsl mənasında həm ölkəmiz, həm də bütövlükdə region üçün tərəqqidir”, - deyə M.Əfəndiyev bildirib.

O deyib ki, Maliyyə Nazirliyi tərəfindən büdcə siyasətinin DİM-lərlə yanaşı, iqlim dəyişikliyi ilə bağlı prioritet, məqsəd və hədəflərlə uzlaşdırılması işi də həyata keçirilib. Bu il ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etməsi, habelə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması qlobal çağırışlara, o cümlədən iqlim dəyişikliyi məsələsinə dövlət büdcəsinin icrasında xüsusi diqqət yetirilməsini labüd edir.

“2023-cü ilin dövlət büdcəsinin icrasında hər bir azərbaycanlını qürurlandıran ən əsas bənd isə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı xərclərin, dirçəlməkdə olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qısa müddətdə ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı maliyyə təminatı prosesində həyata keçirilən nəzərəçarpacaq fəaliyyətin dəqiqliklə göstərilməsi oldu.

Ümumiyyətlə, dövlət büdcəsinin formalaşmasında monetar və fiskal siyasətlərin həssaslıqla icrası, makroiqtisadi sabitliyin təmin olunması ilə bağlı məsələlərin hesabatda yer alması Maliyyə Nazirliyi üçün qarşıya qoyulmuş prioritet istiqamətlərdən biridir. Bu, ölkə iqtisadiyyatının dayanıqlılığını təmin etmək məqsədilə mövcud reallıqda mühüm şərtlərdən hesab olunur”, - deyə deputat vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

14-11-2023, 16:42

2024-cü ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib

Siyasət

13-11-2023, 12:18

12 noyabr - Konstitusiya Günüdür

Siyasət

13-11-2023, 13:36

Sahibə Qafarova: Gələn il dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə olacaq

İqtisadiyyat

30-01-2024, 16:40

“AzerGold”un beynəlxalq və yerli bazarlarda qızıl-gümüş satışından əldə etdiyi gəlir 1 milyard manatı ötüb

Cəmiyyət

14-11-2023, 16:56

Azad edilən ərazilərdə səhiyyə strukturlarının yaradılmasına investisiya qoyumlası təklif edilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • Вчера, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • Вчера, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə