• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Deputat: Azərbaycan hər zaman mühüm aktor kimi özünü uğurla təsdiqləyib

Cəmiyyət

26-12-2023, 09:46

Gələn il Azərbaycanın ictimai-siyasi həyatında iki əlamətdar hadisə baş verəcək. Fevralın 7-də xalqımız növbədənkənar prezident seçkilərində iştirak edərək Azərbaycanın liderini seçəcək. Digər möhtəşəm hadisə isə beynəlxalq səviyyəli tədbirin keçirilməsi ilə əlaqədar olacaq. Belə ki, Bakı 2024-cü ildə 80 min əcnəbinin təşrif buyuracağı COP29 sammitinə ev sahibliyi edəcək. Bununla bağlı, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi də Azərbaycanın dünyanı dərindən maraqlandıran və narahat edən qlobal problemlərə önəm verdiyini təsdiqləməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə nüfuzunun daha da artmasına şərait yaradacaq.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.
Onun sözlərinə görə, son iyirmi ildə regionda baş verən bir çox proseslərdə Azərbaycanın rolu kifayət qədər böyük olub. Ötən müddət ərzində ölkəmiz bir çox transmilli iqtisadi layihələrdə əsas aktorlardan biri kimi çıxış edib, regional geosiyasi proseslərdə aydın və qətiyyətli mövqeyini ifadə etməklə öz milli maraqlarını müdafiə etmək qabiliyyətini nümayiş etdirib. Bu da təsadüfi deyil, Azərbaycanın xarici siyasəti ciddi siyasi fəlsəfə üzərində qurulub. Eyni zamanda, belə güclü mövqeyə malik, qətiyyətli, aydın və prinsipial siyasi kursu ilə tanınan Azərbaycan dünyanı narahat edən problemlərin həllində də öz töhfəsini verməklə fərqlənib.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi, məşhur siyasi xadim Zbiqnev Bjezinskinin də qeyd etdiyi kimi, Azərbaycan regionda mühüm aktor olmaqla özünü uğurla inkişaf edən dövlət kimi təsdiqləyib. Böyük güclərin gərgin qarşıdurması və təzyiqləri fonunda Azərbaycan tərəfdaşları ilə reallaşdırdığı strateji əhəmiyyətli meqalayihələr sayəsində Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi landşaftını dəyişdirməklə yanaşı, sosial-iqtisadi inkişafında da güclü tərəqqiyə imza atmağı bacarıb.
Müstəqilliyini bərpa etdikdən 30 il sonra Azərbaycan kifayət qədər uğurlu dövlət olduğunu, öz milli maraqlarına uyğun beynəlxalq və daxili siyasət aparmağa qadir olduğunu fəaliyyəti ilə sübut edib. Hazırda neft və qaz ehtiyatlarından səmərəli istifadə sayəsində Azərbaycan digər əsas yanacaq ixracatçıları ilə birlikdə yüksək səviyyədə enerji təhlükəsizliyinə malikdir və bu potensialından başqa ölkələrin də faydalanmasına şərait yaradır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, TAP, TANAP və digər enerji layihələri “köhnə dünya”nın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Məhz bu layihələrin sayəsində Azərbaycan Avropanın yeni enerji xəritəsinin çəkilməsinə öz töhfəsini verib. Ən əsası, Azərbaycan özünü siyasi konyukturadan asılı olmayan etibarlı təchizatçı kimi göstərib və bu da ancaq güclü və sabit, eyni zamanda, sözünün arxasında konkret əməlin dayandığını elan edən dövlət rəhbərinin olduğu ölkədə mümkündür.
Ümumiyyətlə, ənənəvi enerji ilə yanaşı, Azərbaycan “yaşıl enerji” sektorunun inkişafına da xüsusi əhəmiyyət verir. Bərpaolunan enerjinin inkişafı ölkəmiz üçün prioritet məsələdir. Respublikamız neft-qaz sektorunun inkişafı və tullantıların azaldılması ilə yanaşı, “yaşıl enerji”yə keçid siyasətini də sürətlə həyata keçirir. Prezidentin imzaladığı son Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. “Yaşıl enerji”yə keçidin məqsədi qısa müddət ərzində dünya iqtisadiyyatının enerji əsaslarını tamamilə dəyişdirməkdir. Azərbaycanda “yaşıl enerji”nin böyük potensialı var və bəşəri problemlərə hər zaman xüsusi həssaslıqla yanaşan və köməyini əsirgəməyən ölkəmiz bu potensialından istifadə edərək, dünyanın daha da yaşıllaşmasına öz töhfəsini verməyə hazır olduğunu bildirir. Bu mənada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi istər regional, istərsə də qlobal müstəvidə xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev gələn ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdi. Bu Sərəncam ənənəvi enerji sektorunda beynəlxalq əhəmiyyətli iri layihələrin uğurla həyata keçirilməsindən sonra “yaşıl enerji”nin mühüm təchizatçısı olmaq yolunda inamla irəliləyən Azərbaycan üçün yeni perspektivlər və imkanlar açır. Eyni zamanda, genişmiqyaslı layihələrin, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda, habelə Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” zonasının yaradılması Azərbaycanın alternativ enerji istehsalçısı və ixracatçısına çevrilməsinə imkan verəcək.
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, qlobal miqyas üçün də faydalı olacaq. Birmənalı şəkildə, dövlət başçımızın məlum Sərəncamı ilə çirklənmiş ərazilərin bərpası sürətləndiriləcək, ekoloji problemlərin həllinə önəmli töhfəsini verəcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-11-2023, 20:41

Azərbaycan qlobal iqtisadi layihələrin qurucusu və fəal iştirakçısıdır

Siyasət

8-12-2023, 19:19

Növbəti prezident seçkiləri Azərbaycanın həyatında ciddi siyasi hadisə olacaq - ŞƏRH

Siyasət

18-12-2023, 17:04

COP29-un Azərbaycanda keçirilməsinə dəstək verməsi ölkəmizin beynəlxalq arenada nüfuzundan irəli gəlir -

Siyasət

16-12-2023, 19:05

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək -

Siyasət

25-12-2023, 19:07

“Yaşıl dünya naminə həmrəylik ili” - məqsədyönlü siyasətin məntiqi nəticəsi

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə