• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

Cəmiyyət

Сегодня, 13:57

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması
14.06.2026
Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması
Bakı, 14 iyun.

Azərbaycanın müasir dövlətçilik tarixində elə qərarlar var ki, onların əhəmiyyəti yalnız qəbul edildiyi dövrün deyil, gələcək nəsillərin də taleyinə təsir göstərir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən qanunvericilik aktları, o cümlədən məhkəmə-hüquq islahatları məhz belə tarixi qərarlar sırasındadır. Bu islahatlara yalnız yeni qanunların qəbulu və ya yeni məhkəmələrin yaradılması kimi yanaşmaq doğru olmazdı. Əslində, söhbət Azərbaycan dövlətinin hüquq fəlsəfəsinin dəyişməsindən, insan hüquqlarını prioritet hesab edən yeni idarəetmə modelinin formalaşdırılmasından gedirdi.

1993-cü ilə qədər hökm sürən özbaşınalıq, qanunazidd əməllər Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində aradan qaldırıldı, qanunun aliliyi dövlət siyasətinin prioritetinə çevrildi. Məhkəmə hakimi kimi vurğulamalıyam ki, Ulu Öndərin rəhbərliyi ilə reallaşan islahatlar, ilk növbədə, qanunun aliliyinin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə yönəldi. 1993-cü ildən sonra aparılan islahatların ən böyük hissəsi dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi əsaslar üzərində qurulmasına nail olunmasıdır. Çünki müstəqilliyin ilk illərində ölkədə qeyri-sabitlik, silahlı qarşıdurmalar, iqtisadi böhran və cinayətkarlığın artması hüquqi institutların fəaliyyətini ciddi şəkildə zəiflətmişdi. Belə bir şəraitdə həm dövlətin təhlükəsizliyini qorumaq, həm də insan hüquqlarını təmin etmək olduqca mürəkkəb vəzifə idi.

Bu fikirlər İsmayıllı Rayon Məhkəməsinin hakimi Nərmin Qoşqarovanın “Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanda məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsinin siyasi və hüquqi başlanğıc nöqtəsi 15 İyun - Milli Qurtuluş Günü ilə birbaşa bağlıdır. Həmin gün Azərbaycan dövlətçiliyi parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas olmaqla yanaşı, hüquqi dövlət quruculuğunun da yeni mərhələsinə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı ölkədə sabitliyin, qanunçuluğun və dövlət idarəçiliyinin bərpasını təmin etdi. Məhz bundan sonra məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi, hakim korpusunun formalaşdırılması, müasir qanunvericilik bazasının yaradılması və insan hüquqlarının etibarlı müdafiə mexanizmlərinin qurulması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi. Bu gün də məhkəmə hakimiyyətinin inkişaf strategiyasının əsasını həmin dövrdə müəyyən edilmiş prinsiplər – qanunun aliliyi, ədalət mühakiməsinin əlçatanlığı, hakimlərin müstəqilliyi, şəffaflıq və insan hüquqlarının prioritetliyi təşkil edir. Bu baxımdan Milli Qurtuluş Günü yalnız siyasi sabitliyin deyil, həm də müasir Azərbaycan məhkəmə sisteminin formalaşmasına yol açan tarixi dönüş nöqtəsidir.

Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların mahiyyəti məhz bu iki məqsəd arasında tarazlığın yaradılmasından ibarət idi. Bir tərəfdən cinayətkarlığa qarşı mübarizə gücləndirilir, digər tərəfdən isə hüquq-mühafizə orqanlarının fəaliyyəti qanun çərçivəsində tənzimlənirdi. Bu baxımdan 1994-cü il 9 avqust tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" Fərman hüquqi dövlət quruculuğunun mühüm mərhələsi hesab edilə bilər. Həmin sənəd yalnız cinayətkarlığa qarşı sərt tədbirlərin tətbiqini deyil, eyni zamanda, qanunçuluğun möhkəmləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi.1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müasir dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Ulu Öndər Konstitusiya layihəsinin hazırlanmasına bilavasitə rəhbərlik etdi, onun müasir beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun şəkildə formalaşdırılmasını təmin etdi. Ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya insan hüquq və azadlıqlarının etibarlı təminatını dövlətin ali məqsədi kimi müəyyənləşdirdi. İlk müstəqil Konstitusiyamız hakimiyyət bölgüsü prinsipini təsbit edərək bu gün beynəlxalq standartlara uyğun fəaliyyət göstərən müstəqil məhkəmə sisteminin formalaşmasına zəmin yaratdı.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq ictimaiyyəti tərəfindən insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu mütərəqqi qanunlardan biri kimi qiymətləndirilmiş, "Azərbaycan Konstitusiyası beynəlxalq aləmdə insan hüquqları və azadlıqları konstitusiyası” kimi səciyyələndirilmişdir. Konstitusiyada insan və vətəndaş hüquqlarına həsr olunmuş geniş müddəaların əks olunması onun humanist mahiyyətini və demokratik xarakterini nümayiş etdirir.

1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Hüquqi İslahatlar Komissiyası ölkədə hüquqi modernləşmə prosesinə sistemli xarakter verdi. Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırıldı, yeni məcəllələr və fundamental qanunların layihələri hazırlandı. Bu proses ölkədə hüquqi dövlət quruculuğunun üstünlüyünün təmin olunmasına xidmət edən müasir normativ hüquqi bazanın formalaşmasına imkan verdi. Ulu Öndər Heydər Əliyevin hüquq siyasətinin humanist mahiyyətini ən aydın şəkildə nümayiş etdirən qərarlardan biri ölüm cəzasının ləğvi oldu. 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması, 1998-ci il fevralın 10-da isə ölüm cəzasının tamamilə ləğv edilməsi yalnız hüquqi deyil, həm də mənəvi baxımdan mühüm hadisə idi. Bu qərar Azərbaycanı Şərqdə ölüm cəzasını ləğv edən ilk dövlətə çevirdi. Bu addım dövlətin cəzalandırıcı funksiyasından daha çox insan həyatının toxunulmazlığının və şəxsiyyətinin ali dəyər olduğunu qəbul etməsinin göstəricisi idi.

Ümummilli Lider ölüm cəzasının ləğvini cinayət-hüquq siyasətinin humanistləşdirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirərək qeyd edirdi ki, insan ləyaqətinə və insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanın hüquqi dövlət quruculuğu strategiyasında insan həyatının ali dəyər kimi qəbul edilməsinin ən parlaq təzahürlərindən biri oldu. Azərbaycan Respublikası ölüm cəzasını İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasına qoşulmasından və Avropa Şurasına daxil olmasından hələ bir neçə il əvvəl ləğv etmişdi. Ölkəmizdə 1998-ci ildə ölüm cəzasının ləğv edilməsinin əsası isə ölüm cəzasının ləğvinə yönəlmiş Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ikinci fakültativ protokoluna qoşulmamız oldu. 1998-ci il fevralın 22-də imzalanmış "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman isə insan hüquqlarının müdafiəsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Sonrakı illərdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin ideoloji və hüquqi təməli məhz həmin sənədlə qoyuldu.

Hüquqi İslahatlar Komissiya tərəfindən hazırlanaraq qəbul edilən "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında və Konstitusiyanın aliliyinin təmin edilməsində mühüm rol oynadı. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar da xüsusi əhəmiyyət daşıyırdı. 1998-ci ildə Məhkəmə-Hüquq Şurasının yaradılması hakim korpusunun formalaşdırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm institusional yenilik oldu. Bu qurumun yaradılması ilə hakimlərin seçilməsi, qiymətləndirilməsi və peşəkar fəaliyyətinin təşkili daha şəffaf mexanizmlər əsasında həyata keçirilməyə başladı.

Azərbaycan tarixində ilk dəfə olaraq 1998-ci ilin iyul ayında Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri hesab edilməlidir. Çünki Konstitusiya Məhkəməsi dövlət hakimiyyətinin bütün qollarının fəaliyyətinin Konstitusiyaya uyğunluğuna nəzarət edən ali hüquqi təminat mexanizmi kimi çıxış etməyə başladı. Bu, qanunun aliliyinin təmin edilməsində yeni mərhələnin başlanğıcı idi. Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində atılan addımlar hüquq-mühafizə orqanlarının fəaliyyətində də keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. 1999-cu ildə qəbul edilmiş "Prokurorluq haqqında" Qanun ölkədə hakimiyyət bölgüsü prinsipinin daha dolğun həyata keçirilməsinə və hüquqi dövlət institutlarının möhkəmlənməsinə mühüm töhfə verdi. Bu qanunla prokurorluğun əvvəlki dövrdən miras qalan bir sıra geniş nəzarət səlahiyyətləri yenidən nəzərdən keçirildi, onun fəaliyyət istiqamətləri müasir hüquq sisteminin tələblərinə uyğunlaşdırıldı və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xidmət edən mühüm hüquqi mexanizmlər yaradıldı. Xüsusilə, insan hüquq və azadlıqlarına müdaxilə ehtimalı olan bir sıra prosessual tədbirlərin həyata keçirilməsində məhkəmə nəzarətinin tətbiqi və qərarvermə səlahiyyətinin məhkəmələrə verilməsi hüquqların müdafiəsi sahəsində ciddi təminat formalaşdırdı.

Eyni dövrdə polis və penitensiar xidmət sahələrində aparılan islahatlar da hüquq-mühafizə sisteminin demokratikləşdirilməsi məqsədinə xidmət edirdi. "Polis haqqında" Qanunun qəbul edilməsi ilə polis orqanlarının fəaliyyəti hüquqi çərçivədə daha dəqiq müəyyənləşdirildi, onların əsas missiyası vətəndaşların təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması və hüquq pozuntularına qarşı mübarizə kimi vəzifələr üzərində quruldu. Bununla yanaşı, polis fəaliyyətinə nəzarət mexanizmlərinin yaradılması və vətəndaşların hüquqlarının məhkəmə qaydasında müdafiəsi imkanlarının genişləndirilməsi hüququn aliliyinin təmin edilməsinə və cəmiyyətin dövlət institutlarına etimadının gücləndirilməsinə xidmət edən mühüm islahatlar kimi tarixə düşdü.

2000-ci ilin sentyabr ayında üçpilləli məhkəmə sisteminin tətbiqi isə məhkəmə islahatlarının praktik nəticəsi oldu. Birinci instansiya, apellyasiya və kassasiya mərhələlərindən ibarət olan bu sistem vətəndaşların məhkəmə müdafiəsi hüququnun daha etibarlı təmin edilməsinə şərait yaratdı. Bu dəyişiklik məhkəmə səhvlərinin minimuma endirilməsi, məhkəmə qərarlarının keyfiyyətinin yüksəldilməsi və ədalət mühakiməsinin əlçatanlığının artırılması demək idi.

Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunması və 2002-ci ildə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulması milli məhkəmə sisteminin beynəlxalq hüquqi məkanla inteqrasiyasını sürətləndirdi. Bunun nəticəsində insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartlar milli hüquq sisteminin ayrılmaz hissəsinə çevrildi.

Bu gün geriyə nəzər saldıqda aydın görünür ki, Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsas nailiyyəti təkcə yeni məhkəmələrin yaradılması və ya yeni qanunların qəbul olunması deyil, həmçinin əsas nailiyyət hüququn dövlət idarəçiliyinin mərkəzinə gətirilməsi, insan hüquqlarının ali dəyər kimi qəbul edilməsi və müasir Azərbaycan hüquq sisteminin təməlinin formalaşdırılması olub.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət quruculuğu siyasəti bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə məhkəmə-hüquq sisteminin modernləşdirilməsi, elektron məhkəmə xidmətlərinin tətbiqi, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və insan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində mühüm islahatlar həyata keçirilib.

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər, eləcə də 2023-cü ildə Qarabağda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa edilib. Bununla da, Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının ölkənin bütün ərazisində tətbiqi təmin olunub, konstitusion hüquq qaydası tam şəkildə bərqərar edilib. Bu tarixi nailiyyətlər nəticəsində əsas qanunumuz olan Konstitusiyanın hüquqi qüvvəsi bütöv Azərbaycanda təmin edilib, dövlət suverenliyi və konstitusion idarəçilik prinsipləri tam şəkildə reallaşdırılıb.

Bu gün müasir Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlətçilik kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında qanunun aliliyinin, insan hüquqlarının müdafiəsinin və müstəqil məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl inkişaf yolunu uğurla davam etdirir. Məhz buna görə də həmin dövrdə həyata keçirilən islahatlar Azərbaycan tarixində hüquqi modernləşmənin başlanğıcı, müstəqil dövlətçiliyin hüquqi sütunlarının qurulması və hüquq dövlətinə keçidin uğurlu Azərbaycan modeli kimi qiymətləndirilə bilər.

Bu gün Milli Qurtuluş Gününün ideyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam suverenliyini bərpa etmiş bütöv Azərbaycanda daha böyük məna kəsb edir. Biz hakimlərin ali vəzifəsi isə bu müstəqilliyi və sabitliyi ədalətli və vicdanlı qərarlarımızla qorumaqdır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

13-06-2024, 21:22

Fövqəladə Hallar Nazirliyi Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

Cəmiyyət

18-06-2025, 11:53

Fikrət Məmmədov: Məhkəmə sisteminin mütərəqqi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması vacibdir

Cəmiyyət

Вчера, 09:27

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Cəmiyyət

18-06-2025, 11:44

Fuad Ələsgərov: Azərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir

Cəmiyyət

15-06-2024, 10:54

Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 14:03
    Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
  • Сегодня, 14:01
    Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib
  • Сегодня, 13:59
    İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
  • Сегодня, 13:57
    Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması
  • Вчера, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Вчера, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Вчера, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Вчера, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Вчера, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Вчера, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Вчера, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Вчера, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Вчера, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Вчера, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Вчера, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • 12-06-2026, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • 12-06-2026, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • 12-06-2026, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə