• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qazi: Bu il dövlət başçısı işğal altındakı bütün torpaqlarımızda Azərbaycan bayrağını

Cəmiyyət

31-12-2023, 23:35

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Qazi: Bu il dövlət başçısı işğal altındakı bütün torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırdı
Qazi: Bu il dövlət başçısı işğal altındakı bütün torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırdı
Bu il Ulu Öndər Heydər Əliyevin 100-ci ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilmişdi. Bizim üçün bu ilin əhəmiyyəti odur ki, 2023-cü il həqiqətən qələbələrlə doludur. Dahi şəxsiyyətlə bağlı həm ölkəmizdə və onun hüdudlarında, müxtəlif yerlərdə tədbirlər təşkil olundu. Dövlətimizin başçısı həm ata nəsihətini yerinə yetirdi, həm birliyə və həmrəyliyə nail oldu. Həm də Azərbaycan Ordusu antiterror tədbirləri nəticəsində işğal altında qalan tarixi torpaqlarımızı düşməndən təmizlədi, suverenliyimiz tam bərpa olundu. Nəticədə həmin ərazilərdə Ali Baş Komandanımız dövlət bayrağımızı dalğalandırdı. Bu da onu göstərdi ki, atanın izi ilə gedən oğlun - liderin zəhməti Qələbə ilə yekunlaşmalı idi. Çünki Prezident İlham Əliyev elə siyasi məktəb keçmişdi ki, bunun sonu da hazırkı çiçəklənən Azərbaycan dövləti və qürurlu xalqımızdır.
Bu barədə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri müavini, Vətən müharibəsi əlili, üçüncü qrup Qarabağ qazisi Ramin Şirinov AZƏRTAC-a açıqlamasında söyləyib.
Xankəndidəki futbol oyunundan sonra Prezidentlə görüşdə dedim ki,
bir əsgər kimi bütün əmrləri yerinə yetirməyə hazırıq
İctimai Birliyin sədri müavini daha sonra deyib: “Mən Xankəndidə keçirilmiş “Qarabağ”-MOİK futbol komandalarının oyunu zamanı Prezident İlham Əliyevlə stadionda görüşdüm və danışdım. Orada ona dedim ki, biz belə müdrik liderimiz və Prezidentimizin olması ilə fəxr edirik. Bir əsgər olaraq da verdiyiniz əmr və tapşırıqları daim yerinə yetirməyə hazırıq”.
İkinci Qarabağ savaşındakı döyüş yolundan danışan Ramin Şirinov vurğulayıb ki, Vətən müharibəsi qırx dörd günlük döyüş olsa da, onun üçün ən böyük qisas almaq hissi idi: “Çünki mən özüm döyüş bölgəsində - Goranboy rayonunun Xan Qərvənd kəndində böyümüşəm. Atam və əmilərim müharibə iştirakçısı olub. Qohumlarım arasında şəhidlik zirvəsinə ucalanlar da var. Yəni mən uşaqlıqda çox vaxt savaş görmüşəm.
Mən ehtiyatda olan gizirəm, tank komandiri olmuşam. Vətən müharibəsi başlayanda mən də könüllü olaraq cəbhəyə yollandım. Yaşım çatmasa da, tankçılarımıza çox ehtiyac olduğuna görə mənə etimad göstərdilər. Beləliklə, mən öz xidmətimi Beyləqan istiqamətindən başladım. Lakin müharibənin son günlərində Şuşada düşmənin atdığı mərmi nəticəsində yaralandım”.
Vaxtilə öz doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızı unutmamalıyıq
Vətən müharibəsi əlili bildirib ki, o, Qubadlı, Füzuli rayonları, Hadrut qəsəbəsi, Şuşa şəhəri və Tuğ kəndi istiqamətlərində döyüşüb: “Lakin Topxana meşəsində mənim üçün ən yadda qalan yerdə videogörüntü çəkmişdim. Həmin videoda deyirdim ki, vaxtilə həmin meşədə o qışda, qarda, boranda Xocalıdan və Daşaltından didərgin düşən soydaşlarımızın olduğunu heç kəs unutmasın. Lakin İkinci Qarabağ savaşında həmin ərazilərə tankla qalxmaq mənim üçün ən böyük şərəf idi. Həmin vaxt göz yaşlarıma boğulmuşdum. Həm də torpaqlarımızı azad etdikdə geriyə dönüş yox idi, ancaq irəliyə doğru gedirdik. Verilən tapşırığa uyğun olaraq, 2020-ci il noyabrında Şuşaya daxil olan Azərbaycan Ordusunun tanklardan birini mən idarə edirdim. Şuşa sözünün yanındaydıq. O zaman dağları aşan, qayalardan dırmanan Xüsusi Təyinatlı Qüvvələrimiz artıq Şuşada idilər.
Biz verilən əmrləri layiqincə yerinə yetirdik. Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı ağ bayraq qaldırmağa və kapitulyasiya aktını imzalamağa məcbur etdi. Həmin anadək biz bütün əmrləri layiqincə icra etdik.
Qeyd edək ki, R.Şirinov “Cəsur döyüşçü”, “Hərbi xidmətlərdə fərqlənməyə”, Qubadlının, Füzulinin, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Həmçinin “Dəmir yumruq” milli mükafatına layiq görülüb.

Paylaş:
Digər xəbərlər

Siyasət

24-12-2023, 00:52

Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb

Siyasət

29-12-2023, 18:14

Artıq 2023-cü il tarixə qovuşur. Dövlətimizin başçısı İlham Əliyevin ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində söylədiyi bu fikirləri yada salaq: “Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd e

Gündəm / Siyasət

18-10-2023, 14:12

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

Siyasət

7-12-2023, 10:47

Azadlıq meydanına Zəfər yaraşır

Siyasət

21-12-2023, 23:13

Prezident: “Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq”

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • Вчера, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • Вчера, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • Вчера, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • Вчера, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • Вчера, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • Вчера, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • Вчера, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • Вчера, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə