• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

COP29-un Azərbaycanda keçirilməsi iqtisadi cəhətdən də çox dividend gətirə biləcək - AÇIQLAMA

Cəmiyyət

7-01-2024, 11:41

COP29 iqtisadi cəhətdən də çox dividend gətirə biləcək beynəlxalq platforma hesab olunur. Konfrans həm miqrasiya və turizm sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir.
Bunu “Avrasiya miqrasiya təşəbbüsləri platforması” İctimai Birliyinin sədri Azər Allahverənov COP29-un Azərbaycanda keçirilməsinin iqtisadi dividendləri barədə danışarkən deyib.
Onun sözlərinə görə, iqtisadi cəhətdən nəzər yetirsək, COP29-da müxtəlif dövlətlərin pavilyonları fəaliyyət göstərəcək. Hər dövlət öz nailiyyətlərini nümayiş etdirdiyi kimi, eyni zamanda, Azərbaycan da yaşıl energetika sahəsində öz nailiyyətlərini təqdim edəcək. Bu müxtəlif korporasiyalar şirkətlərarası, dövlətlərarası və hökumətlərarası yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi, təcrübə və nailiyyətlərin mübadiləsi və bundan irəli gələn müəyyən sənədlərin imzalanması və digər məsələlər nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Həmçinin iqtisadi tərəqqi meyillərinin məhz həmin istiqamətdə formalaşmasına səbəb ola biləcək mühitin yaradılmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ölkəmizdə COP29-la bağlı sənədlərin qəbul olunması gözlənilir.
“Digər tərəfdən də bu, həm də turizm sektorunun inkişafı ilə bağlı olan məsələdir. Çünki əgər həmin sessiyalarda 100 min nəfər iştirak edəcəksə, həmin ölkənin infrastrukturu da çox qısa müddətdə o parametrlərə cavab verməlidir. Bu baxımdan aidiyyəti strukturlar turizm infrastrukturun inkişafı ilə bağlı müəyyən işlər görürlər. Paralel olaraq digər sahələr də mövcuddur ki, bu da ölkənin bu sahədə çalışacaq vətəndaşlarının rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq. Çünki infrastruktur olacaqsa, xidmətdə çalışan işçilər də olmalıdır. Bu, həm də yeni iş yerləri deməkdir”, - deyə Azər Allahverənov vurğulayıb.
Bildirilib ki, COP29-u keçirməklə ölkəmizin reallıqlarını həmin platformadan irəli gələrək daha yaxşı şəkildə təqdim edilməsi üçün əlverişli mühit qazandıq. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan A.Allahverənov bildirib ki, bu sənəddə Azərbaycanın energetika sahəsində, xüsusilə də sosial-iqtisadi inkişafın beş milli prioritetlərdən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınır. Xüsusilə də həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” və digər layihələr aiddir.
O diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində enerji məsələlərinə münasibət bildirərək deyib: “Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir”.
İctimai Birliyinin sədri əlavə edib ki, kimliyindən, çalışdığı sahədən asılı olmayaraq, 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanda keçiriləndə həmin sahələr üzrə də müəyyən ixtisaslaşmalara nəzər salsaq, burada hətta təhsil sistemi ilə bağlı olan məsələlərin də əhatə olunduğunu görərik. Misal üçün, yaşıl enerji növlərinin yaradılması ilə bağlı müəyyən elmi, konseptual yanaşmalar sonrakı mərhələdə təhsil sistemində geniş şəkildə tətbiq oluna bilər. COP29-un digər aspektlərinə də bağlı olan məsələlərdən biri yol infrastrukturunun, kommunikasiyaların və nəqliyyatın inkişafı ilə əlaqədardır. Kommunikasiya infrastrukturunun yaradılması, yaşıl enerjinin Qərb bazarlarına çıxarılması ilə bağlı sənayenin ayrı-ayrı istiqamətləri üzrə sahələrinin inkişafına ehtiyac yaranır. Yəni COP29 kifayət qədər genişhəcmli, çoxşaxəli, hərtərəfli olan siyasi yanaşmanın formalaşmasına gətirib çıxaran konfransdır.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-12-2023, 23:31

COP29 Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılması baxımından müstəsna önəm daşıyır - Politoloq

Siyasət

22-12-2023, 17:41

Səfir: Azərbaycan COP29-u yüksək səviyyədə keçirmək əzmindədir

Siyasət

18-12-2023, 17:04

COP29-un Azərbaycanda keçirilməsinə dəstək verməsi ölkəmizin beynəlxalq arenada nüfuzundan irəli gəlir -

Siyasət

16-12-2023, 19:05

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək -

Cəmiyyət

26-12-2023, 09:46

Deputat: Azərbaycan hər zaman mühüm aktor kimi özünü uğurla təsdiqləyib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • Сегодня, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • Сегодня, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • Сегодня, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • Сегодня, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • Сегодня, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • Сегодня, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • Сегодня, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə