• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

® “Caspian Energy Club” üzvləri Latviya, Estoniya və Finlandiyaya səfər edəcəklər

İqtisadiyyat

13-05-2024, 11:19

26 may - 2 iyun tarixlərində “LEF Network Azerbaijan” layihəsi çərçivəsində “Caspian Energy Club International”ın nümayəndə heyəti Latviya, Estoniya və Finlandiyanı işgüzar səfərlə ziyarət edəcək.
Bu barədə “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva bildirib.
Səfərdə 20-dən çox Azərbaycan şirkətinin iştirakı gözlənilir. Səfər Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişafı, biznes tərəfdaşlığın gücləndirilməsi, ikitərəfli münasibətlərin təşviqi məqsədini daşıyır. Qeyd edək ki, ziyarət müddəti ərzində Azərbaycanın özəl sektorunu təmsil edən nümayəndələrlə Latviya, Estoniya, Finlandiya iş adamları arasında B2B görüşlər və “Demo Day” təşkil ediləcək. Forum çərçivəsində Azərbaycan və Mərkəzi Baltik ölkələrini təmsil edən şirkətlər arasında memorandumların və əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.
Günel Quliyeva bildirib ki, 10-14 mart tarixində Azərbaycana işgüzar səfərlə ziyarət etmiş Latviya, Estoniya və Finlandiyanı təmsil edən iş adamları üçün bir sıra biznes turlar və B2B görüşlər təşkil olunub. Belə ki, “Caspian Energy Club” tərəfindən yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər üçün “Baku Water Week”ə, təhsil sahəsində fəaliyyət göstərən şirkətlər üçün Avropa Azərbaycan Məktəbinə, Latviyanın Latviya Universitetinin nümayəndə heyəti üçün isə ADA Universitetinə ziyarət təşkil olunub.
“26 may-2 iyun tarixlərində nəzərdə tutulmuş səfər çərçivəsində bir sıra B2B görüş və biznes turların keçirilməsi gözlənilir. Əminik ki, görüşlərdə iştirakı planlaşdırılan bütün sahibkarlar “LEF Network Azerbaijan” layihəsindən faydalanaraq fəal əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə nail olacaqlar“, - deyə Günel Quliyeva bildirib.
““LEF Network Azerbaijan” layihəsinin tərəfdaşları tərəfindən Azərbaycanın iqtisadiyyatına olan maraq olduqca böyükdür. Daha öncəki səfər çərçivəsində keçirilən görüşlər əsnasında xarici ölkələrdən olan tərəfdaşlarımız Azərbaycanın biznes mühitiylə yaxından tanış olub, ölkədə keçirilən islahatları, özəl sektor üçün yaradılmış şəraiti yüksək qiymətləndirib, bu islahatların ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyini bildiriblər. Səfər iştirakçıları üçün sənaye müəssisələrinə və azad iqtisadi zonalara təşkil olunmuş biznes-turlar nəticəsində Latviya, Estoniya və Finlandiya iş adamları Azərbaycanda mövcud olan ticari-iqtisadi imkanların, əlverişli biznes mühitinin, ölkəmizin dayanıqlı iqtisadi inkişafının şahidi olublar”, - deyə Günel Quliyeva xüsusi vurğulayıb.
Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı tərəfindən yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-02-2024, 15:41

Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat

4-10-2023, 10:05

Orta Dəhliz hazırkı geosiyasi vəziyyətdə mühüm alternativdir - Latviya XİN

Siyasət

11-05-2024, 11:06

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Dünya

15-04-2024, 12:04

İran prezidentinin Pakistana səfəri planlaşdırılır

İqtisadiyyat

26-04-2024, 16:57

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 11:45
    Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır
  • Сегодня, 10:36
    Sumqayıtda yanğın hadisəsi baş verib
  • Сегодня, 09:50
    Böyük Qayıdışdan Qurtuluşa aparan yol
  • Сегодня, 09:46
    Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
  • Сегодня, 09:25
    Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
  • Сегодня, 09:23
    Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı
  • Сегодня, 09:19
    Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
  • Вчера, 14:03
    Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
  • Вчера, 14:01
    Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib
  • Вчера, 13:59
    İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
  • Вчера, 13:57
    Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması
  • 13-06-2026, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • 13-06-2026, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • 13-06-2026, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • 13-06-2026, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • 13-06-2026, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • 13-06-2026, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • 13-06-2026, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • 13-06-2026, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • 13-06-2026, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • 13-06-2026, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • 13-06-2026, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • 12-06-2026, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • 12-06-2026, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • 12-06-2026, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə