Bakı, 23 iyul.
Qazaxıstan vətəndaşı, 28.05.1999-cu il təvəllüdlü Darın Alislamoviç Suyunovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adamöldürmə və oğurluq cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş D.A.Suyunov cari ilin yanvar ayında Azərbaycanda müəyyən olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanına təhvil verilib.